Türkiyədə səfərdə olan Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bu ölkənin Rəqəmli Transformasiya Ofisinin rəhbəri Ali Taha Koçla görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə R.Nəbiyev özünün sosial şəbəkə hesabında paylaşım edib.
“Süni intellekt, böyükhəcmli məlumatlar və “Hökumət buludu” mövzusunda gələcək əməkdaşlığımızı müzakirə etdik. Müştərək layihələrin icrası və təcrübə mübadiləsi barədə razılığa gəldik”, - deyə nazir qeyd edib.
- Oxunub: 1830 |
- Tarix: 18-02-2021 |
-
Çap et |