“Ermənistanın keçmiş prezidenti son açıqlamasında, sözün əsl mənasında, özünün terrorçu, vaxtilə rəhbərlik etdiyi dövlətin isə terrorçu dövlət olduğunu etiraf edib”.
Bunu Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, heç bir siyasətçi hələ indiyədək öz siyasi xələfini qonşu ölkəyə qarşı münasibətdə daha yaxşı və cəsarətli terrorçu ola bilməməkdə qınamayıb: “Sarkisyan isə faktiki olaraq Paşinyanı yaxşı terrorçu olmamaqda, əsgərlərin kütləvi toplanma ərazilərinə “İsgəndər” raketi atmamaqda suçlayır. Bu azmış kimi, Sarkisyan Azərbaycanın reallaşdırdığı beynəlxalq enerji layihələrini, qaz və neft boru kəmərlərini “İsgəndər” raketlərilə vurulmamasını qəbahət və suç hesab edir. Eyni zamanda, Gəncədə bir mülki obyektin digər mülki hədəflə səhv salınmasını qeyri-dəqiqlik hesab edir. Beləliklə də uzun illər Ermənistan adlandırılan dövlətin və onun rəhbərlərinin terrorçu düşüncə sahibləri olduğunu bütün dünyaya nümayiş etdirir. Elə bu gün də Ermənistanda revanş hissləri ilə yaşayanlar Sarkisyan-Köçəryan-Paşinyan terrorçuluğunun davamçılarıdır. Ona görə də bütün dünya bir daha görsün ki, Azərbaycan uzun illərdir sadəcə işğalçı ölkə ilə deyil, həm də dövlət adı altında beynəlxalq terror təşkilatı ilə necə mübarizə aparıb. Əslində isə işğalçılarla bərabər həm də beynəlxalq terrorizmin mərkəzlərindən birini məhv edib. O mərkəz ki, daim beynəlxalq enerji layihələrini də terror hədəfi kimi görüb”.
- Oxunub: 3270 |
- Tarix: 18-02-2021 |
-
Çap et |