Almaniyadakı Bremen Universitetinin alimləri Mars atmosferində böyüyə və inkişaf edə biləcək mikroorqanizmlər kəşf ediblər. Bu barədə “Frontiers in Microbiology” jurnalında dərc olunan məqaləyə istinadən Rusiyanın “RİA-Novosti” agentliyi xəbər yayıb. Məqalədə qeyd edilir ki, tədqiqatçılara görə, sianobakteriyalar və ya mavi-yaşıl yosunlara əsaslanaraq, Mars səthində insanların yaşamasına imkan verən sistemlər yaradıla bilər. Alimlər sianobakteriyaların aşağı təzyiqə baxmayaraq, Mars atmosferindəki qazları karbon və oksigen mənbəyi olaraq istifadə edərək onların yaşaya biləcəyini sübut ediblər. Mavi-yaşıl yosunların Mars tozu ilə suda çoxalması onların digər canlı orqanizmləri qidalandırmaq üçün istifadə edilməsini mümkün edib. Bundan əlavə, sianobakteriyalar fotosintezin əlavə məhsulu olaraq oksigen istehsal edir.
Tədqiqatçılar atmosfer təzyiqi Yer kürəsindəkinin 10 faizi, azot və karbon dioksid konsentrasiyalarının isə 96 və 4 faizi nisbətində saxlayan “Atmos” bioreaktoru hazırlayıblar. Bu şərtlər Marsdakına yaxındır, lakin ondan fərqlənir: atmosfer təzyiqi Yerdəkinin bir faizidir və karbon qazının nisbəti 95 faizdir. Mars reqolitini təqlid etmək üçün bioreaktora su və mineral qarışığı da əlavə ediblər.
Təcrübə zamanı tədqiqatçılar bakteriyaların qida mühitində daha yaxşı böyüdüklərini, Mars reqolitində də böyümə müşahidə ediblər. Sonra alimlər mikroorqanizmlərin tərkibini qurudub bağırsaq çöpü yetişdirmək üçün substrat kimi istifadə ediblər. Bu, Marsdakı sianobakteriyaların məhsulları qidalandırmaq üçün istifadə edilə biləcəyini sübut edir. Öz növbəsində bu substrat, dərmanlar da daxil olmaqla, faydalı maddələrin sintezi üçün əlverişlidir.
- Oxunub: 1890 |
- Tarix: 17-02-2021 |
-
Çap et |