Rusiyanın “Lenta.ru” infromasiya portalının “Proceedings of the National Science Academy” jurnalında dərc olunan məqaləyə istinadən yaydığı xəbərə görə, İsveçin Karolinska İnstitutu və Almaniyanın Maks Plank Təkamül Antropologiya İnstitutunun tədqiqatçıları afrikamənşəli olmayan insanların yarısının ağır formalı COVID-19 riskini 20 faiz azaldan genetik bir varianta malik olduğunu aşkarlayıblar. Jurnalda dərc olunan məqalədə bildirilir ki, bu gen, koronavirus infeksiyasından fəsadların yaranma ehtimalını artıran DNT ilə birlikdə neandertallardan ötürülüb. Belə ki, alimlər 12-ci xromosomda virus genomlarını məhv edən bir fermentin fəaliyyətini tənzimləyən OAS genləri olduğunu və bu genlərin neandertallardan ötürülən variantlarının bu təsiri artırdığını təsbit ediblər. Məlum olduğu kimi, COVID-19 üçün əsas genetik risk faktoru 3-cü xromosomda yerləşir və bu, tənəffüs çatışmazlığı və ölüm ehtimalını kəskin şəkildə artırır.
Tədqiqatçıların gəldiyi qənaətə görə, neandertallardan ötürülən genin müdafiə variantı son buz dövründən bəri artıb və onun yayılması populyasiyaya daha faydalı təsir göstərib.
- Oxunub: 1890 |
- Tarix: 17-02-2021 |
-
Çap et |