Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan evləri ilə bağlı videolayihə təqdim edir.
Komitədən AZƏRTAC-a bildiriblər ki, videolayihədə Azərbaycan evlərinin yaradılmasının məqsədi, ölkəmizin təbliği baxımından əhəmiyyəti, evlərdə keçirilən tədbirlər və həmin tədbirlərdə xarici nümayəndələrin iştirakı barədə məlumat verilir.
Qeyd edək ki, hazırda İspaniya, Almaniya, Gürcüstan, Polşa, Ukrayna, Türkiyə, Macarıstan, Estoniya, Avstriya və bir sıra başqa ölkələrdə, ümumilikdə, 12 “Azərbaycan evi” açılıb və səmərəli fəaliyyət göstərir.
- Oxunub: 2040 |
- Tarix: 17-02-2021 |
-
Çap et |