Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident İlham Əliyev qalib Ordunun Ali Baş Komandanı kimi yenidən işğaldan azad olunmuş torpaqlarda olub

Prezident İlham Əliyev qalib Ordunun Ali Baş Komandanı kimi yenidən işğaldan azad olunmuş torpaqlarda olub

17.02.2021 [16:35]

Uzun illər düşmən tapdağı altında qalan əzəli torpaqlarımız, nəhayət ki, Ali Baş Komandan İlham Əliyev cənablarının eləcə də, mübariz xalqımızın dəmir yumruq kimi birləşməsi nəticəsində 44 günlük müharibə ilə geri alındı. Torpaqlarımız 30 ildir ki, məruz qaldıqları erməni vandalizmindən can qurtardı və öz doğma sahiblərinə qaytarıldı. Bundan sonra dövlətimiz və xalqımız qarşısında duran əsas məsələ igidlərimizin canı-qanı bahasına işğaldan azad etdiyi həmin əraziləri dirçəltmək, o torpaqlara həyatın, canlılığın qaytarılmasını təmin etməkdir. Bu istiqamətdə artıq bir çox addımlar atılmış, əməli fəaliyyətə start verilmişdir.

Müharibənin aktiv dövrünün bitməsindən hələ 3 aydan bir qədər artıq müddət  keçməsinə baxmayaraq artıq həmin torpaqlarda quruculuq və infrastruktur işləri reallaşdırılmağa başlanmışdır. Belə ki, 14 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olmuş, bir sıra təməl qoyma mərasimlərində və açılışda iştirak etmişdir. Ölkə başçımızın ilk dayanacağı Füzuli şəhəri olmuşdur. Burada Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymuşdur. Qeyd edək ki, bu dəmir yolu xətti nəinki bölgənin, həm də bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. Ümumi uzunluğu 100 kilometr olan bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara rahat gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaqdır. Həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin yaranmasına böyük töhfə verəcək. Bununla yanaşı, bu infrastruktur Türkiyəyə qədər uzanmaqla Bakı-Tbilisi-Qars  dəmiryolu xəttindən sonra Azərbaycanı qardaş ölkə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi olacaq.

Ölkə başçımız sözü gedən dəmir yolu xətti ilə bağlı danışarkən bildirmişdir ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr bundan ancaq fayda götürəcək. Bu dəmir yolu xətti ilə Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, cənab Ali Baş Komandan vurğuladı ki, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər.

Bəli, hər bir region ölkəsi bu layihələrdən qazancla çıxa bilər. Bu layihələr isə  Prezident İlham Əliyevin böyük uzaqgörənliyi, iradəsi və Azərbaycan dövlətinin maliyyəsi ilə reallaşmışdır. Regionda bu potensiala sahib olan və tranzit əlaqələri təmin edən yeganə ölkə Azərbaycandır. Bütün iqtisadi maraqlar Azərbaycanın ərazisində kəsişdiyinə görə burada bütövlükdə regionun təhlükəsizliyi məsələsi önəm daşıyır. Ermənistanın buna qarşı atmağa çalışdığı addımlar isə ümumilikdə bütün region üçün təhdid deməkdir və şübhəsiz ki, Ermənistan bu yolu seçməklə növbəti dəfə öz dezinteqrasiyasının mənfi nəticələrini görəcəkdir. Ermənistanda artıq anlamalıdırlar ki, erməni faşizminin mövcud şəraitdə - regional maraqlar və təhlükəsizlik çərçivəsində bir daha baş qaldırması qeyri-mümkündür, belə addımların nəticəsi onlar üçün acınacaqlı ola bilər.

Səfər zamanı dövlət başçımızın növbəti dayanacağı Zəngilan rayonuna oldu. Ölkə başçısı, Zəngilana səfəri zamanı avtomobili özü idarə ederək yol boyunca rayonun düşmən tərəfindən demək olar ki, tamamilə dağıdıldığını, cəmi bir neçə evin qaldığını, burada qanunsuz məskunlaşma aparıldığını və mənfur düşmənin gedərkən rayonu darmadağın etdiyini qeyd etdi. Vurğulamaq istərdim ki, işğal altında saxlandığı vaxtlar Azərbaycan kəndləri ermənilər tərəfindən qanunsuz məskunlaşdırılsa da, onlar üçün yaradılan şərait  Prezidentin ifadə etdiyi kimi, it damından fərqli olmayıb. Buna əsas səbəb isə yəqin ki, xaricdə yaşayan erməni diasporundan, müxtəlif fondlardan alınan yardımların qondarma rejimin rəhbərliyi tərəfindən mənimsənilməsidir.

Zəngilanda olarkən ölkə başçımıza Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq “ağıllı kənd” layihəsi barədə məlumat verildi. Bildirildi ki, kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq ki, onlar, yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.

Prezident İlham Əliyev səfər çərçivəsində Laçın rayonunda Həkəri çayı üzərində 8 meqavat gücündə olan Güləbird Su Elektrik Stansiyasının açılışında da iştirak etdi. Dövlətimizin başçısı bildirdi ki, sonrakı mərhələdə Laçında 5, Kəlbəcərdə 12 su elektrik stansiyası yenidən qurulub bərpa olunacaq. Qeyd edildi ki, Güləbird stansiyası təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Prezident onu da vurğuladı ki, 120 meqavat generasiya gücü olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları da öz torpaqlarına qayıdacaq azərbaycanlıların istifadəsinə veriləcək. Yəni, biz bir neçə ildən sonra 120 meqavat “Xudafərin” və “Qız Qalası” stansiyalarından, 120 meqavat isə Kəlbəcər və Laçın rayonlarındakı su elektrik stansiyalarından alacağıq. Daha sonra ölkə başçısı bildirdi ki, işğaldan azad edilmiş torpaqlarla bağlı böyük planlar var. Sitat: “Biz bərpa işlərinə start verdik. Çalışacağıq ki, minalardan təmizləmə işləri qısa müddət ərzində başa çatsın, dəymiş ziyanın qiymətləndirilməsi aparılsın və bununla paralel olaraq, artıq infrastruktur layihələrinə start verildi”.

Çıxışının davamında, Ermənistanda baş qaldırmağa çalışan revanşist qüvvələrdən də danışan ölkə başçısı vurğuladı ki, ölkəmizin geosiyasi əhəmiyyətinin və iqtisadi gücünün artması bölgədə sülhün, sabitliyin təmin edilməsi üçün də böyük əhəmiyyətə malikdir. Bu güc Ermənistanda baş qaldırmağa çalışan revanşist qüvvələrin önünü kəsmək üçün də zəruridir. Ermənistan Azərbaycanı növbəti təxribatlarla, yeni müharibə ilə hədələməyə çalışır. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Bəli, əminliklə deyə bilərik ki, artıq bu cür revanşist və faşist yanaşmalar öz əhəmiyyətini itirməyə başlayıb. Zamanla regional layihələr icra edildikcə Ermənistan belə münasibətdən əl çəkməli, öz məğlubiyyətini qəbul etməlidir. Çünki artıq Ermənistan ordusu yoxdur, məhv edilib.

Çıxışının sonunda ölkə başçısı, torpaqlarımızın işğal altına düşməsinin səbəbləri ilə bağlı da danışaraq vurğuladı ki, Azərbaycan xalqı bunu bilməli və heç vaxt unutmamalıdır ki, AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb. O vaxt hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər təşkil edirdilər, çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər. Şuşanı boşaltdılar. Halbuki onların nəzarəti altında qüvvələr var idi. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi. Şuşanı heç kim müdafiə etmirdi. Sonra Laçın rayonunu da satdılar və ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəldilər. AXC-Müsavat cütlüyü bu satqınlığı, bu xəyanəti edib, bu cinayəti törədib. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik edib. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! Onlar satıblar bizim torpaqlarımızı. Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq.

Sonra dövlətimizin başçısı, birinci xanım və qızları Leyla Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə gəldilər. Dövlətimizin başçısı, birinci xanım və qızları burada çinar ağacları əkdi və Bəsitçaya balıq buraxdılar. Sonda dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunun Soltanlı kəndinə yola düşdülər.

Kəmalə Mustafayeva      

YAP Pirallahı rayon Qadınlar Şurasının sədri

Paylaş:
Baxılıb: 187 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30