“2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşlar üçün həyata keçirilən vaksinasiya prosesi çərçivəsində respublikamızın bölgələrində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan xəstəxanaların həkim kollektivləri tərəfindən fiziki məhdudiyyətləri olan şəxslərin evlərində peyvənd edilməsi işi həyata keçirilir.
Bu barədə AZƏRTAC-a TƏBİB-in mətbuat xidmətindən bildirilib.
Məlumata görə, vaksinasiya prosesi Abşeron rayonunda, Sumqayıt şəhərində, ölkəmizin digər regionlarında TƏBİB tərəfindən həyata keçirilir.
- Oxunub: 2160 |
- Tarix: 17-02-2021 |
-
Çap et |