Rusiyanın “Lenta.ru” portalının “Express”ə istinadən yaydığı xəbərə görə, İngiltərə Prostat Xərçəngi Fondu ayaq ağrılarının ölümcül xəstəlik olan prostat xərçənginin bir simptomu ola biləcəyini açıqlayıb. Nəşrin yazdığına görə, mütəxəssislər insanın ayaq, baldır və ya budlarında ağrı olarsa, müayinə üçün həkimə müraciət etməyi məsləhət görürlər.
Qeyd edək ki, prostat xərçənginin əlamətləri kimi, ereksiya, sidik ifrazı problemləri və digərləri aid edilir. Xatırladaq ki, bundan əvvəl Beynəlxalq Ağciyər Xərçəngi Fondunun mütəxəssisləri gözlənilməz şəkildə xərçəng xəstəliyinin əlamətini aşkar ediblər. Belə ki, həkimlər səsin zəifləməsinin ağciyər xərçənginin simptomu ola biləcəyini bildirirlər.
- Oxunub: 2190 |
- Tarix: 16-02-2021 |
-
Çap et |