Rusiyanın “Lenta.ru” portalı "360" televiziya kanalına istinadən xəbər verir ki, insan özünü demansiya xəstəliyindən (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin bu və ya digər dərəcədə itirilməsi ilə xarakterizə olunan patoloji sindrom) qorumaq üçün damar divarlarının elastikliyini daim izləməlidir.
Telekanal xəbər verir ki, bu metod həkim-nevroloq Viktor Şaxnoviç tərəfindən müəyyən edilib. Şaxnoviçə görə, elastikliyə xolesterol səviyyəsi, qan dövranı və yağ mübadiləsi təsir göstərir: “Laboratoriyada testlərdən keçərək onların vəziyyətini öyrənə, bundan sonra lazım olduqda bir nevroloqa müraciət edə bilərsiniz. Bədənin hələ də inkişaf etdiyinə baxmayaraq, qan damarlarında 14 yaşından sonra qocalma başlayır. Ətraf mühit faktorları və həddindən artıq yüklənməyə səbəb olan stres səbəbindən 35-40 yaş arasında testlər aparmaq lazımdır”.
Şaxnoviç demansiyanın (demans) genetik bir xəstəlik olan alzeymerdən fərqli olduğunu da izah edib. Onun sözlərinə görə, bu günə qədər dünyanın heç bir ölkəsi bu xəstəliyin qarşısının alınması və müalicəsi ilə bağlı bir qərara gəlməyib. Halbuki demansiya daha təhlükəlidir. Həkim qeyri-sabit qan təzyiqi və yaddaşsızlığın diqqət yetirməsi vacib amillər olduğunu qeyd edir.
Qeyd edək bundan bir qədər əvvəl alimlər bəzi koronavirus (COVID-19) xəstələrində meydana gələn fəsadlar səbəbindən bəşəriyyətin demansiya epidemiyası ilə üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdilər. Mütəxəssislərin fikrincə, bu nevroloji sindrom beyin hüceyrələrinin zədələnməsinə gətirib çıxara bilər.
- Oxunub: 2820 |
- Tarix: 16-02-2021 |
-
Çap et |