"ASAN xidmət" tərəfindən vətəndaşlara səyyar formada xidmətlərin həyata keçirilməsi davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə “YAŞAT” Fondu tərəfindən xaricdə müalicəsi davam etdiriləcək qazilərimiz və onların ailə üzvləri üçün səyyar “ASAN xidmət” həyata keçirilib.
Belə ki, müvafiq kateqoriyadan olan 16 qazi və 3 ailə üzvü üçün ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilib.
Müvafiq xidmət əlavə səyyar xidmət haqqı olmadan həyata keçirilib, eyni zamanda, zəruri olan dövlət rüsumu “ASAN xidmət” tərəfindən qarşılanıb.
- Oxunub: 1830 |
- Tarix: 16-02-2021 |
-
Çap et |