Ana səhifə »  Xəbər lenti »  Azərbaycan iqlim dəyişikliklərinə qarşı mübarizəyə qlobal səviyyədə öz töhfəsini verməkdədir
A+   Yenilə  A-
Azərbaycan iqlim dəyişikliklərinə qarşı mübarizəyə qlobal səviyyədə öz töhfəsini verməkdədir

Bu gün bəşəriyyəti ən çox narahat edən problemlərdən biri iqlim dəyişmələridir. Qeyri-sabit hava şəraiti, istiləşmə, quraqlıq, qış mövsümündə ənənəvi iqlim şəraitinə malik olan bölgələrdə qarın yağmaması, bulaqlarımızın, çaylarımızın quruması, əsas su arteriyamız olan Kür çayının Xəzər dənizinə tökülən hissəsində yaranmış acınacaqlı vəziyyət artıq hər gün eşitdiyimiz və rastlaşdığımız təbiət hadisələridir. Lakin bu proseslər təkcə Azərbaycanda deyil, dünyanın əksər bölgələrində baş verməkdə və çoxsaylı problemlər yaratmaqdadır. İqlim dəyişmələri üzrə Hökumətlərarası Ekspert qrupunun  qiymətləndirmələrinə görə son 100 ildə Yer kürəsində orta tempuratur 0,8 dərəcə artıb. Bunun əsas səbəbi kimi isə insan fəaliyyəti nəticəsində baş verən proseslər  göstərilir. Bu fəaliyyətin əsasını istilik effekti yaradan qazların, o cümlədən karbon, metan, azot oksidi, xlor-flüor birləşmələrinin atmosferə atılması təşkil edir.

Qeyd etmək lazımdır ki, bu proseslər ölkəmizin ərazisində də baş verməkdədir və son 100 ildə orta temperatur 0,4-1,3 dərəcəyə qədər artıb.

Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası 1992-ci ildə qəbul edilib. Bu Konvensiyaya uyğun olaraq sonuncu dəfə iqlim dəyişikliklərinə qarşı mübarizədə üzv dövlətlərin birgə iştirakını təmin etmək məqsədilə 2015-ci ildə Paris Sazişi təsdiq edilib. Bu Sazişə əsasən, tərəflər Yer kürəsində havanın orta temperaturunu sənayeləşmə dövrünə qədərki səviyyədən 2 dərəcədən aşağı saxlanmasını, temperatur artımının 1,5 dərəcədə məhdudlaşdırılımasını hədəf götürür.

Onu da qeyd etmək yerinə düşər ki,   iqlim dəyişmələri üzrə problemlərin həllində Azərbaycan müstəqilliyinin ilkin illərindən fəal iştirak edir. Ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub, bununla əlaqədar Kiot protokolunu 2000-ci ildə, sonuncu Paris Sazişini isə 22 aprel 2016-cı ildə imzalayıb və ratifikasiya edib. Təsdiq edilmiş sənədə əsasən, Azərbaycan qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 1990-cı illə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyasının 35% azalmasını qarşısına hədəf qoyub.

Ölkəmizdə İstilik Elektrik Yaradan Qazların (İEYQ) emissiyalarının azaldılması ilə bağlı bir sıra tədbirlər görülməkdədir. Belə ki, son illərdə az karbonlu, enerji səmərəli yanacaqdan istifadə, bərpaolunan enerji istehsalı müəssisələrinin genişləndirilməsi, tullantılarının idarə olunmasında səmərəli texnologiyaların tətbiq edilməsi, meşə sahələrinin genişləndirilməsi, meşələrin qırılmasının qarşısının alınması məqsədilə ölkədə qazlaşmanın genişləndirilməsi, ən çox enerji tələb olunan mənzil-tikinti sektorunda enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi, ölkəyə daxil olan minik maşınlarının idxalı zamanı smartavtomobillərə  üstünlük verilməsi, Bakı şəhərində və onun ətrafında, eləcə də ölkənin şəhər və kəndlərində yaşıllıq zonalarının genişləndirilməsi və bu kimi digər tədbirlər İEYQ-nin emissiyalarının azaldılmasına yönəlmiş tədbirlərdir.

Bir sözlə, qətiyyətlə qeyd etmək zəruridir ki, iqlim dəyişikliyi siyasəti Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla prioritet sahədir.           Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” də reallaşdırılması nəzərdə tutulan beş prioritetin biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adlanır. Bu prioritetlər isə qlobal iqlim dəyişiklikləri prosesləri fonunda özündə bütöv bir tədbirlər sistemini cəmləşdirir.                                                                                         

Onu da qeyd edim ki, 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa nəzarəti altında Qarabağda tikinti, bərpa və abadlaşdırma işlərinə başlanıb. Cənab Prezident işğaldan azad edilmiş əraziləri “yaşıl zona” ərazisi elan edib, burada inşa olunacaq şəhər və kəndlərin “ağıllı” adı altında gerçəkləşəcəyini qeyd edib.   

Qeyd etdiklərim Azərbaycan hökümətinin milli fəaliyyət səviyyəsində həyata keçirdiyi və keçirəcəyi tədbirlərdir.     Bununla yanaşı, Azərbaycan iqlim dəyişikliklərinə qarşı mübarizədə qlobal səviyyədə öz töhfəsini verməkdədir.

Azərbaycan dünyada neft ölkəsi olmaqla həm də artıq qaz ehtiyatları ilə zəngin ölkə kimi tanınır və dünyanın təbii qaz bazaraında söz sahibi kimi çıxış edir. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, regionun ən nəhəng meqalayihələrindən biri olan Azərbaycanın təşəbbüskarı və əsas müəllifi olduğu Cənub Qaz Dəhlizinin ötən ilin sonunda istifadəyə verilməsi deyilənlərin bariz nümunəsidir.

Məlum olduğu kimi, fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasınin videokonfrans formatında VII iclası keçirildi. Həmin iclasda həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Avropa Komissiyasının Komissarları xanım Kadri Simson, cənab Oliver Varhelyi və digər çıxış edənlər vurğuladılar ki, Azərbaycan qazının Avropaya nəqli, qazın nəql olunduğu regionda, xüsusilə hazırda əsas yanacaq kimi kömürdən istifadə olunan Qərbi Balkan regionunda istilik effekti yaradan qazların emissiyasının 60%-i azalmasına səbəb olacaq. Bu isə öz növbəsində insan sağlamlığına müsbət təsir göstərməklə, ətraf mühitin çirklənməsinin qarşısının alınmasına və iqlim dəyişikliklərinə qarşı mübarizədə Azərbaycanın töhfəsi olacaq.

Ramiz Göyüşov

YAP Binəqədi rayon təşkilatının sədri

 
  • Oxunub:  3450  |  
  • Tarix:  16-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

04 Mart 21:30
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun büro iclası keçirilib
04 Mart 21:05
Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı verib
04 Mart 20:59
Mədəni irsə qarşı terror həyata keçirənlər beynəlxalq səviyyədə qınanmalı və cəzalandırılmalıdır
04 Mart 20:54
Vətən müharibəsində iştirak etmiş ədliyyə işçiləri ilə görüş keçirilib
04 Mart 20:50
Fatma Yıldırım: Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir
04 Mart 19:57
Prezident: Azərbaycan Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
04 Mart 19:51
Prezident İlham Əliyev: Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olub
04 Mart 19:49
Türkiyədə helikopter qəzaya uğrayıb, 9 hərbçi şəhid olub
04 Mart 19:42
İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib
04 Mart 19:31
Azərbaycan Prezidenti: Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini təşviq etməliyik
04 Mart 19:29
Müdafiə Nazirliyi Zəngilan rayonunun Keçikli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
04 Mart 19:27
MDB PA-nın elm və təhsil üzrə daimi komissiyalarının videokonfrans formatında iclasları keçirilib
04 Mart 19:22
Prezident İlham Əliyev Azərbaycanı dəstəklədiklərinə görə Türkiyə, Pakistan və Əfqanıstan liderlərinə təşəkkür edib
04 Mart 19:20
Sevinc Fətəliyeva: Əməkdaşlıq münasibətləri region xalqlarına tədricən daha böyük faydalar gətirəcək
04 Mart 19:17
QMİ sədri Rus Pravoslav kilsəsinin mitropoliti ilə görüşüb
04 Mart 18:55
Prezident İlham Əliyev: Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur
04 Mart 18:28
Dəmir yumruğun yaratdığı yeni reallıqlar
04 Mart 18:14
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydalarında dəyişiklik edilib
04 Mart 18:12
Milli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilib
04 Mart 18:09
Gömrük Komitəsində ötən ilin yekunlarına dair mətbuat konfransı keçirilib
04 Mart 17:54
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
04 Mart 17:33
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi
04 Mart 17:19
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri şəhid ailələrini ziyarət ediblər
04 Mart 17:17
Azərbaycanda koronavirusdan 124 nəfər sağalıb, 314 yeni yoluxma faktı qeydə alınıb
04 Mart 17:12
Prezident Rəcəb Tayyib Ərdoğan: Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik
04 Mart 17:07
İşğaldan azad olunmuş ərazilərin bərpası üçün bütün imkanlar səfərbər olunacaq
04 Mart 16:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib
04 Mart 16:09
Azərbaycanla Qazaxıstanın KOB subyektlərinin əməkdaşlıq imkanları müzakirə edilib
04 Mart 16:06
Venera planetində tədqiqat aparmaq üçün kosmik stansiya yaradılacaq
04 Mart 16:03
Bu gün dünyada multikulturalizmin və birgə yaşamaya əsaslanan humanist ideyaların alternativi yoxdur
04 Mart 15:54
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub
04 Mart 15:51
Azərbaycan regionda sülhün təminatçısıdır
04 Mart 15:49
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
04 Mart 15:45
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Orta Asiyadan Türkiyəyə yükdaşımalar artıb
04 Mart 15:43
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi potansial çox yüksəkdir
04 Mart 15:37
Davamlı sülh ümumbəşəri sosial-siyasi
04 Mart 15:20
Alman şirkətləri Azərbaycanda dəmir yolu layihələrinə investisiya yatırmaqda maraqlıdır
04 Mart 15:15
Bu gün “OPEC+” ölkələrinin nazirlərinin 14-cü iclası olacaq
04 Mart 15:13
Azərbaycan sülh, əməkdaşlıq, tolerantlıq və multikulturalizm ölkəsi kimi dünya ölkələrinə nümunədir
04 Mart 15:00
Bahar Muradova: Qadınlarımız bütün imkanları, qüvvə və bacarıqları ilə kişilərlə bərabər, çiyin-çiyinə çalışırlar
04 Mart 14:59
Hicran Hüseynova: Ölkəmizdə qadına, onun cəmiyyətdə özünə yer tapmasına böyük diqqət göstərilir
04 Mart 14:56
Koronavirus pandemiyasına qarşı psixoloji cəhətdən ən dözümlü insanlar müəyyən edilib
04 Mart 14:49
Birgəyaşayışın Azərbaycan modeli dünya üçün nümunədir
04 Mart 14:46
Ceyhun Bayramovun Antonio Quterreşə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
04 Mart 14:44
Antonio Quterreş: son 30 ildə 420 milyon hektardan artıq meşə sahəsi itirilib
04 Mart 14:21
Türkiyəyə səfər edəcək şəxslərdən COVID-19 testi ilə bağlı tələbin müddəti uzadılıb
04 Mart 14:20
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək
04 Mart 14:06
İdmanın inkişafında və təbliğində xidmətləri olan 39 nəfərə fəxri adlar verilib
04 Mart 13:45
“Buta Airways” Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə bilet satışına başlayır
04 Mart 13:43
Çinin “Tyanven-1” kosmik aparatı Mars orbitindən yeni fotoşəkillər göndərib
04 Mart 12:46
Magistraturaya qəbul imtahanının nəticələri ilə bağlı statistik göstəricilər açıqlanıb
04 Mart 12:39
Ali Məhkəmənin yeni formatda hazırlanmış illik hesabatları internet səhifəsində yerləşdirilib
04 Mart 12:36
Tovuz “ASAN Həyat” kompleksi - 1 il
04 Mart 12:34
Komitə sədri: Son 3 ildə gömrük orqanları tərəfindən 4,6 ton narkotik vasitə aşkarlanıb
04 Mart 12:27
Azərbaycan Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib
04 Mart 11:49
Daha 27 müəssisədən Rusiya Federasiyasına pomidor və alma ixracına icazə verilib
04 Mart 11:47
Müdafiə Nazirliyi Füzuli rayonunun Qaradağlı kəndinin videogörüntülərini yayıb - VİDEO
04 Mart 11:46
Səfər Mehdiyev: Ötən il idxalın 59 faizi gömrük rüsumundan azad edilib
04 Mart 11:43
Azərbaycan-Qətər biznes görüşü təşkil olunub
04 Mart 11:38
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş iclas keçirilib
04 Mart 11:30
Anar Kərimov: Bizim bugünkü əsas vəzifəmiz Şuşamızın Azərbaycan mədəniyyətindəki rolunu bərpa etməkdir
04 Mart 11:28
Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq genişləndirilir
04 Mart 11:27
Martın 3-də 24 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib
04 Mart 11:26
Paytaxtın məktəb direktorları ilə onlayn görüş
04 Mart 11:22
Martın 8-də ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
04 Mart 08:46
Ermənistanda siyasi böhran dərinləşir
04 Mart 08:45
“Koronavirus pandemiyasının üçüncü dalğasının olmaması üçün mütləq peyvənd vurdurmalıyıq”
04 Mart 08:42
Qənimət Zahidin məyusluqdan doğan hikkəsi...
03 Mart 22:16
MOK-da "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib
03 Mart 22:08
Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Topqapı sarayını ziyarət edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA