Ana səhifə »  Xəbər lenti »  Milli Məclisin deputatı Ağalar Vəliyev: Prezident İlham Əliyevin irəli sürdüyü vəzifələr Qarabağın inkişafı üçün milli prioritetlər kimi dəyərləndirilməlidir
A+   Yenilə  A-
Milli Məclisin deputatı Ağalar Vəliyev: Prezident İlham Əliyevin irəli sürdüyü vəzifələr Qarabağın inkişafı üçün milli prioritetlər kimi dəyərləndirilməlidir

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Füzuli, Zəngilan, Laçın  və Cəbrayıl rayonlarına səfərləri və bu səfərlər çərçivəsində dövlət başçımız tərəfindən bir sıra strateji obyekt və müəssisələrin açılışının edilməsi nəinki dövlətimiz üçün , eləcə də region üçün müsbət dəyişikliklərin başlanğıcından xəbər verən mühüm hadisəyə çevrildi.

Bu fikirləri KİV-ə açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib.

Millət vəkili söyləyib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında  torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün təmin olunması artıq Azərbaycanı regionun  ən favorit və cəlbedici ölkəsinə çevirib. Bu yaxınlarda 7 ölkəni birləşdirən və uzunluğu 3 500 km olan Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılması ilə əlaqədar videokonfrans formatında  keçirilən iclas bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq əhəmiyyət daşıyan nəhəng layihələrə imza atmaqdadır.

İşğaldan azad edilmiş rayonlara səfər zamanı cənab Prezident tərəfindən Füzuli rayonunda uzunluğu 100 km-ə çatan Horadiz- Ağbənd dəmiryolu xəttinin təməlinin qoyulması daha bir regional nəqliyyat layihəsinin işə düşəcəyindən xəbər verir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru nəqliyyatının yaranmasına böyük töhfə verən bu dəmiryol xəttinin işə düşməsi Azərbaycanla Türkiyə və eləcə də digər qonşu dövlətlərlə kommunikasiya əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək və həmçinin ciddi beynəlxalq lojistika layihələrinin icra olunmasına şərait yaradacaq.

Deputatın sözlərinə görə, ölkə rəhbərinin səfər zamanı hər bir azərbaycanlnın qəlbində qürur və fəxr hissi yaradan çıxışı  Qarabağın və bölgənin  inkişafı üçün mühüm vəzifələr və milli prioritetlər kimi dəyərləndirilməlidir. İşğaldan azad edilmiş bütün rayonlarımızın baş planları hazırlanıb başa çatdıqdan sonra bərpa-quruculuq işlərinə start veriləcək.

Ölkə ictimaiyyətinə ilk dəfə "ağıllı kənd" layihəsi barədə müjdə verən  dövlətimizin başçısı bildirib ki, birinci "ağıllı kənd" layihəsi Zəngilanın erməni işğalı nəticəsində dağıdılmış Ağalı kəndində reallaşdırılacaq və  kənddə layihənin icrası  yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri- yəni 5 komponent üzrə aparılacaq.

İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.

Ağalar Vəliyev qeyd edib ki, azad edilmiş Azərbaycan ərazilərinin Prezidentimizin birbaşa təşəbbüsü və tapşırıqları ilə bərpa edilməsi və yenidən qurulması indiki pandemiya şəraitində  dünya iqtisadiyyatında  böyük problemlərin yarandığı bir dövrdə dövlətimizin gücünü və qüdrətini nümayiş etdirən möhtəşəm bir hadisədir.

Bu hadisələrdən biri də Laçın rayonunun Güləbird kəndində 8 meqavat generasiya gücü olan Su Elektrik Stansiyasının açılışı oldu. İşğalçı ölkə tərəfindən dağıdılmış Güləbird stansiyasının cəmi ay yarım ərzində bərpa edilərək istifadəyə verilməsi və digər alternativ  enerji layihələrinin işə düşməsi dövlət başçımızın Böyük Qayıdışı təmin etməklə yanaşı  Qarabağ bölgəsində həyatın canlanmasında yüksək əzm nümayiş etdirməsinin bariz nümunəsidir.

Milli Məclisin üzvü vurğulayıb ki, azad edilmiş rayonlarda qısa müddət ərzində 7 min hektar torpaq sahəsində əkin işlərinin aparılması ölkəmizin ərzaq təhlükəsizliyi, eləcə də kənd təsərrüfatının inkişafı baxımından olduqca əhəmiyyətlidir və Prezidentin də bildirdiyi kimi,  6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndlilər daha çox pul qazanacaqlar.

Bu gün bütün dünya mətbuatı Prezident İlham Əliyevin Qarabağ bölgəsinə mütəmadi səfərlərindən yazır, dövlət başçımızın fikirləri beynəlxalq mətbu orqanlarının səhifələrində işıqlandırılır. Bu onu göstərir ki, tarixi ədaləti bərpa etmiş ölkəmizin düşməndən azad edilən torpaqlarda həyata keçirəcəyi bərpa və yenidənqurma işləri bütün dünyanın ciddi marağına səbəb olub. Bu həm də onu göstərir ki, Azərbaycan doğru yoldadır və Qarabağın yüksək inkişaf etmiş bölgəyə çevriləcəyi gün uzaqda deyil.

 
  • Oxunub:  2040  |  
  • Tarix:  16-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

03 Mart 22:16
MOK-da "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib
03 Mart 22:08
Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Topqapı sarayını ziyarət edib
03 Mart 22:04
Aslan Əzimzadə: Azərbaycan milli prioritetlər çərçivəsində yaşıl artım ölkəsinə çevriləcək
03 Mart 20:58
Nazir Anar Kərimovun iştirakı ilə İstanbulda Azərbaycan mədəniyyətinə həsr olunan sərgi açılıb
03 Mart 20:56
Yaponiyanın ölkəmizdəki səfiri Ədliyyə Nazirliyində olub
03 Mart 18:54
AQTA ilə Polşanın Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında görüş keçirilib
03 Mart 18:46
Baş Prokurorluq ilə Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb
03 Mart 18:43
Prezident İlham Əliyev: Pakistanla hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunmasına töhfə verəcək
03 Mart 18:42
Ərazilərin bərpası Qarabağı regionun ən müasir bölgəsinə çevirəcək
03 Mart 18:38
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub
03 Mart 18:35
Birgəyaşayış ənənəsi Azərbaycanda bütün dövrlərdə müşahidə edilib
03 Mart 18:34
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
03 Mart 18:28
Azərbaycan ilə Özbəkistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb
03 Mart 18:25
“Böyük qayıdışın” perspektivləri - çiçəklənən, güclənən və qüdrətlənən Azərbaycan...
03 Mart 18:19
Azərbaycan Prezidenti müharibə zamanı nümayiş etdirdiyi dəstəyə görə qardaş Pakistana təşəkkürünü bildirib
03 Mart 18:13
Milli Məclisdə İnnovasiyaların İxracı Konsorsiumunun nümayəndələri ilə görüş keçirilib
03 Mart 18:09
Dövlət Vergi Xidməti: Dövlət-sahibkar münasibətlərində “horizontal platforma”nın qurulması hədəflənir
03 Mart 18:05
Romada Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib
03 Mart 17:56
Mövlud Çavuşoğlu: Türkiyə tərəfi regionda çoxtərəfli əməkdaşlığa üstünlük verir
03 Mart 17:50
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib
03 Mart 17:29
Milli Məclisin sədri Sahibə Qafarova Venesuelanın Azərbaycandakı səfiri ilə görüşüb
03 Mart 17:02
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
03 Mart 17:00
Gənclər təşkilatlarının nümayəndələri vergi islahatları barədə məlumatlandırılıb
03 Mart 16:58
İsrailli həkimlər tərəfindən qazilərin müayinə və müalicələri davam edir
03 Mart 16:55
Şərqşünaslıq İnstitutunda seminar: Nizami və Şərq ədəbiyyatı
03 Mart 16:53
Düsen Kaseinov: Dahi Nizami Gəncəvi haqqında bəhs etmək şərəfli və qürurvericidir
03 Mart 16:49
“İki dövlət bir millət” prinsipi Azərbaycan-Türkiyə münasibətlərinin ana xəttini təşkil edir...
03 Mart 16:42
Dövlətimizin başçısı tutarlı və dəqiq cavabları ilə xarici media orqanlarının diqqətini yenidən Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi
03 Mart 16:15
Azərbaycanın xarici işlər naziri italiyalı həmkarı ilə telefonla danışıb
03 Mart 16:13
Cavanşir Paşazadə: Böyük Qayıdışın təmin olunması üçün bütün işlər mərhələli və planlı şəkildə həyata keçiriləcək
03 Mart 16:08
Türkiyə-Azərbaycan münasibətləri regionda sülhün təminatıdır
03 Mart 16:04
Alimlər Yer kürəsindəki bütün canlıların məhv olmasının tarixini müəyyən ediblər
03 Mart 16:02
Milli Məclisin martın 9-da keçiriləcək iclasının gündəliyi açıqlanıb
03 Mart 16:00
Prezident informasiya cəbhəsində ön xətdədir
03 Mart 15:37
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
03 Mart 15:32
Koreyanın Cecu adasında Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib
03 Mart 15:29
Azərbaycanda koronavirusdan 161 nəfər sağalıb, 319 yeni yoluxma faktı qeydə alınıb
03 Mart 15:19
Ramil Həsən: Regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün geniş imkanlar açılıb
03 Mart 15:08
Sevinc Hüseynova: Azərbaycan informasiya müharibəsində qələbələr qazanır
03 Mart 15:06
Bütün dünya Azərbaycan Prezidentinin nə qədər güclü və xarizmatik, qətiyyətli lider olduğunu bir daha gördü
03 Mart 15:03
NASA ilk dəfə olaraq Veneranın ən böyük dağlıq bölgəsinin şəkilini çəkib
03 Mart 15:00
Yağlı qidaların qəbulu orqanizmdə hansı fəsadlara yola aça bilər?
03 Mart 14:55
Göygöl rayonunda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir
03 Mart 14:38
Azərbaycanın mədəniyyət naziri Türkiyədə yaşayan və fəaliyyət göstərən incəsənət xadimləri ilə görüşüb
03 Mart 14:36
YAP Göygöl rayon təşkilatının yaranmasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
03 Mart 14:33
Müdafiə Nazirliyi Zəngilan rayonunun Beşdəli kəndinin videogörüntülərini yayıb - VİDEO
03 Mart 14:31
Azərbaycan XİN Avropanın bəzi ölkələrinin parlamentlərinin qəbul etdiyi sənədlərə münasibət bildirib
03 Mart 14:21
ABŞ-ın Atlanta şəhərindəXocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib
03 Mart 13:00
“Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı böyük qələbə, zəfər tarixi yazdı
03 Mart 12:54
Eldar İbrahimov: Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çox mühüm məsələlərə toxundu
03 Mart 12:48
285 məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir
03 Mart 12:47
Ankarada “Nizami Gəncəvi İli” ilə bağlı yüzdən artıq nadir əsər sərgilənib
03 Mart 12:42
Moldova KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransını geniş işıqlandırıb
03 Mart 12:27
Mədəniyyət naziri Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri ilə görüşüb
03 Mart 12:27
Martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günüdür
03 Mart 12:14
Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir
03 Mart 12:13
Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının vaksinasiyası əvvəlcədən müəyyənləşdirilmiş qrafiklə növbəli şəkildə aparılır
03 Mart 12:07
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar
03 Mart 12:06
Tibbi ehtiyacların ödənilməsi üzrə işlər davam etdirilir
03 Mart 12:01
Bakı Metropoliteninin bütün infrastrukturu yoxlanılacaq
03 Mart 11:59
Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında dünyanın diqqətini bir daha Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi
03 Mart 11:56
Azərbaycan Texniki Universitetində onlayn “Açıq qapı” günləri davam edir
03 Mart 11:38
Azərbaycanda indiyədək peyvənd olunanların sayı 300 mini keçib
03 Mart 11:36
Azərbaycanda ictimai nəqliyyatda təmassız ödəniş imkanları genişləndiriləcək
03 Mart 11:28
Anar Kərimov: Türkiyə ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik
03 Mart 11:27
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı keçirilib
03 Mart 11:25
Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür
03 Mart 11:23
FHN-in əməkdaşları nazirliyin Tibb Mərkəzində COVID-19 əleyhinə peyvənd olunur
03 Mart 11:21
Azərbaycan İsraillə enerji sistemi məsələlərini müzakirə edib
03 Mart 11:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: COVAX çərçivəsində ölkələrin peyvəndlə təmin olunmasına dair vədə əməl olunmur

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA