"Ermənistan Türkiyə ilə münasibətləri bərpa etmək istəyirsə, ilkin olaraq hansı addımlar atılmalı olduğunu bilirlər". Bu sözləri Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib.
H. Kılıç vurğulayıb ki, Ermənistan yüz ildir, Türkiyəyə qarşı əsassız və haqsız iddialarla çıxış etməklə qalmamış, hər fürsətdə Türkiyə qarşı namərd davranışlarda bulunmuşdur: "Ancaq 44 günlük savaşın ardından ötənlərdə baş verən bunca namərdliyə baxmayaraq Ermənistana növbəti dəfə xoş niyyət ifadə edildi. Dekabrın 10-da Bakıda Zəfər paradında çıxış edən cümhur başqanımız Rəcəb Tayyib Ərdoğan Ermənistana barış əlini uzatdı. Ermənistanın bu əli sıxması və bölgədəki sül və rifah üçün hansı addımların bir an öncə atılmalı olduğunu anlamalıdır. İrəvan nəhayət anlamalıdır ki, havadarlarına güvənərək bir daha Azərbaycana qarşı hansısa ərazi iddiasına qalxsa başının üzərində Demokl qılıncı kimi asılmış “Dəmir yumruq” onu növbəti dəfə tarimar edəcək. Artıq Ermənistan və onun himayədarları anladılar ki, Türkiyə-Azərbaycan bir bədəndə döyünən iki ürək kimidir və bu qardaşlıq qiyamətə qədər davam edəcək. Artıq bir millət iki dövlət anlayışı bir millət, bir dövlət arzusuna çevrilməkdədir. Fevralın 10-da Ermənistanın yeni XİN başçısı Ara Ayvazyan Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılması üçün heç bir əngəl qalmadığını söyləyib. Əslində erməni diplomat haqlıdır, ən böyük əngəlin elə Ermənistanın özündə və onun əsassız iddialarında olduğunu bilməmiş deyil. Bir sözlə, top onların meydadındadır. Qonşularla mehriban ortamda yaşamaq istəyirlərsə, əvvəlcə içlərindəki problemləri həll etməli, terrorçu mahiyyətindən imtina etməlidirlər. Türkiyə və Azərbaycanın uzanmış barış əllərini nəinki sıxmağa, öpməyə hazır olduqlarını əməlləri ilə ortaya qoymalıdırlar. O zaman bölgənin digər xalqları kimi erməni xalqı da nəhayət xoş günlərinə qovuşa bilər”.
- Oxunub: 1710 |
- Tarix: 16-02-2021 |
-
Çap et |