Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov Milli Məclisin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Zaur Adıgözəlovu təltif edib.
Z. Adıgözəlova Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 9-cu ildönümü münasibətilə və Vətən Müharibəsi dövründə arxa cəbhədə vətənpərvərlik işinin təbliğində xidmətlərinə görə Diplomu verilib.
Zaur Adıgözəlovun “Ermənilərin Azərbaycanda mərhələli məskunlaşması”, “Amnesty Internationalın diqqətinə 10 prinsip”, “Beynəlxalq hüququn kağız üzərində olan ədaləti təmin olunur” və s. kimi 20 elmi - siyasi məqaləsi xarici və yerli elmi jurnallarda, o cümlədən tanınmış media orqanlarında dərc olunub.
- Oxunub: 3210 |
- Tarix: 15-02-2021 |
-
Çap et |