Ana səhifə »  Xəbər lenti »  Vüsal Qasımlı: Milli prioritetlər rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyatı hədəfləyib
A+   Yenilə  A-
Vüsal Qasımlı: Milli prioritetlər rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyatı hədəfləyib

Prezident İlham Əliyev 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i təsdiq edib. Sərəncamdan irəli gələn vəzifələrin həlli ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Milli prioritetlər Azərbaycan dövlətinin qarşıya qoyduğu hədəflərə çatmaqda hansı rolu alacaq?

- Bir tərəfdən milli prioritetlər, digər tərəfdən isə nəticəəsaslı büdcə və ortamüddətli xərclər çərçivəsi strateji idarəetmənin əsaslarını gücləndirir. Yeni regional reallıq, Qarabağın reinteqrasiyası, dördüncü sənaye inqilabı kimi perspektivlər, iqlim dəyişikliyi və karbohidrogen gəlirlərinin azalması kimi çağırışlar və dayanıqlı inkişaf gündəliyi Azərbaycanda iqtisadiyyat və idarəetmənin reformat olunmasını zəruri edir. Azərbaycan da qlobal iqtisadi inkişaf tsiklinə uyğun olaraq böhrandan adaptasiya dövrünə keçir, postkonflikt və postpandemiya gündəliyini tərtib edir. Makro və fiskal çərçivənin yenilənməsi, iqtisadiyyatın strukturunun optimallaşdırılması və rəqabətqabiliyyətliliyin yüksəldilməsi məhsuldarlığın artımından asılıdır. Məhsuldarlıq isə institutsional islahatlar, texnoloji yenilənmə, bazarlara çıxış və insan kapitalının inkişafı ilə bağlıdır. Nobel laureatı Pol Kruqman deyir ki, məhsuldarlıq hər şey demək deyil, amma uzunmüddətli dönəmdə hər şeydir. Yaradıcı və motivasiyaedici mühit insan kapitalının daha çox dəyər yaratmasını, həmçinin insan kapitalı indeksi və insan inkişafı indeksinin yüksəlməsini təmin edə bilər. Alfred Marşal deyirdi ki, ən dəyərli kapital insana yatırılan kapitaldır.

Azərbaycanın iqtisadi inkişafı sənayeləşmə və postindustrial mərhələnin, xüsusən də xidmət sektorunun artımını əhatə edir. Eyni zamanda, qlobal dəyər zəncirlərinə qoşulma, ixracyönümlülük və idxalın əvəzlənməsi, xarici iqtisadi əlaqələrin daha da liberallaşması da daxil olmaqla kompleks islahatlar ilə mümkündür.

Yeni Milli Prioritetlər, həm də islahatların yeni gündəliyini yaradır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, eyni zamanda, Strateji Yol xəritələrindən əldə olunmuş nəticələr və institutsional yaddaş milli prioritetlərin əsasında hazırlanacaq “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf strategiyası” üçün əhəmiyyətlidir.

- Azərbaycanda iqtisadi artımın əsas amilləri hansılardır və onların artıma təsir imkanları necədir?

- İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ekonometrik laboratoriyasında aparılan hesablamalara əsasən deyə bilərik ki, iqtisadi artıma 60 faiz əmək, 40 faiz kapital təsir göstərir. Deməli, biz insan kapitalını yüksəltməklə, həm də əmək məhsuldarlığı vasitəsilə iqtisadi artıma daha çox təsir imkanına malikik. Digər tərəfdən isə kapitalın iqtisadi artıma təsirini daha da artırmaq üçün yüksək texnologiyaların tətbiqi zəruridir. Azərbaycanda ümumi amil məhsuldarlığı mənfi zonada olmasa da, yüksəlmə potensialı böyükdür. Əlverişli mühit iqtisadi artımı daha çox dəstəkləmək imkanına malikdir. Yaponiya, Cənubi Koreya, Sinqapur kimi ölkələrin təcrübəsi göstərir ki, məhdud resursları belə əlverişli mühit vasitəsilə iqtisadi artıma çevirmək mümkündür. Baxmayaraq ki, Azərbaycan “Doing Business” hesabatında dünyanın top-10 islahatçıları sırasındadır, biznes mühitinin daha da əlverişli olması üçün islahatlar davam etdiriləcək. Eyni zamanda, Milli Prioritetlərə uyğun olaraq məhkəmə-hüquq və dövlət müəssisələrinin islahatının davam etdirilməsi, həmçinin dövlət təşviqinin miqyasının və effektinin daha da artırılması nəzərdə tutulur.

- Milli Prioritetlər sənədinə iqtisadiyyatın “hərəkətverici qüvvələri” anlayışı daxil edilib. Bunu necə izah etmək mümkündür?

- “Hərəkətverici qüvvələr” anlayışına İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində aparılmış “xərclər-buraxılış modeli” - hesablamalar əsasında cavab vermək istərdim. Burada 2 yanaşma var: birincisi, multiplikator yanaşması, digəri isə sektorun özündən əvvəl (backword linkage) və özündən sonra (forward linkage) gələn sektorlara nə dərəcədə təsir göstərməsidir. İqtisadiyyatın sahələri 4 əsas multiplikator üzrə effekt yaradır: buraxılış (output) multiplikatoru, əmək gəliri multiplikatoru, məşğulluq multiplikatoru və əlavə dəyər multiplikatoru. Məsələn, bizim hesablamalara görə, buraxılış multiplikatoru 26 istiqamətdə, o cümlədən, elektrik avadanlığı, geyim, ərzaq, əczaçılıq, kimya və içki sənayesində 2-dən çoxdur və ən yüksəkdir. Yəni bu sahələrin buraxılışı ümumi iqtisadiyyata daha çox təsir göstərir. Neft-qaz hasilatının isə buraxılış multiplikatoru 1,16 olmaqla ən aşağı həddə yaxındır, bu sahənin artımının ümumi məhsul buraxılışına birbaşa təsiri cüzidir.

Eyni zamanda, aqrar sahə, turizm və özünüməşğulluq proqramı daha çox məşğulluq, neft-kimyası kimi sektorlar daha çox əlavə dəyər, maliyyə-bank sektoru kimi sektorlar isə daha çox əmək gəliri yaradır. Biz iqtisadiyyatın şaxələndirilməsi zamanı bu xüsusiyyətləri, yəni buraxılışı, əmək gəlirlərini, məşğulluğu və əlavə dəyəri nəzərə almaqla optimallaşdırmaya getməliyik. Mövcud resurslarımız, coğrafiya, qlobal trendlər və yerli şərait, həm də ənənə və perspektivlər milli iqtisadiyyat quruculuğunda nəzərə alınası məsələlərdir.

Milli Prioritetlərdə göstərilən iqtisadi suverenliyi təmin etmək üçün ÜDM-in tərkibində xarici komponentin – qoyuluşun (input) optimallaşdırılmasına da ehtiyac var.

- İqtisadi artımı hansı sahələrin hesabına sürətləndirmək olar?

- İqtisadi artımı tətikləyən sahələri diqqətlə seçməliyik. Məsələn, Azərbaycanda tikintinin məhsulundan 84 sahə (downstream) faydalanır, tikinti özü isə 44 sahənin (upstream) məhsulundan və xidmətindən yararlanır. Beləliklə, tikinti elə bir həlqədir ki, onun vasitəsilə bütün zənciri tərpətmək, eyni zamanda, həm tələb, həm də təklif yaratmaq mümkündür. Qarabağda tikinti bumu bu mənada bütün iqtisadiyyatı canlandıra bilər. Tikintinin hər 3 manatlıq buraxılışına qarşı 1 manat da idxal düşdüyündən tikintidə istifadə olunan məhsul və xidmətləri də mümkün qədər yerli istehsalın hesabına təmin etməklə əlavə dəyər yarada bilərik. Tikinti qədər emal sənayesi də “upstream” və “downstream” istiqamətlərində təsir imkanlarına malikdir. Çünki istər kənd təsərrüfatı məhsulu olsun, istərsə də dağ-mədən, emal sənayesi xammal resursuna dəyər əlavə etməklə, emal dərinliyini artırmaqla iqtisadiyyatı canlandırır, əlavə dəyər və iş yeri yaradır.

Biz texnologiyaları daha çox idxal etdiyimizdən, onun “downstream” təsiri daha çoxdur və texnologiyalar iqtisadi səmərəliliyi yüksəldir. “Downstream”də ticarət, maliyyə-bank, biznes, rabitə və informasiya xidmətləri, “upstream”də isə turizm daha çox təsirə malikdir. Bir sözlə, biz dəyər zəncirində həlledici həlqələrin üzərində daha çox fokuslanmaqla - nöqtəvi təsirlə iqtisadi artımı təmin edə bilərik.

Hazırda İİTKM-də bütün sektorların həm daxili resurs dəyəri əsasında rəqabət qabiliyyəti təhlil edilir, həm də sektorun başqa sahələrə təsirini ifadə edən dispersiya effekti hesablanır. Əgər iqtisadi təhlükəsizlik üçün təhdid yaratmırsa, rəqabət üstünlüyü olmayan sahələrin dəstəklənməsi lazım deyil. Əvəzində rəqabət üstünlüyü olan sahələri dəstəkləməklə resurslarımızı daha səmərəli istifadə edərək, faydamızı maksimallaşdıra bilərik.

Hazırda Azərbaycanın qeyri-neft iqtisadiyyatı üçün əsas "dartıcı qüvvə" daxili tələbdir, qeyri-neft ixracının qeyri-neft ÜDM-ə nisbəti təxminən 5 faizdir, qalan ÜDM-in 95 faizinə yerli tələb var. Bu mənada beynəlxalq müqayisə göstərir ki, bizim ixrac potensialımız böyükdür və iqtisadiyyatın rəqabət qabiliyyəti artdıqca xarici tələb daha böyük rol alacaq. Sinqapur və Maldivin təcrübəsi göstərir ki, uğur qazanan kiçik iqtisadiyyatlarda artımın əsas drayveri xarici tələb - ixrac olmalıdır. Böyük iqtisadiyyatlar, məsələn, Çində əksinə miqyas effekti imkan verir ki, daxili tələb əsas hərəkətverici olsun. Azərbaycan iqtisadi artımı daha çox xarici bazarlara çıxmaqla təmin edə bilər. Azərbaycanın qlobal dəyər zəncirlərinə qoşulması üçün dağ-mədən, neft-kimya, nəqliyyat-logistika, tekstil, emal sənayesi kimi sahələri daha perspektivlidir.

Azərbaycanın 2030-cu il hədəflərindən danışanda, biz həm də əhali artımını da nəzərə almalıyıq. 2030-cu ilə qədər əhalimiz BMT-nin proqnozlarına əsasən 600 min nəfər artacaq. Bir tərəfdən Qarabağın 167 faydalı təbii resursları, torpaq, su və meşə fondu, tarixi və mədəni abidələri, digər tərəfdən isə 600 min insan yaxın perspektivdə iqtisadiyyatımıza əlavə güc qatacaq. İstər təbii ehtiyatlar, istərsə də insan kapitalını daha səmərəli istifadə etmək üçün şərait yaratmalıyıq.

- Fiskal siyasət Azərbaycan dövlətinin qarşısında dayanan vəzifələrin həllində nə dərəcədə rol oynadı?

- 2020-ci ildə COVID-19 pandemiyası ilə mübarizə üçün dünyada 14 trilyon dollar fiskal dəstək həyata keçirilib ki, bu da dövlət maliyyəsi üçün gərginlik yaradıb. Pandemiya ilə mübarizə keçən il dövlət büdcəsinin kəsirinin ÜDM-ə nisbətini dünya üzrə 11,8 faiz, inkişaf etməkdə olan ölkələr üzrə 10,3 faiz və neft hasil edən ölkələr üzrə 10,6 faiz həddinə çatdırıb. Azərbaycanda isə 2020-ci ildə dövlət büdcəsinin kəsirinin ÜDM-ə nisbəti orta dünya göstəricisindən 5 dəfə az olmaqla cəmi 2,4 faiz təşkil edib. Digər tərəfdən, pandemiya ilə mübarizədə dövlət borcu indiyədək görünməmiş həddə - ÜDM-in 98 faizinə yüksəldib. Müqayisə üçün deyək ki, Azərbaycanda bu göstərici orta dünya həddindən təxminən 4 dəfə aşağıdır.

2021-ci ildə dünyada iqtisadi artımın bərpası üçün dəstək tədbirləri davam edir. Məsələn, Kanada növbəti üç ildə 70-100 milyon dollarlıq fiskal stimul təqdim edəcək, Yunanıstan həmrəylik vergisi və sosial sığorta ayırmaları ilə iqtisadi artımı dəstəkləyəcək və Avstraliya “JobMaker” planı təqdim edir. Dünya meqatrendlərinə uyğun olaraq, Azərbaycanda da həm iqtisadi artım, həm də sosial rifah məqsədilə fiskal genişlənmə davam edir. Amma dünya trendlərindən fərqli olaraq, Azərbaycanda fiskal genişlənmə daha çox dövlətin maliyyə resursları hesabına baş verir, məsələn, həmrəylik vergisi tətbiq etməklə deyil. Digər tərəfdən, Azərbaycan dövlət büdcəsi, həm də ölkənin milli təhlükəsizliyi və müdafiə qabiliyyətini daha da möhkəmləndirməlidir. İndiki kontur-tsiklik siyasətə uyğun olaraq, böhran zamanı fiskal genişlənmə tətbiq edildiyi kimi, iqtisadi artım bərpa olunduqdan sonra Azərbaycan büdcə qaydalarının tətbiqinə başlayacaq, yəni icmal büdcənin yuxarı həddi, dövlət borcu və icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti qaydalarla tənzimlənəcək.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, Azərbaycan inkişaf etməkdə olan və orta gəlirli ölkələr arasında 2020-ci ildə fiskal balansda ən çox yumşalmaya gedən ölkədir. Belə ki, 2020-ci ildə kumulyativ fiskal yumşalma ÜDM-in 20 faizinə çatmaqla Azərbaycanda ən yüksək olub. Bu il Azərbaycan bu göstəriciyə görə yalnız Küveytə güzəştə getdiyi halda, 2022-2025-ci illərdə inkişaf etməkdə olan və orta gəlirli ölkələr arasında yenidən lider mövqeyini qoruyacaq. Fiskal yumşalma dedikdə, dövlətin xərcləri artırması və gəlirlərdə güzəştə getməsi nəzərdə tutulur. Əlbəttə, Azərbaycanın bu göstərici üzrə liderliyə yüksəlməsi ölkədə yaradılmış “fiskal fəza” hesabına mümkün olub. İnkişaf etməkdə olan və orta gəlirli 40-dək ölkə arasında dövlət büdcəsinin imkanlarından ən çox Azərbaycan istifadə edib. 2020-ci ildə Azərbaycanın görünməmiş həddə aşağı neft qiymətləri və hasilatın azalması, quraqlıq və pandemiya ilə mübarizəsi, həmçinin Vətən müharibəsində şanlı Qələbəsi dövlətin maliyyə qüdrətinə bağlı olub. BVF-nin Fiskal Hesabatı bu faktı bir daha sübut edir. Özü də Azərbaycan bu liderliyini bizdən dəfələrlə böyük - Çin, Hindistan, Braziliya kimi dövlətlərin də daxil olduğu qrupda bacarıb.

Nassim Talebin ifadəsi ilə desək, 2020-ci ildə Prezident İlham Əliyev “əlini daşın altına qoymaq”la, həm də bütün məsuliyyəti öz üzərinə götürdü və Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

- İqtisadiyyatın maliyyələşdirilməsi perspektivləri barədə nə demək olar?

- Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Gita Qopinatın yanaşmasına görə, qlobal iqtisadiyyatın bərpasında əsas rolu vaksinə tez çıxış, fiskal stimulların və yumşaq monetar siyasətin davam etməsi oynayacaq. İlk vaksinasiya aparan ölkələrdən olan Azərbaycan bu il də fiskal genişlənməni və yumşaq monetar siyasəti davam etdirməklə milli iqtisadiyyatın bərpasında ən uyğun “resept”i tətbiq edir. İri kapital ehtiyatları və yüksək likvidlik imkanları, dövlətin subsidiya, zəmanət və tənzimləmə dəstəyi, həmçinin əvvəlki böhranlarda qazanılmış immunitet bütün dünyada olduğu kimi Azərbaycan banklarını da böhrandan az itki ilə çıxartdı. Banklarda manatla yeni depozit və kreditlər üzrə orta faizlər arasında marjanın keçən il 6,32-dən 7,41-ə yüksəlməsi və onların xalis faiz gəlirlərinin artması, habelə bank sektorunun xalis mənfəətinin 5,6 faiz artaraq 567,8 milyon manata çatması göstərir ki, Azərbaycan bank sektoru dayanıqlığını qoruyur. Hansı ki, bu, hər yerdə belə deyil, məsələn, Yaponiya və Avropada pandemiya şəraitində kapitalın dəyərinin (cost of equity) artması və kapitalın gəlirliliyinin (return of equity) azalması bank sektorunda gərginlik yaradır. Azərbaycanda 2020-ci ildə həm biznes, həm də istehlak kreditlərinin cüzi də olsa azalması daha çox pandemiyanın təsiri ilə tələbin məhdudlaşması səbəbindən idi, bu il isə bank sektoru iqtisadi artımın bərpası prosesinə daha yaxından cəlb olunmalı və əlverişli biznes maliyyələşməsini genişləndirməlidir. Çünki iqtisadi artımın bərpası həm də yenidən bank məhsullarına tələbi artıracaq. Necə deyərlər, “borclu borclunun sağlığını istər”. Aşağı inflyasiya və sabit manat, ÜDM-ə münasibətdə yüksək strateji valyuta ehtiyatları və aşağı xarici borc, Qarabağın reinteqrasiyası və regional kommunikasiyaların açılma perspektivi, fiskal genişlənmə və yumşaq monetar siyasət, bərpa prosesinə yerli və xarici iş adamlarının marağı bir investisiya dalğası vəd edir. Bu prosesə həm banklarımız, həm də investisiya fondları və kapital bazarları yaxından cəlb olunmalıdır. Xüsusən də yaşıl istiqrazlar, sosial istiqrazlar, davamlı istiqrazlar kimi qiymətli kağızlarla sərmayə cəlbi imkanlarımız var. Bu arada maliyyə texnologiyalarının iqtisadi artıma, rəqəmsal maliyyə inklüzivliyinə və səmərəliliyə müsbət təsirini nəzərə alaraq bu sahədə tətbiqləri və maarifləndirməni genişləndirməliyik. Bu il yanvarın 28-29-da keçirilən “Fintex” Sammitində məhz fintex-tərəfdaşlıq, risklər, ödəniş ekosistemləri, blokçeyn, insan mərkəzli fintex, kibertəhlükəsizlik, şəhər mobilliyi, tənzimləyici çərçivə və sair məsələləri müzakirə etdik.

- Qarabağın bərpasında dövlət maliyyəsi iqtisadi artıma necə təsir edəcək?

- Dünya iqtisadiyyatında artımın əsas mənbəyi kimi istehlak rol oynadığı halda, Çində investisiya aparıcı rola malikdir. İstehlakın hesabına artım dayanıqlı deyil, birdəfəlik təbiətə malikdir, sərmayələrin hesabına artım isə daha davamlıdır. Azərbaycanda xüsusən də Qarabağın bərpasına dövlət və qeyri-dövlət sərmayələrin cəlbi dayanıqlı iqtisadi artıma əsas yaradır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində qurulan ekonometrik laboratoriyada aparılan təhlil onu göstərir ki, Qarabağda dövlət büdcəsi hesabına 2,2 milyard manatlıq sərmayə qoyuluşu potensial qeyri-neft ÜDM-ni artıracaq. Bu nəticə başa düşüləndir: yeni əsas fondlar – yol, elektrik, qaz və sair infrastruktur iqtisadiyyatın potensialını artırır. Amma bu potensialın real qeyri-neft ÜDM-ə təsiri daha vacibdir. Çünki dövlət xərcləmələri ÜDM-i artırdığı kimi, həm də xalis ixracı azaldır, daha doğrusu idxalı artırır və beləliklə, real ÜDM-ə təsir azalır. Buna baxmayaraq, ekonometrik hesablamalar göstərir ki, real və nominal ÜDM arasında fərqi ifadə edən buraxılış kəsiri bu il mənfi zonadan çıxaraq sıfırlana bilər. Qarabağda dövlət sərmayələri katalizator rolunu oynayacaq və qeyri-dövlət sərmayə qoyuluşu üçün əsaslar yaradacaq. Artıq Türkiyə, İtaliya, Böyük Britaniya, Pakistan, İsrail kimi dövlətlərdən Qarabağın bərpasına sərmayə axını başlayır. Qarabağda dağ-mədən sənayesi, metallurgiya, yaradıcı sənaye, yeyinti sənayesi, trikotaj, turizm, aqrar və yaşıl enerji kimi sahələrin böyük inkişaf potensialı var. Qarabağ Dirçəliş Fondu qeyri-dövlət sərmayələrin cəlbində mühüm rol ala bilər.

- Hiss olunur ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində güclü iqtisadi-riyazi aparat formalaşıb. Hansı modellərdən istifadə edirsiniz?

- Mərkəzdə “EconLAB” iqtisadi təhlil laboratoriyası yaradılıb. Laboratoriyada makro, mezo və mikro səviyyədə təhlillərin aparılması üçün modellər qurulub və proqram təminatları əldə edilib. Hazırda bizdə ORANİ, xərclər-buraxılış, ümumi tarazlıq, maliyyə proqramlaşdırılması, mikrosimulyasiya və sair modellərdən istifadə olunur. Modellərin qurulmasında Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa İttifaqı, Asiya İnkişaf Bankı və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi ilə yaxından əməkdaşlıq edilib. “EconLAB”ın beynəlxalq təqdimatı ilk dəfə olaraq Bolqarıstanın Sofiya şəhərində yerləşən İqtisadi Siyasət İnstitutunda keçirilib. “EconLAB”ın imkanlarından istifadə edərək milli prioritetlər çərçivəsində qısa, orta və uzunmüddətli dövr üçün makro, mezo və mikro səviyyələrdə proqnozlar hazırlanır, xarici şokların ölkə iqtisadiyyatına təsirləri qiymətləndirilir və bu şokların təsirlərinin minimuma endirilməsi üçün addımlar müəyyən edilir. Bizim laboratoriyada fiskal, monetar, real sektor və tədiyyə balansı bir yerdə və ayrılıqda modelləşdirilir, təkliflər hazırlanır.

Modellərin qurulmasında İİTKM-in bir üstünlüyü də ondadır ki, biz 20-dək Strateji Yol Xəritəsi, dövlət proqramı və fəaliyyət planlarının monitorinq və qiymətləndirilməsini aparırıq. Beləliklə, mərkəzimizdə verilənlər bazası və lazımi məlumatlılıq formalaşır ki, bu da modelləşmədə istifadə edilir. Modellərdən əldə olunan nəticələr həm dövlətin iqtisadi siyasəti üçün təkliflərin hazırlanmasında, həm də elmi əsərlərin yazılmasında və kommunikasiya siyasətində istifadə olunur.

 
  • Oxunub:  2340  |  
  • Tarix:  16-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

08 Mart 19:38
Qadın, Ana adı həmişə böyük ehtiramla tərənnüm olunur
08 Mart 19:03
Azərbaycanda sutka ərzində koronavirusa 195 nəfər yoluxub
08 Mart 17:59
“Israel HaYom” qəzeti: Azərbaycan Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi tibbi yardım üçün İsrailə təşəkkür edib
08 Mart 16:31
“YAŞAT” Fondunun layihəsi davam edir
08 Mart 13:02
Milli Məclisin sədri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib
08 Mart 12:58
BMT-nin mötəbər Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edildi
08 Mart 10:08
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
07 Mart 16:42
Müdafiə Nazirliyi Ağdam rayonunun Suma kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 16:35
Azərbaycanda sutka ərzində koronavirusa 403 nəfər yoluxub
07 Mart 14:27
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
07 Mart 14:17
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir
07 Mart 13:17
YAP sözün əsl mənasında ümumxalq partiyasıdır
07 Mart 12:46
Sevinc Fətəliyeva: Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisədir
07 Mart 11:16
Müdafiə Nazirliyi Füzuli rayonunun Qarakollu kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 11:07
Ülviyyə Həmzəyeva: Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinə qədəm qoyub
07 Mart 11:01
Müzəffər Azərbaycan Ordusu tarix yazdı
07 Mart 10:55
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19 peyvəndinə bərabər çıxışın təmin olunmasına dair sənəd qəbul olunub
07 Mart 10:50
6 siyasi partiyanın YAP-a qoşulmaq təşəbbüsü milli həmrəylik müstəvisində qiymətləndirilməlidir
06 Mart 22:31
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar
06 Mart 22:21
Erməni vandalları Azərbaycanın təbiətinə ciddi ziyan vurub, ekoloji terror törədiblər
06 Mart 22:14
Diplomatik korpusun rəhbərləri Qubadlı rayonuna səfər ediblər
06 Mart 21:56
Azərbaycan Prezidentinin prinsipial mövqeyi hərb və diplomatiya meydanında olduğu kimi, informasiya məkanında da uğurlarımızı şərtləndirirdi
06 Mart 20:50
"Bu zəfər bütün türk dünyasının qələbəsidir"
06 Mart 18:58
YAP zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş partiyadır
06 Mart 18:10
Deputat: Altı siyasi partiyanın YAP-a qoşulması milli və siyasi həmrəyliyin nümunəsidir
06 Mart 18:02
Rüstəm Orucov cüdo üzrə “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
06 Mart 17:57
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Azərbaycanda və regionda yaranmış yeni reallıqlarla bağlıdır
06 Mart 17:54
Azərbaycanda sutka ərzində koronavirusa 353 nəfər yoluxub
06 Mart 17:53
Mövlud Çavuşoğlu: Türkmənistan, Azərbaycan və Türkiyə İpək yolunun canlandırılmasında aparıcı rol oynayır
06 Mart 16:38
Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib
06 Mart 16:35
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa böyük önəm verir
06 Mart 16:30
YAP-ın qurultayı ölkəmizdə yaranan milli birlik və həmrəyliyin təzahürüdür
06 Mart 16:21
Ali Məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiqi məqsədilə elan verilib
06 Mart 16:19
Türkiyənin xarici işlər naziri Türkmənistanda səfərdədir
06 Mart 16:17
Misir portalı Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş rayonlara səfərindən yazıb
06 Mart 16:15
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
06 Mart 16:09
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb
06 Mart 15:28
Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirir

06 Mart 15:03
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib

06 Mart 14:43
Deputat: “Prezidentin məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi”
06 Mart 13:55
Vətən müharibəsində Qələbə Azərbaycan qadınının gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etdiyini təsdiqlədi
06 Mart 13:21
Prezident Rəcəb Tayyib Ərdoğan 2021-ci ili Türkiyədə “Məhməd Akif və İstiqlal marşı ili” elan edib
06 Mart 12:53
Tacikistan portalı Ermənistanın üçtərəfli Bəyanata zidd əməlindən yazır
06 Mart 12:52
Britaniyanın “The Telegraph” saytı: Azərbaycanlılar Qarabağa qayıtmağı səbirsizliklə gözləyirlər
06 Mart 12:51
Qubadlı rayonu ərazisində DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb
06 Mart 12:48
Azərbaycan islami dəyərlərin və türk dünyasının maraqlarının təmin olunduğu beynəlxalq məkandır
06 Mart 12:09
Liviyanin müvəqqəti işlər vəkili: Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur
06 Mart 12:08
Müdafiə Nazirliyi Zəngilan rayonunun Qaradərə kəndinin videogörüntülərini yayıb - VİDEO
06 Mart 11:38
Xarici diplomatlar və hərbi attaşelər Füzuli rayonunun işğaldan azad olunmuş Merdinli kəndində olublar
06 Mart 11:33
YAP ümumxalq partiyası olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir
06 Mart 11:31
Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
06 Mart 10:47
Sabah ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində oxuyan şagirdlər üçün buraxılış imtahanı keçiriləcək
06 Mart 10:42
“Qardaşlığımızı dünyaya göstərdik”
06 Mart 10:38
“Pakistan Beynəlxalq Hava Yolları” Bakıya birbaşa aviareyslərə başlayır
06 Mart 10:37
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfəri başlayıb
06 Mart 09:24
“France 24” televiziya kanalı Qarabağda aparılan quruculuq işlərinə dair reportaj yayımlayıb
06 Mart 09:20
Regional və qlobal layihələr İƏT üzvləri başda olmaqla Azərbaycanı bölgənin cazibədar iqtisadi imkanlar məkanına çevirib
06 Mart 09:10
Azərbaycan tolerant və multikultural ölkədir
06 Mart 08:49
Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Qubadlı və Laçın rayonlarına səfəri təşkil edilib
05 Mart 21:11
Prezident: Böyük Qayıdış proqramı icra olunanda ilk növbədə, ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
05 Mart 20:42
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
05 Mart 20:40
Özbəkistandan Bakı-Tbilisi-Qars dəmir yolu ilə 40 konteyner yola salınıb
05 Mart 20:36
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb
05 Mart 20:27
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
05 Mart 19:57
Prezident: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
05 Mart 19:56
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
05 Mart 19:50
Canfranko Ravazi: Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın dinlərarası dialoq prizmasından bütün dünyaya nümunə olacağına inanıram
05 Mart 19:50
Azərbaycan daimi nümayəndəliyi Ermənistanın qanunsuz və təxribatçı fəaliyyətlərinə son qoyulması ilə bağlı UNESCO-ya çağırış edib
05 Mart 19:34
Prezident İlham Əliyev: Biz qonşularımızla dostluq münasibətləri qurmasaydıq İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi
05 Mart 19:32
Bakıda dünyada ilk tanker-muzey fəaliyyətə başlayır - VİDEO

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA