Ana səhifə »  Xəbər lenti »  Münxen zəfərindən bir il ötdü
A+   Yenilə  A-
Münxen zəfərindən bir il ötdü

Ardıcıl diplomatik uğurlar Azərbaycanın möhtəşəm tarixi qələbəsini təmin edən strateji amillərdən biridir
Azərbaycan dövləti 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkib. Ölkəmizin bu müddət ərzində həyata keçirdiyi siyasətdə Dağlıq Qarabağ münaqişəsinin həlli, işğalçı Ermənistanın beynəlxalq miqyasda ifşa olunması mühüm yer tutub. Məhz bu siyasətin nəticəsidir ki, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması, Ermənistanın işğalçı olması barədə sənədlər qəbul edilib.
Xüsusilə müxtəlif beynəlxalq platformalar çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin haqq işini dünya ictimaiyyətinə çatdırıb. Bu mühüm platformalardan biri də Münxen Təhlükəsizlik Konfransıdır. Yeri gəlmişkən qeyd edək ki, bu il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrinin bir ili tamam oldu. Bu müzakirələr zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər canlı yayımda dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.
Prezident İlham Əliyev Münxendə Paşinyana tarix və hüquq dərsi keçdi
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyev Münxendə Nikol Paşinyana tarix və hüquq dərsi keçdi. Dövlətimizin başçısı həmin müzakirələr zamanı Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, o cümlədən Xocalı soyqırımını törətdiyini, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, ölkəmizin ərazi bütövlüyünün bütün beynəlxalq ictimaiyyət tərəfindən tanındığını, ermənilərin işğal olunmuş torpaqlarımızda mədəni irsimizi məhv etdiklərini, Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi olmadığını bir daha qətiyyətlə ifadə etdi. “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüquq normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir”, - deyən dövlətimizin başçısı mühüm tarixi faktları diqqətə çatdırdı. Münaqişənin tənzimlənməsinin beynəlxalq hüquqi aspektlərinə toxunan Prezident İlham Əliyev vurğuladı: “Beynəlxalq hüquq məsələsinə gəlincə, yenə deməliyəm ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib. Ona görə də sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir”.
Bu müzakirələrdən də aydın göründü ki, Dağlıq Qarabağın tarixi, müxtəlif dövrlərdə bu ərazilərin mənsubluğu ilə bağlı həqiqətlər Ermənistan üçün çox ağır mövzudur. Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı söylədiyi tarixi həqiqətlər qarşısında Paşinyanın eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursu isə auditoriyanı çaşdırmaq cəhdindən başqa bir şey deyildi. Əgər Paşinyan, həqiqətən də, Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu təsbit edən hər hansı bir fakta, sənədə malik olsaydı, mütləq şəkildə bunu açıqlayardı.
Nikol Paşinyan tarixi həqiqətlər və beynəlxalq hüququn tələbləri qarşısında aciz duruma düşmüşdü
Beləliklə, Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim edilən faktlar qarşısında aciz durumda qaldı. Bu kontekstdə bir sıra məqamlara toxunmaq məqsədəmüvafiq olar. Əvvəla, Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair təqdim etdiyi hüquqi bazanın qarşısında Paşinyan tutarlı heç bir arqument nümayiş etdirə bilmədi, o, hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoymadı. Bununla da, Dağlıq Qarabağın hüquqi cəhətdən Azərbaycana məxsus olması reallığı bütün dünyaya bir daha nümayiş etdirildi.
Debatda Ermənistanın baş nazirinin bir uğursuz cəhdi də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin mahiyyətini təhrif etməyə çalışmaq oldu. Amma bu cür səylər, şübhəsiz ki, iflasa məhkumdur və əsassız iddialardan ibarət olduğu üçün heç bir nəticə verə bilməzdi. Digər tərəfdən, beynəlxalq birlik Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə əlaqədar Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul ediblər. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına dəstək ifadə edilib. Elə müzakirələr zamanı Prezident İlham Əliyev BMT başda olmaqla dünyanın aparıcı beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrdən danışdı və faktlar əsasında göstərdi ki, beynəlxalq birlik işğal faktını pisləyir, Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir.
Bunlarla yanaşı, həmin müzakirə zamanı Ermənistanın baş naziri reallıq hissini itirərək 1921-ci ildə Bolşevik partiyasının Qafqaz Bürosunun Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərarını guya təkzib etməyə çalışmışdı. “Çünki Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın... yox, üzr istəyirəm, Ermənistanın tərkib hissəsi olmasına qərar verdi”, - deyən Paşinyan çaşması ilə təkcə yalan danışdığını göstərmədi, həm də elə ilk dəqiqələrdən Prezident İlham Əliyevin təcrübəsi, təzyiqi qarşısında çətin vəziyyətə düşdüyünü və buna görə də çaşdığını göstərdi.
Bunlarla yanaşı, Paşinyan dəfələrlə özü-özünü təkzib etdi, bir tərəfdən Dağlıq Qarabağın münaqişə tərəfi olduğunu, özünün silahlı qüvvələrə malik olduğunu deyən Ermənistanın baş naziri digər tərəfdən də, öz oğlu da daxil olmaqla Ermənistan vətəndaşlarının Dağlıq Qarabağda hərbi xidmət keçdiyini etiraf etmişdi. Bütün bu və digər məqamlar N.Paşinyanın aciz durumunu - çıxılmaz vəziyyətdə olduğunu aşkar nümayiş etdirmiş oldu. Hətta o zaman erməni mediası Paşinyanın uğursuz çıxışını lağ və tənqid obyektinə çevirmişdi.
Nəticə etibarilə, bəhs olunan müzakirələr göstərmişdi ki, Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm beynəlxalq hüquq, həm də beynəlxalq birliyin mövqeyi kontekstində bir daha dünya ictimaiyyətinə çatdırdı, Ermənistanın baş naziri bu reallığa qarşı heç bir əks-arqument ortaya qoya bilmədi. Bir sözlə, Prezident İlham Əliyev faktlarla, məntiqlə Paşinyanın bütün iddialarını darmadağın etdi.
Milli Məclisin deputatı Məlahət İbrahimqızının “Münxendən başlayan zəfər” adlı kitabı Prezident İlham Əliyevin diplomatik qələbələrinə istinad edir
Artıq Münxen Təhlükəsizlik Konfransındakı müzakirələr tarixə çevrilib. Bu debatlardan bir neçə ay sonra Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanın işğalı altında olan torpaqlarını azad etdi. Təbii ki, döyüş meydanında qazanılan qələbədə diplomatiya cəbhəsində əldə edilmiş uğurlar da mühüm rol oynadı. Bu baxımdan, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrində Prezident İlham Əliyevin çıxışı böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransındakı Qarabağ müzakirələri uzun müddət dünya mediasının gündəmində oldu. O cümlədən ölkəmizdə də bu yöndə geniş analitik təhlillər aparılıb, məqalələr hazırlanıb, kitablar çap olunub. Bu baxımdan, Milli Məclisin deputatı Məlahət İbrahimqızının “Münxendən başlayan zəfər” adlı kitabı diqqəti cəlb edir. Məlahət İbrahimqızının “Münxendən başlayan zəfər” adlı kitabı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş panel çıxışları əsasında hazırlanıb. Kitabın yol xəritəsini Prezident İlham Əliyevin çıxışı və Onun “məsələnin tarixinə baxmalıyıq” tövsiyəsi təşkil edir.
Saxtalaşdırılmış erməni tarixinin mifologiya üzərində qurulduğunu təkzibolunmaz faktlarla açıb göstərən bu kitab son iki yüz ildə erməni millətçiləri və ideoloqlarının zaman-zaman yürütdükləri qəsbkar siyasəti ifşa edir. Mötəbər mənbələrdən və arxivlərdən əldə edilmiş elmi araşdırmalar, orijinal stenoqramlar, aktlar, xəritələr, eləcə də tarixi personajların hesabatları və məktubları Qarabağın və Qarabağ münaqişəsinin gerçək tarixi və mahiyyəti haqqında obyektiv və dolğun təsəvvür yaradır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə ithaf edilən kitab Prezident İlham Əliyevin bu fikirləri ilə açılır: “Mən deyəndə ki, biz tarixi ədaləti bərpa edirik, tam haqlıyam. Mən Münxen Təhlükəsizlik Konfransında bütün dünyaya və bu canlı formatda aparılmış diskussiya əsasında sübut edə bilmişəm ki, bu, bizim tarixi torpağımızdır”.
Bu mövzuda kitab yazılması ideyasının necə yarandığından söz açan müəllif qeyd edir ki, panel müzakirələri sosial şəbəkələrdən izləyən xarici istifadəçilər arasında işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı onlayn sorğu keçirilib. Respondentlər Cənubi Qafqazın taleyi ilə bağlı son iki yüz ildə qəbul edilmiş sənədlər haqqında məlumatların Azərbaycan Prezidenti tərəfindən bir neçə dəqiqə ərzində panel izləyicilərinin diqqətinə çatdırılmasını yüksəkəmsallı amil kimi qeyd ediblər. Sorğu iştirakçıları, həmçinin erməni millətçilərinin Cənubi Qafqaz haqqında uydurduqları saxta tarixi ifşa edən faktların geniş təbliğinə ehtiyac olduğunu vurğulayıblar. Bu baxımdan XIX-XX əsrlər ərzində azərbaycanlıların dədə-baba yurd yerləri olan indiki Ermənistan ərazisində məruz qaldıqları etnik təmizləmə və deportasiyanı, müxtəlif ölkələrdən gətirilən ermənilərin bu ərazilərdə məskunlaşmasını əks etdirən sənədlər də kitaba daxil edilib.
Müəllif qeyd edir ki, Münxen paneli Ermənistanın baş naziri Paşinyanın, işğalçı dövlətin rəsmilərinin, eləcə də erməni millətçilərinin əsas məqsədini üzə çıxardı. Göstərdi ki, ermənilər uydurduqları saxta tarixlə dünya ictimaiyyətini çaşdırmağa, Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləməni, əsassız ərazi iddialarını, Qarabağın işğalını, Xocalı soyqırımını ört-basdır etməyə çalışaraq təcavüzkar siyasətlərini davam etdirirlər.
Bu kitab oxucunu, həmçinin bölgənin coğrafiyasına, etnik tərkibinə, toponimlərinə yaxından bələd olan və XIX-XX əsrlərdə Çar Rusiyasının, eləcə də Sovet Rusiyasının Cənubi Qafqaz siyasətinin həyata keçirilməsində bilavasitə iştirak edən tarixi şəxslərlə tanış edir. Beləliklə, gizlədilmiş tarixi həqiqətlər üzə çıxır, erməni millətçilərinin XIX-XX əsrlərdə uydurduqları saxta erməni tarixi faktlarla ifşa olunur. Kitabda “Erməni xisləti”, “Erməni yalanının Münxendə ifşası”, “Ermənistanda Azərbaycan türklərinin silinməz izləri”, “Tarixi ədalətsizlik: deportasiya, etnik təmizləmə və soyqırımı”, “Tarix və hüquq erməniləşdirmə siyasətini ifşa edir”, “Azərbaycan XVIII-XX əsr xəritələrində” adlı hissələrdə istinad edilmiş mənbələr və sənədlər ötən iki yüz ildə bölgədə baş verən tarixi proseslərdə erməni millətçilərinin və ideoloqlarının məqsədli və məkrli planlarının aşkarlanması baxımından olduqca önəmlidir.
Məlumat üçün bildirək ki, müəllif müxtəlif dillərdə 160-dan çox mənbəyə istinad edib. Bu mənbələr sırasında britaniyalı jurnalist, “The Sphere” hərbi qəzetinin müxbiri Robert Skotland Liddlin “Müsəlmanlarla müharibə: ermənilər yenidən hücuma keçir” məqaləsini (1920), gürcü yazıçısı və ictimai xadim İlya Çavçavadzenin Rusiya çarına məktublarını və “Erməni alimləri və fəryad edən daşlar” kitabını (1902), hərb elmi üzrə məşhur alman alimi, general-feldmarşal baron V.L.Kolmer fon der Holsun “Anadolu eskizləri” əsərini (1896), Eçmiədzin Sinodunun prokuroru A.Frenkelin Rusiya imperatoruna yazdığı arayışı (1907), məşhur rus tədqiqatçısı Vasili Veliçkonun “Qafqaz: Rus işi və qəbilələrarası məsələlər” (1904), Tiflis Vətənpərvərlər Cəmiyyətinin sədri Nikolay Şavrovun “Cənubi Qafqazda rus işinə yeni təhlükə” (1904), uzun illər çar Rusiyasının Osmanlı dövlətindəki səfirliyində işləmiş rus diplomatı, general-leytenant V.F.Mayevskinin “Ermənilər tərəfindən törədilən kütləvi qırğınlar” kitablarını (1913-1916) və digər materialları qeyd etmək olar.
Kitaba Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələrindən başlayaraq BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan 822, 853, 874 və 884 saylı qətnamələri, Qoşulmama Hərəkatının bununla bağlı Yekun Sənədi və digər sənədlər daxil edilib.
Nəfis tərtibatla çap olunmuş nəşrdə Azərbaycanın 1780-ci ildən 1924-cü ilədək olan dövrə aid 11 xəritəsi, habelə 1920-1933-cü illərdə Azərbaycan SSR-yə rəhbərlik etmiş şəxslərin siyahısı, ermənilərin 1828-ci ildə İrandan Azərbaycan torpaqlarına köçürülmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə Ağdərədə qoyulmuş “Marağa-150” abidəsinin fotosu da yer alıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində qazanılmış qələbə Münxendən başlayan zəfərin məntiqi yekunu oldu, torpaqlarımız Ermənistanın işğalından azad edildi. Azərbaycan Prezidentinin diplomatiya sahəsində qazandığı misilsiz uğurlar bu Zəfərin əldə edilməsində mühüm rol oynadı.
Nardar BAYRAMLI

 
  • Oxunub:  2490  |  
  • Tarix:  16-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

05 Mart 14:34
İdman ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
05 Mart 14:31
Qarabağda böyük iqtisadi layihələr icra olunacaq
05 Mart 14:30
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
05 Mart 12:20
Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
05 Mart 12:06
“Cənub Qafqazda yeni reallıqlar: perspektivlər və çağırışlar” mövzusunda vebinar keçirilib
05 Mart 12:05
Keçən il 32 min 340 təsərrüfatdan 6,6 min tondan çox bal əldə olunub
05 Mart 11:55
Ümumdünya Piylənmə Gününə həsr olunmuş Beynəlxalq Elmi-Praktiki Konfrans öz işinə başlayıb
05 Mart 11:40
Azərbaycanda su ehtiyatlarını peyk təsvirləri ilə 80-95 faiz dəqiqliklə təyin etmək mümkün olacaq
05 Mart 11:26
Vergi Xidmətinin Tədris Mərkəzi ilə BDU-nun əməkdaşlıq məsələləri müzakirə edilib
05 Mart 11:23
“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb
05 Mart 11:18
“İqtisadi Azadlıq İndeksi 2021” hesabatına görə Azərbaycan 6 pillə irəliləyib
05 Mart 11:16
Azərbaycan Dayanıqlı İnkişaf Gündəliyinin icrasına yüksək diqqət göstərir
05 Mart 11:15
Azərbaycanda multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir
05 Mart 11:12
Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı keçirilir YENİLƏNƏCƏK
05 Mart 11:04
Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndinin videogörüntülərini yayıb VİDEO
05 Mart 11:03
KOBİA-nın regionlarda sahibkarlara göstərdiyi xidmətlərin əhatə dairəsi genişlənir
05 Mart 11:01
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsinin qorunmasına yeni töhfəsini verir
05 Mart 10:59
Böyük Qayıdış üçün mühüm tədbirlər həyata keçirilir
05 Mart 10:31
Azərbaycan gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyib
05 Mart 10:30
DİN: Bakıda itkin düşən 13 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib
05 Mart 10:20
Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
05 Mart 10:19
Milli Məclisin Sədri TBMM-in Sədrinə başsağlığı verib
05 Mart 10:17
Qulam M. İshaqzai: Yeni əməkdaşlıq çərçivə sənədi Azərbaycanın daha güclü, daha bərabər və daha firavan cəmiyyət qurmaq səylərini dəstəkləyəcək
05 Mart 10:13
5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
05 Mart 09:23
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir
05 Mart 09:16
Tərtərdə şəhid ailələri ilə görüşlər davam etdirilir
05 Mart 09:15
YAP Qusar rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib
05 Mart 09:14
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid Rəcəb Qurbanovun ailəsini ziyarət ediblər
05 Mart 09:13
Hatəm Qocayev: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük qələbə tariximizdə əbədi qalacaq
05 Mart 09:12
Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının iclası keçirilib
05 Mart 09:11
Fəzail Ağamalı: Siyasi dialoq prosesi islahatların tərkib hissəsidir
05 Mart 09:09
Tahir Kərimli: Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini uğurla həyata keçirəcək
05 Mart 09:07
Elçin Mirzəbəyli: Mövcud reallıqlara adekvat olmayan davranışların nəticələri Ermənistan üçün çox ağır olacaq
05 Mart 09:05
Elşad Musayev: Prezident İlham Əliyevin mətbuat konfransı ölkəmizin informasiya cəbhəsində mövqeyinin daha da möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyətə malikdir
05 Mart 09:03
Nurəddin Məmmədlinin gülünc “məntiq”i...
05 Mart 09:02
Məğlub Ermənistan yeni siyasi kataklizmlərlə qarşı-qarşıya...
05 Mart 09:00
“Hüquq guşəsi: oxucu soruşur”
05 Mart 08:59
“Vaksinasiyanın alternativi yoxdur”
05 Mart 08:57
Regionlarda yol infrastrukturunun yenilənməsi mühüm strateji əhəmiyyətə malikdir
04 Mart 21:30
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun büro iclası keçirilib
04 Mart 21:05
Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı verib
04 Mart 20:59
Mədəni irsə qarşı terror həyata keçirənlər beynəlxalq səviyyədə qınanmalı və cəzalandırılmalıdır
04 Mart 20:54
Vətən müharibəsində iştirak etmiş ədliyyə işçiləri ilə görüş keçirilib
04 Mart 20:50
Fatma Yıldırım: Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir
04 Mart 19:57
Prezident: Azərbaycan Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
04 Mart 19:51
Prezident İlham Əliyev: Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olub
04 Mart 19:49
Türkiyədə helikopter qəzaya uğrayıb, 9 hərbçi şəhid olub
04 Mart 19:42
İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib
04 Mart 19:31
Azərbaycan Prezidenti: Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini təşviq etməliyik
04 Mart 19:29
Müdafiə Nazirliyi Zəngilan rayonunun Keçikli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
04 Mart 19:27
MDB PA-nın elm və təhsil üzrə daimi komissiyalarının videokonfrans formatında iclasları keçirilib
04 Mart 19:22
Prezident İlham Əliyev Azərbaycanı dəstəklədiklərinə görə Türkiyə, Pakistan və Əfqanıstan liderlərinə təşəkkür edib
04 Mart 19:20
Sevinc Fətəliyeva: Əməkdaşlıq münasibətləri region xalqlarına tədricən daha böyük faydalar gətirəcək
04 Mart 19:17
QMİ sədri Rus Pravoslav kilsəsinin mitropoliti ilə görüşüb
04 Mart 18:55
Prezident İlham Əliyev: Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur
04 Mart 18:28
Dəmir yumruğun yaratdığı yeni reallıqlar
04 Mart 18:14
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydalarında dəyişiklik edilib
04 Mart 18:12
Milli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilib
04 Mart 18:09
Gömrük Komitəsində ötən ilin yekunlarına dair mətbuat konfransı keçirilib
04 Mart 17:54
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
04 Mart 17:33
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi
04 Mart 17:19
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri şəhid ailələrini ziyarət ediblər
04 Mart 17:17
Azərbaycanda koronavirusdan 124 nəfər sağalıb, 314 yeni yoluxma faktı qeydə alınıb
04 Mart 17:12
Prezident Rəcəb Tayyib Ərdoğan: Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik
04 Mart 17:07
İşğaldan azad olunmuş ərazilərin bərpası üçün bütün imkanlar səfərbər olunacaq
04 Mart 16:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib
04 Mart 16:09
Azərbaycanla Qazaxıstanın KOB subyektlərinin əməkdaşlıq imkanları müzakirə edilib
04 Mart 16:06
Venera planetində tədqiqat aparmaq üçün kosmik stansiya yaradılacaq
04 Mart 16:03
Bu gün dünyada multikulturalizmin və birgə yaşamaya əsaslanan humanist ideyaların alternativi yoxdur
04 Mart 15:54
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə+4 +6