Qubadlı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının birgə təşəbbüsü əsasında şəhid ailələri ilə mütəmadi olaraq görüşlər keçirilir.
Növbəti belə görüş çərçivəsində rayonun Qilican kənd sakini, Vətən müharibəsində şəhid olmuş Məhəmmədəli Həsənzadənin ailəsi ziyarət edilib. Görüşdə iştirak edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev bildirib ki, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini əziz tutmaq, onların keçdiyi şərəfli döyüş yolunu gənclərə nümunə göstərmək hər birimizin müqəddəs borcudur.
Görüşdə şəhid M.Həsənzadənin əziz xatirəsi yad olunub, onun həyatı və keçdiyi döyüş yolu haqqında söhbət aparılıb. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə şəhid Məhəmmədəli Həsənzadə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
PƏRVİZ
- Oxunub: 2280 |
- Tarix: 16-02-2021 |
-
Çap et |