Gündüz yuxusuna ehtiyac təkcə insanın xüsusiyyətləri və həyat tərzindən deyil, bioloji quruluşundan da qaynaqlana bilər. “Health.mail.ru”nun “Nature Communications” jurnalında dərc edilmiş məqaləyə istinadən yaydığı məlumatda belə deyilir. Sözügeən nəşrdə dərc olunan məqaləyə əsasən, bu nəticəyə Həsən Dəştinin rəhbərlik etdiyi Massaçusets Ümumi təcrübə Xəstəxanasının yanında Genom Tibb Mərkəzindən və Harvard Universitetindən olan beynəlxalq tədqiqat qrupu gəlib.
Mütəxəssislər 450 mindən çox insanın genomunu deşifrə edib və daha sonra onların genetik məlumatlarını yuxu barədə verilən suallara cavabları ilə müqayisə ediblər. Alimlər aşkarlayıblar ki, başqalarına nisbətən daha çox yuxulamağa ehtiyac duyan, eləcə də gecə az yatanlar və səhər çox erkən qalxan insanlar gündüz yuxusuna gedirlər.
Habelə tədqiqat nəticəsində insan genomunda gün ərzində yuxu vərdişinin tənzimlənməsi ilə əlaqəli 123 nöqtə (bölgə) təsbit edilib. Nəticələr daha sonra 540 mindən çox insanın genomlarının analizi zamanı təsdiqlənib.
Nəticə təəccüb doğurub. Belə ki, genomun bu nöqtələrdə və ya yaxınlığında yerləşən genlərinin çoxu yuxu və oyaq qalmaqla birbaşa əlaqəli proseslərdə iştirak etdikləri üçün əvvəllər “yuxu genləri” olaraq bilinirmiş.
Bir neçə genetik variantın isə sinir sistemi pozğunluğundan qaynaqlandığı və günün ortasında qəflətən yuxuya getmə ilə xarakterizə olunduğu bəlli olub. Tədqiqatçılar izah edir ki, bu genlərin tənzimlədiyi siqnal yollarındakı kiçik anormallıqlar bəzi insanların niyə gün ərzində başqalarına nisbətən daha çox yatdığını izah edir.
H.Dəştinin son qənaəti isə belədir ki, yalnız ətraf mühitin faktorları və ya insanın situasiyaya uyğun qərarları deyil, onun bioloji quruluşunun da gündüz yuxu vərdişinin mərkəzində olduğunu göstərir.
- Oxunub: 2010 |
- Tarix: 15-02-2021 |
-
Çap et |