Rusiyanın “Lenta.ru” portalının “Focus” jurnalına istinadən yaydığı xəbərə görə, almaniyalı diş həkimi Markus Felber diş fırçalaması ilə bağlı məşhur mifləri dağıdıb. Mütəxəssisin fikrincə, insanların dişlərini qoruyan mina qatına və ağız sağlamlığına zərər verə biləcəyindən yemək yedikdən dərhal sonra dişləri fırçalamaq olmaz. Həkimin dediyinə görə, diş minasının yeməkdən sonra yenidən əmələ gəlməsi müəyyən vaxt lazımdır. Çünki yemək zamanı həmin qat turşunun təsirindən qoruyuculuq qabiliyyətini itirir. Bu səbəbdən dişin tez fırçalanması mina qatına zərər verə biləcəyi üçün bir az gözləmək lazımdır. Eyni səbəbə görə həkim, alma yeyərək də dişləri "təmizləməyə" çalışmaq vərdişindən imtinanı tövsiyə edir. Çünki meyvə də minaya zərər verir.
Bununla yanaşı, alman həkim diş fırçasının damağa da zərər verə biləcəyi üçün diş ətlərinə qədər təmizləmə metodundan istifadə etməyə ehtiyac olmadığını bildirir. Bundan əlavə, Felber duz, soda və digər ağardıcı maddələrin dişlərə zərər verə biləcəyi üçün müntəzəm istifadəsinə qarşı xəbərdarlıq edir. Eyni zamanda, diş həkimi gündəlik diş iplərindən istifadə etməyi məsləhət görür.
- Oxunub: 2040 |
- Tarix: 15-02-2021 |
-
Çap et |