Ana səhifə »  Xəbər lenti »  ICESCO-nun 2021-ci ili “Qadınlar ili” elan etməsi çox tarixi və əlamətdar bir hadisədir
A+   Yenilə  A-
ICESCO-nun 2021-ci ili “Qadınlar ili” elan etməsi çox tarixi və əlamətdar bir hadisədir
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva www.yap.org.az saytına müsahibə verib:

-Jalə xanım, bu günlərdə ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə videokonfrans formatında tədbir keçirilib. Tədbirin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...

-Hesab  edirəm ki, bu tədbirin böyük əhəmiyyəti var. Qeyd edim ki, adıçəkilən tədbir BMT Baş Assambleyasının qəbul etdiyi, 11 fevral tarixini “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü elan edən qətnaməyə uyğun olaraq təşkil edilmişdi.

"Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, - bir əsrdən öncə, - sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı və ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm. Azərbaycan həm də 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür. Qızların təhsilinə gəldikdə isə, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə mənim doğulduğum Bakı şəhərində yaradılmışdır…” Bu fikirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məxsusdur. Birinci xanım bu fikirləri  məhz ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə təşkil olunmuş videokonfrans formatında tədbirdə çıxışı zamanı dilə gətirdi.

İstər BMT-nin, istərsə də Azərbaycan ilə uzun illərdir çox məhsuldar və konstruktiv əməkdaşlıq edən ICESCO-nun 2021-ci ili “Qadınlar ili” elan etməsi çox tarixi və əlamətdar bir hadisədir. Çünki bu gün həyatın bütün ağırlıqları, yükü demək olar ki, qadınların çiyinləri üzərindədir.

Bu gün hər cür fiziki və mənəzi təzyiqlərə, zorakılıqlara məruz qalanlar da məhz zərif cinsin nümayəndələri olan qadınlardır. Bu gün dünyanın elə bir nöqtəsi, elə bir çoğrafiyası yoxdur ki, orada qanlı qarşıdurmalar, qırğınlar, vətəndaş müharibələri, terror aktları, aclıq, səfalət, insanlıq dramları yaşanmasın.

Bu qanlı qarşıdurmaların, bu insanlıq dramlarının baş qurbanları da yenə qadınlardır. Odur ki, ilin istənilən gününü, təqvimin istənilən ilini qadınlara ayırsalar, həsr etsələr belə, yenə də azdır. Qadınlar, zərif cinsin nümayəndələri hər zaman,  xüsusi diqqətə, həssas münasibətə, qayğıya layiqdirlər, belə demək mümkünsə, möhtacdırlar. Bu istiqamətdə  atılan istənilən müsbət addım da  yalnız və yalnız alqışa, təqdirə layiqdir.

-Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan qadınları da fədakarlıq göstərdilər...

-Çox sevindirici və qürurverici haldır ki, tarixən bir çox zülmlərə, insanlıq dramlarına məruz qalan, elə təkcə 1988-ci ilidən 2020-ci ilin sonlarına qədər 32 illik qanlı münaqişənin odundan-alovundan keçən Azərbaycan qadını hər məqamda öz mərdanələyi, öz qəhrəmanlığı ilə seçilmiş, fərqlənmişdir, kişilərlə çiyin-çiyinə, kürək-kürəyə, omuz-omuza olmuş, çalışmışdır.

Bəli, 32 illik münaqişəyə son qoyan tarixi 44 günlük İkinci Vətən Müharibəsində də Azərbaycan qadını, Azərbaycan anası, Azərbaycan qızları bir andaca müsəlləh əsgərə çevrildilər, müharibənin Qalibiyyətlə başa çatması üçün əllərindən gələni əsirgəmədilər.

İkinci Vətən Müharibəsinin Dastan yazan Qəhrəmanları arasında Azərbaycan qadınları, Azərbaycan xanımları da oldu… Qanlı Naftalan-Qaşaltı, Gəncə, Bərdə terraktlarının  əsas qurbanlarından biri yenə Azərbaycan qadını oldu.  Amma bu terror eyləmləri, insanlıq əleyhinə olan barbarlıq, vandallıq aktları, ümumən 32 illik münaqişə Azərbaycan qadınının, Azərbaycan xanımının əzmini, iradəsini qıra, sındıra bilməmiş, əksinə, onu düşmənə qarşı daha əzmkar, daha şücaətkar, daha barışmaz etmişdir. Bəli, 44 günlük tarixi Zəfərdə və Qələbədə baş qəhrəmanlardan biri də məhz Azərbaycan qadını oldu. Qürur və İftixar nümunəsi!

-Ümumiyyətlə, Azərbaycanda uğurlu dövlət qadın siyasəti həyata keçirilir. Bu barədə nə deyə bilərsiniz?

-Bəli, istər ilk, cəmi 23 aylıq Cümhuriyyət  dönəmində, istərsə də artıq 30 illiyini qeyd etməyə hazırlaşdığımız ikinci müstəqillik, ikinci Cümhuriyyət dönəmində qadın siyasəti Azərbaycan dövlətinin baş, əsas prioritetlərindən biri və birincilərindən olmuşdur.

Əziz Mehriban xanımın da vurğuladığı kimi, istər müsəlman-Şərq aləmində, istərsə də dünyada, bir çox gəlişmiş, oturuşmuş dövlətlərdən öncə, qadına seçib və seçilmək hüququ verən Cümhuriyyət məhz Azərbaycan dövləti olmuşdur. 

Bu, Azərbaycan qadınına, bütövlükdə qadına verilən dəyərin, ehtiramın başlıca nümunələrindəndir. Bu, bizim iftixar  tariximizdir.

Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir.

Bununla yanaşı, sürətlə dəyişən dünyamızda qızların təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara müvafiq olmalıdır. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır.

Həmçinin, bir çox azərbaycanlı qadın elmə böyük töhfələr verib və onlar elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl ilham mənbəyidir.

Lakin bu gün ən vacib məsələ qızların və gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulmasıdır.

“Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə təşkil olunmuş tədbirdəki geniş və məzmunlu çıxışında bu məqamlara toxunan Mehriban xanım “Bir nümunə olaraq bu yaxınlarda BMT-nin İnkişaf Proqramı ilə bərabər başladığımız “Qadınlar elm, texnologiya, mühəndislik və riyaziyyatda” adlı mentorluq proqramını qeyd edə bilərəm ki, burada məqsəd tələbə və gənc xanımların həmin sahədə uğur qazanmış nümunəvi şəxslərlə təmas yaratması və onlara təhsil və karyera sahəsində çağırışların öhdəsindən gəlmək üçün məsləhətlərin verilməsidir”-deyərək,  bildirmişdir ki, elm, texnologiya və innovasiya dünyada cəmiyyətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsidir.

Birinci vitse-prezident sonra “ICESCO-nun xoşməramlı səfiri qismində mən bütün üzv dövlətlərə bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və birgə fəaliyyət planları işləyib hazırlamağa dair çağırış edirəm. Biz qadınlar və qızların sabahın əmək bazarında lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmləri yaratmalıyıq”-deyə, qeyd edərək Azərbaycanın bu mənada öz töhfəsini verməyə hazır olduğunu bəyan etmişdir.

Çıxışı zamanı Birinci vitse-prezident həmçinin bildirmişdir ki, hazırda Azərbaycan dövləti qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır.

Bəli, deyildiyi kimi, biz bunun da öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri də bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik.

Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk.

Eyni zamanda, ICESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə xüsusi minnətdarlığımızı bildiririk.

Həmin nümayəndəlik digər sahələrlə yanaşı, qadınlar və qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə elm sahəsində əməkdaşlığımızı gücləndirə bilər.

Bəli, belə də olacaq, Azərbaycan dövləti, Azərbaycan qadını bu məsələdə də öz sözünü deyəcək, öz töhfəsini verəcək, öz Azərbaycan modelini yaradacaqdır.

Bizim hədəflərimiz böyükdür və bu hədəflərə mütləq şəkildə çatacağıq, necə ki, zaman-zaman çatmışıq, çatırıq, 44 günlük tarixi Zəfər də bunun şanlı bir nümunəsidir.

 
  • Oxunub:  2040  |  
  • Tarix:  15-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

05 Mart 21:11
Prezident: Böyük Qayıdış proqramı icra olunanda ilk növbədə, ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
05 Mart 20:42
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
05 Mart 20:40
Özbəkistandan Bakı-Tbilisi-Qars dəmir yolu ilə 40 konteyner yola salınıb
05 Mart 20:36
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb
05 Mart 20:27
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
05 Mart 19:57
Prezident: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
05 Mart 19:56
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
05 Mart 19:50
Canfranko Ravazi: Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın dinlərarası dialoq prizmasından bütün dünyaya nümunə olacağına inanıram
05 Mart 19:50
Azərbaycan daimi nümayəndəliyi Ermənistanın qanunsuz və təxribatçı fəaliyyətlərinə son qoyulması ilə bağlı UNESCO-ya çağırış edib
05 Mart 19:34
Prezident İlham Əliyev: Biz qonşularımızla dostluq münasibətləri qurmasaydıq İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi
05 Mart 19:32
Bakıda dünyada ilk tanker-muzey fəaliyyətə başlayır - VİDEO
05 Mart 19:28
Texniki Universitetdə tədbir: Azərbaycan qadını - həyatın əbədi gözəlliyi
05 Mart 19:19
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir
05 Mart 19:16
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının “İş yerlərində gender müxtəlifliyi” layihəsinə dair memorandum imzalanıb
05 Mart 18:56
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 Mart 18:54
Azərbaycanın tarixi Qələbəsi İƏT çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün də yeni imkanlar yaradıb
05 Mart 18:40
Prezident: Bu gün heç kimdən asılı deyilik, iqtisadi sahədə istənilən meyar üzrə ən qabaqcıl yerlərdəyik
05 Mart 18:38
Qida Təhlükəsizliyi Agentliyi ilə Beynəlxalq Donor təşkilatlarının nümayəndələri arasında görüş keçirilib
05 Mart 18:36
Vətəndaş həmrəyliyindən siyasi həmrəyliyə doğru
05 Mart 18:31
Qadın cəmiyyətin aparıcı qüvvəsidir
05 Mart 18:15
Prezident: Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir, amma buna nail ola bilməyəcək
05 Mart 18:04
Bakı Limanı Niderlandın Fontis Universiteti və Qilde İnstitutu ilə təlim proqramına başlayır
05 Mart 18:00
Azərbaycanda köməkçi texnologiyaların gücləndirilməsi imkanları müzakirə edilib
05 Mart 17:53
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
05 Mart 17:47
Alimlər Yerin kürəsinin daxili nüvəsində naməlum təbəqənin varlığını kəşf ediblər
05 Mart 17:46
Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilər üçün Ankarada vida mərasimi keçirilib
05 Mart 17:44
Siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmaq istəyi partiyamızın artan nüfuzunun və imicinin göstəricisidir
05 Mart 17:43
QDİƏT-də turizm sahəsində pandemiya ilə mübarizə üzrə işçi qrupun iclası olub
05 Mart 17:12
Tarixin bütün dövrlərində Azərbaycanın qadını ön və arxa cəbhələrdə fədakarlıqla çalışıb
05 Mart 17:06
Leyla Abdullayeva: Ermənistan XİN nümayəndəsinin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi rəsmi Yerevanın sağlam düşüncədən uzaq olduğunu növbəti dəfə göstərir
05 Mart 17:03
Azərbaycan ilə Pakistan arasında hərbi-texniki və təhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib
05 Mart 16:54
Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
05 Mart 16:52
Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib
05 Mart 16:46
Prezident: Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin
05 Mart 16:45
FHN Akademiyası ilə Azərbaycan Texniki Universiteti arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb
05 Mart 16:41
YAP Mətbuat Xidmətinin məlumatı
05 Mart 16:39
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
05 Mart 16:32
Prezident: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
05 Mart 16:29
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Azərbaycan Böyük İpək Yolu üzərində” adlı kitab nəşr etdirilib
05 Mart 16:24
Qarabağ zəfərində Xalqın və Ordunun gücü vəhtəd təşkil edirdi...
05 Mart 16:14
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
05 Mart 16:10
Müdafiə Nazirliyi Ağdam rayonunun Tağıbəyli kəndinin videogörüntülərini yayıb - VİDEO
05 Mart 16:05
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinat olub
05 Mart 16:01
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
05 Mart 15:59
Azərbaycan Texniki Universiteti “AzInTelecom” MMC ilə əməkdaşlığa başlayır
05 Mart 15:53
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Beynəlxalq Qadınlar Günü qeyd olunub
05 Mart 15:47
Qarabağa həyat yenidən qayıdacaq
05 Mart 15:45
Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək
05 Mart 15:34
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
05 Mart 15:30
İsrailli qadın 55 yaşlı vəfat etmiş həyat yoldaşının gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb
05 Mart 15:27
Azərbaycanın və Pakistanın daxili işlər orqanları arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub
05 Mart 15:20
Prezident İlham Əliyev: Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik
05 Mart 15:15
Təhsil naziri: 1000-dən çox müəllimin vaksinasiyası həyata keçirilib
05 Mart 15:13
Azərbaycanda koronavirusdan 175 nəfər sağalıb, 365 yeni yoluxma faktı qeydə alınıb
05 Mart 15:06
Azərbaycan Prezidenti: Biz reallıqlar yaradan ölkəyik, bizim təşəbbüsümüzlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib
05 Mart 15:02
Britaniya səfiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub
05 Mart 14:57
Prezident İlham Əliyev: Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir və bu islahatların çox böyük əhəmiyyəti var
05 Mart 14:56
Ermənistan ordusunun Şuşada atıb qaçdığı silah-sursat aşkarlanıb
05 Mart 14:50
Deputat: Neftin qiyməti yüksək olarsa Neft Fonduna daxilolmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq
05 Mart 14:48
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatı
05 Mart 14:46
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub
05 Mart 14:44
Türkiyə ərazisinin təxminən 66 faizi zəlzələlər baxımından riskli bölgə hesab edilir
05 Mart 14:44
Misir portalında Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən bəhs edən məqalə yerləşdirilib
05 Mart 14:40
Səbail rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri dövlət qayğısı ilə əhatə olunublar
05 Mart 14:34
İdman ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
05 Mart 14:31
Qarabağda böyük iqtisadi layihələr icra olunacaq
05 Mart 14:30
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
05 Mart 12:20
Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
05 Mart 12:06
“Cənub Qafqazda yeni reallıqlar: perspektivlər və çağırışlar” mövzusunda vebinar keçirilib
05 Mart 12:05
Keçən il 32 min 340 təsərrüfatdan 6,6 min tondan çox bal əldə olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +14
gecə+3 +5