Ana səhifə »  Xəbər lenti »  Soltan Məmmədov: Normal həyata qayıdış peyvəndin tətbiqindən keçir
A+   Yenilə  A-
Soltan Məmmədov: Normal həyata qayıdış peyvəndin tətbiqindən keçir

Azərbaycan peyvənd strategiyasını birincilər sırasında hazırlayan ölkələrdən biridir və elə bunun nəticəsi olaraq istehsalçı şirkətlər, inkişaf etmiş ölkələr və beynəlxalq təşkilatlarla qurulan əlaqələr sayəsində peyvəndi əldə edən ilk ölkələr sırasında oldu. Həmin peyvəndlərin tətbiqinə inkişaf etmiş istehsalçı şirkətlərin öz ölkələrində dekabrın axırları - yanvarın əvvəllərində başlanılmışdısa, Azərbaycan da onlardan geri qalmayaraq, ötən aydan bu prosesə başlayıb və artıq peyvənd proqramının ikinci mərhələsi həyata keçirilir. Peyvənd seçimində ən əsas məsələ onun effektivliyi və təhlükəsizliyidir. Həm də peyvənd proqramı yalnız onun vurulmasından ibarət deyil. Peyvəndin gətirilməsi, onun düzgün idarə olunması, çatdırılması, saxlanılması və tətbiqi çox əhəmiyyətli məsələlərdir.

AZƏRTAC xəbər verir ki, bu sözlər Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədova məxsusdur.

O, daha sonra deyib: “Onu da qeyd etməyə dəyər ki, Azərbaycan hələ ötən əsrin 90-cı illərindən peyvənd təqviminə uyğun olaraq həyata keçirdiyi immunlaşdırma və profilaktika proqramına görə Şərqi Avropa və Mərkəzi Asiya regionunda ön sıralarda mövqe tutur. Peyvənd proqramının idarə olunmasına görə Ümumdünya Səhiyyə Təşkilatı həmişə Azərbaycanı nümunə olan ölkələrdən biri kimi göstərib. Yeni növ koronavirusa (COVID-19) qarşı ölkəmizdə tətbiq edilən Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini həm səmərəsinə, həm də təhlükəsizliyinə görə digər peyvəndlərdən daha üstündür. Təsadüfi deyildir ki, həmin peyvənd ilkin olaraq təsdiqlənərək qeydə alınıb. Milli peyvənd təqvimində yer alan və uşaqlarda infeksion xəstəliklərin qarşısını almaq üçün tətbiq olunan 11 peyvəndin hamısı inaktivdir, yəni orqanizm onların vurulmasını normal qəbul edir. İnaktiv o deməkdir ki, başqa bir zəiflədilmiş virus koronavirusun əvəzedicisi kimi orqanizmə yeridilir və onun inyeksiyası başqa heç bir genetik dəyişikliyə səbəb olmur. Yəni, orqanizmə daxil edilən zəiflədilmiş virus nəticəsində infeksiyaya yoluxma baş verəndə ona qarşı anticisimlər əmələ gəlir. Tibb aləmində çox məşhur olan “Lanset” jurnalında dərc olunan məqalədə də bir daha təsdiq edilir ki, bir neçə dəfə kliniki sınaqlardan uğurla keçən həmin peyvəndin effektivliyi 90 faizin üzərindədir. Beynəlxalq təşkilatların qiymətləndirməsinə görə, 50 faizdən yuxarı effektivliyi olan peyvəndin tətbiq olunması məqbuldur. Heç də bütün ölkələr həmin peyvəndi almaq imkanına malik deyil. Çin istehsalı olan “CoronoVAC” vaksini Braziliya, İndoneziya və Türkiyədə sınaqlardan keçirilib və həmin ölkələr də bu peyvənddən istifadə edirlər. Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz də peyvəndi əldə edən ilk ölkələr sırasındadır. Halbuki elə ölkələr var ki, nəinki indi, bu ilin axırlarında peyvənd əldə edib-edə bilməyəcəyi sual altındadır”.

“Peyvənd edilənlərin çox kiçik bir faizində anticisimlərin əmələ gəlməməsi mümkündür. Lakin peyvənd olunan hər kəs bilməlidir ki, onun orqanizmində mütləq şəkildə anticisimlər əmələ gəlir və ən pis halda infeksiyaya yoluxma baş verdiyi halda xəstəliyi çox yüngül formada keçirəcək. Bu, digər vaksinlərin tətbiqindən qazanılan təcrübədir. Əslində heç bir peyvənddə 100 faiz effektivlik yoxdur. Müəyyən qisim əhalidə anticisimlərin əmələ gəlməməsi mümkündür, lakin bu heç də o demək deyil ki, peyvənd edilmək onları sığortalamır və ya onlarda xəstəliyə qarşı heç bir immunitet yoxdur. Peyvənd edilmək yoluxduğu təqdirdə hər kəsin xəstəliyi yüngül keçirməsi deməkdir. Məsələn, qızılca yayıldığı vaxtlarda peyvənd olunan uşaqlar qızılcaya yoluxmurdular, yoluxanda da başqa uşaqlar kimi 20 gün, bir ay xəstəlikdən əziyyət çəkmirdilər. Halbuki peyvənd edilmədiyi vaxtlarda qızılcadan həyatını itirən kifayət qədər çoxlu uşaq var idi. Çox yaxşı haldır ki, həyata keçirilən peyvənd proqramı sayəsində indi ölkəmizdə qızılca, məxmərək, suçiçəyi, poliomielit və digər infeksion xəstəliklərə rast gəlinmir. Tibb elmində XX əsrin ən böyük uğuru məhz peyvəndin kəşf olunması və tətbiqidir”,- deyə müsahibimiz bildirib.

Peyvəndləmədən sonrakı qaydalar barədə məlumat verən deputat deyib: “Pandemiya dövründəki gigiyenik qaydalar eyni şəkildə davam etdirilməlidir, hətta peyvəndin ilk dozası vurulduqdan sonra daha çox məsuliyyətli olmaq tələb olunur. Çünki birinci doza vurulandan sonra virus infeksiyasına qarşı həssaslıq davam edir, 28 gün sonra ikinci doza vurulandan sonra da yenə də həmin “üç qızıl qayda” gözlənilməlidr. Gigiyenik qaydalara əməl olunması təkcə COVID-ə qarşı deyil, digər viruslara qarşı da zəruri qorunma və özünümüdafiə tədbiridir. Lakin maska taxılması və sosial məsafənin gözlənilməsinə immunitetin olduğu halda da mütləq əməl edilməlidr. Peyvənd olunanlar həm özlərinin, həm də ətrafdakıların sağlamlığı naminə həmin qaydaları gözləməyi pandemiyaya qalib gələnə qədər davam etdirməlidirlər”.

 
  • Oxunub:  1680  |  
  • Tarix:  15-02-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Türkiyə 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaq əzmindədir

24 Fevral 20:42
Ceyhun Bayramovun Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı olub
24 Fevral 20:39
Azay Quliyev: 44 günlük müharibədən sonrakı vəziyyət mövcud reallığa uyğun addımların atılmasını daha da vacib edir
24 Fevral 19:46
Xocalı faciəsi qurbanlarının xatirəsi Tbilisidə anılıb
24 Fevral 19:41
Ceyhun Bayramov Ukraynanın xarici işlər nazirinin müavini ilə görüşüb
24 Fevral 19:38
Ankarada Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbir təşkil edilib
24 Fevral 19:12
3 dəqiqə ərzində görmə qabiliyyətini necə yaxşılaşdırmaq olar?
24 Fevral 19:06
YAP Gədəbəy rayon təşkilatı Xocalı soyqırımı ilə bağlı videokonfrans keçirib
24 Fevral 18:54
Hava temperaturunun koronavirus infeksiyasına yoluxmaya təsiri aşkar edilib
24 Fevral 18:49
Məqsədyönlü sosial-iqtisadi islahatlar iqtisadiyyatımızın güclənməsini və müasirləşməsini təmin edir
24 Fevral 18:09
Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlidir
24 Fevral 18:08
Aşqabadda Türkiyə-Azərbaycan-Türkmənistan sammiti keçiriləcək
24 Fevral 17:41
Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq göstərilir
24 Fevral 17:25
Mikayıl Cabbarov: Keçən il dövlət satınalmaları 14,8 faiz artıb
24 Fevral 17:23
Hikmət Babaoğlu: Cənubi Qafqaza davamlı və uzunmüddətli sülhün gəlməsi yeni qarşılıqlı faydalı regional əməkdaşlıqdan keçir
24 Fevral 17:15
BDU-da Beynəlxalq elmi konfrans: Xocalı soyqırımının tarixi, siyasi və hüquqi aspektləri
24 Fevral 17:14
Ermənilər törətdikləri vandalizm aktlarına görə beynəlxalq məhkəmələrdə hökmən layiqli cəzalarını almalıdırlar
24 Fevral 17:10
Karol Büro-Bonnar: Azərbaycanda keçirdiyimiz görüşlər zamanı Fransa ictimaiyyətinə çatdırmaq üçün çoxsaylı faktlar əldə etdik
24 Fevral 17:08
Günay Əfəndiyeva “Müstəqilliklərinin 30-cu ilində türk respublikaları: dünən, bu gün və sabah” adlı onlayn seminarda iştirak edib
24 Fevral 17:05
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib
24 Fevral 17:01
Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməklə sanki məğlubiyyətin acığını çıxmağa çalışır
24 Fevral 16:42
Təhsildən yazan media nümayəndələri üçün maarifləndirici onlayn təlim keçirilib
24 Fevral 16:40
Avropa İttifaqının dəstəyi, UNFPA və RİİB-in təşkilatçılığı ilə Azərbaycanda ilk “Gender bərabərliyi” hakatonu keçirilib
24 Fevral 16:39
Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçıları və idmançılar ilə görüş keçirilib
24 Fevral 16:37
Azərbaycan və Pakistan parlamentlərarası dostluq qruplarının Xocalı soyqırımına həsr olunmuş görüşü keçirilib
24 Fevral 16:34
Türk Şurasının energetika nazirlərinin ilk iclası keçirilib
24 Fevral 16:33
Azərbaycan vətəndaşları Gürcüstana PCR testi ilə səfər edə biləcəklər
24 Fevral 16:30
Türkiyədə “Mavi Vətən–2021” təlimlərinə 87 gəmi, 27 təyyarə və 20 helikopter cəlb olunacaq
24 Fevral 16:25
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatı
24 Fevral 16:24
DİN bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş qəza barədə məlumat yayıb
24 Fevral 16:21
Fransa Milli Assambleyasının deputatı: Azərbaycan multikultural, bütün mədəniyyətlərə və konfessiyalara açıq ölkədir
24 Fevral 16:19
Rusiyalı jurnalist: Erməni silahlı qüvvələri tərəfindən torpaqların gen-bol minalanması həmin əraziləri öz nəzarətində saxlamağa kömək etmədi
24 Fevral 16:17
Beynəlxalq platformalar vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması hər zaman diqqət mərkəzində olub
24 Fevral 16:15
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha müraciət edib
24 Fevral 16:13
Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək
24 Fevral 16:11
Ombudsman Aparatında ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib
24 Fevral 16:06
"Siyasi fəaliyyətimi Yeni Azərbaycan Partiyası ilə bağladım və hesab edirəm ki, doğru addım atmışam"
24 Fevral 15:35
Hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alanların sayı 27 nəfərə çatıb
24 Fevral 15:15
Milli Kitabxanada “Xocalı 29” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
24 Fevral 15:14
Tbilisidə Xocalı soyqırımına həsr olunmuş fləşmob keçirilib
24 Fevral 15:09
Azərbaycanda koronavirusdan 145 nəfər sağalıb, 220 yeni yoluxma faktı qeydə alınıb
24 Fevral 15:01
Xocalı soyqırımı qurbanlarının xatirəsi Belçikada da anılıb
24 Fevral 14:47
Türkiyəli həkimlər tərəfindən qazilərimizin müayinəsi davam edir
24 Fevral 14:46
Ukrayna Ali Radasının deputatı: Xocalı hadisələri bütün bəşəriyyət tarixində silinməz ləkədir
24 Fevral 14:43
Vətən müharibəsində düşmənə vurulan aviazərbələri əks etdirən videogörüntülər yayılıb - VİDEO
24 Fevral 14:38
Misir KİV-ləri: Xocalı soyqırımının 29-cu ildönümü bu il Azərbaycanda fərqli şəkildə anılır
24 Fevral 14:35
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hər zaman Azərbaycanın haqq işinə dəstək verib
24 Fevral 14:29
Abşeron yarımadasında gecə 9 dərəcəyədək şaxta gözlənilir
24 Fevral 14:27
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində xeyli işlər görüb
24 Fevral 14:06
"Sabahın məktəbi" mövzusunda vebinar keçiriləcək
24 Fevral 13:24
Müdafiə Nazirliyi Xocavənd rayonunun Ağdam kəndinin videogörüntülərini paylaşıb VİDEO
24 Fevral 13:22
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xaçmazda 613 ağac əkilib
24 Fevral 13:20
Yardımlıda Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
24 Fevral 13:06
FHN vətəndaşları ehtiyatlı olmağa, təhlükəsiz davranış qaydalarına əməl etməyə çağırır
24 Fevral 12:58
Türkiyənin Azərbaycandan təbii qaz idxalı artıb
24 Fevral 12:57
Şəkidə Xocalı faciəsi qurbanlarının xatirəsinə 613 ağac əkilib
24 Fevral 12:41
“Jewish Journal” nəşrində ermənipərəst senatorların bəyanatlarına cavab məqaləsi dərc edilib
24 Fevral 12:28
Kiyevdə Ukrayna dilinə tərcümə olunmuş “Xocalı: Soyqırımının xronikası” kitabının təqdimatı olub
24 Fevral 12:23
Avtomobil yollarındakı vəziyyət açıqlanıb
24 Fevral 12:03
Bakı Nəqliyyat Agentliyi: Bəzi istiqamətlərdə avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir
24 Fevral 12:01
Baş nazir Əli Əsədov İrakli Qaribaşvilini Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik edib
24 Fevral 11:59
Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir
24 Fevral 11:51
“Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib
24 Fevral 11:42
Bakıda qarlı havada isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır
24 Fevral 11:38
Bakı Şəhər İcra Hakimiyyəti qarlı və çovğunlu hava şəraiti ilə əlaqəli görülən işlərlə bağlı açıqlama yayıb
24 Fevral 09:07
“Peyvənd olunanlar arasında ciddi yan təsirlərə, allergik reaksiyalara rast gəlinməyib”
24 Fevral 09:06
Ermənistanda qarşıdurma pik həddinə çatıb
24 Fevral 09:05
İndiki Ermənistan ərazisində xalqımıza məxsus olan abidələr vandalizmə məruz qalıb
24 Fevral 09:03
Qubad İbadoğlunun ucuz populyarlıq qazanmaq cəhdi
23 Fevral 22:29
Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib
23 Fevral 21:16
Azərbaycan-İordaniya siyasi əməkdaşlığı yüksək səviyyədədir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28
HAVA HAQQINDA