Ana səhifə »  Xəbər lenti »  Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
A+   Yenilə  A-
Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Ali Neft Məktəbinin (BANM) kampusunu ziyarət edib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, Hikmət Hacıyev ali məktəbdə yaradılmış tədris şəraiti, maddi-texniki baza, sosial infrastruktur və tədqiqat mühiti ilə yaxından tanış olub. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov yüksək keyfiyyətli tədris üçün yaradılan şərait, innovasiyaların təhsildə tətbiqi, gələcək perspektivlər barədə qonağa ətraflı məlumat verib. Bakı Ali Neft Məktəbinin tədris otaqlarına, tədqiqat laboratoriyalarına, İnnovasiya Mərkəzinə, müasir texnoloji kitabxanasına, çoxprofilli konfrans zallarına, neft tarixinə dair nadir eksponatların yer aldığı muzeyə baxış keçirilib.

Daha sonra Hikmət Hacıyev BANM-in tələbə, professor-müəllim heyəti və əməkdaşlarının iştirak etdiyi görüşə qatılıb. Karantin qaydalarına uyğun şəkildə sadəcə bir qisim iştirakçı ilə təşkil edilən canlı görüş paralel olaraq onlayn formatda da yayımlanıb. Onlayn görüşə 900-dək iştirakçı qatılıb.

İlk olaraq tədbir iştirakçılarını salamlayan rektor Elmar Qasımov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı ilə qazanılan böyük Zəfərdə ölkəmizin informasiya müharibəsindəki üstünlüyündən də bəhs edib. O, geniş miqyasda təşkilatlanmış formada həyata keçirilən təbliğat-təşviqat, informasiya mübadiləsi, ordunun və xalqın ruh yüksəkliyinin qorunub saxlanılmasında düzgün informasiya siyasətinin həyata keçirildiyini və Hikmət Hacıyevin bu işdə xüsusi rolunu qeyd edib.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, ölkə başçısının yürütdüyü gənclər siyasətinin və təhsilə olan qayğısının nəticəsində bu gün Bakı Ali Neft Məktəbində müasir tədrisin komponentlərini özündə birləşdirən istər tədris metodologiyası baxımından, istər infrastruktur nöqteyi-nəzərindən çox mükəmməl bir ab-hava mövcuddur. O, hər zaman Bakı Ali Neft Məktəbinin fəaliyyətini, əsasən də tələbə qəbulu imtahanları zamanı yüksək bal toplayan abituriyentlərin BANM-i seçməsini xüsusi diqqətlə izlədiyini vurğulayıb. “Bu gün şahidi oldum ki, burada təhsil almaq üçün bütün mükəmməl şərait yaradılıb. Bizim təhsil aldığımız dövrlə müqayisədə sizə potensialınızı tam şəkildə ifadə etmək üçün çox gözəl mühit yaradılıb. Bakı Ali Neft Məktəbində Azərbaycanın gələcək mühəndisləri, innovativ inkişafına təkan verə biləcək gəncləri görməkdən və onlar arasında gender bərabərliyinin qorunmasından əlahiddə olaraq şadam. Biz öyrəşmişdik ki, mühəndislər arasında daha çox kişiləri görək, amma bu gün qadın mühəndislərin də olması olduqca qürurvericidir. Bildiyiniz kimi, dünya elm və innovasiyalar əsasında inkişaf edir və elmdə, innovasiyada qalib olan ölkələr digər sahələrdə də qalibiyyətlərini təmin edirlər. Bu sahədə dünya ölkələrində kəskin və ciddi rəqabət müşahidə olunur. Artıq hər bir ölkənin potensialı tapılan neftin, daş kömürün həcmi ilə deyil, məhz insan resurslarının potensialı ilə ölçülür. Buna görə də hesab edirəm ki, 650-700 bal toplayaraq bu məbədə qəbul olunan tələbələr ölkəmizin innovativ inkişafını təmin edənlər olacaqlar. Mən istərdim ki, sizin aranızda Azərbaycanın ilk “Nobel” mükafatı laureatları da olsun”, – deyə H.Hacıyev tələbələrlə tövsiyələrini də bölüşüb.

O, böyük Zəfərin qazanılmasında Azərbaycan Respublikası Prezidentinin 17 illik hakimiyyəti dövründə yetişən, ölkə başçısından ilhamlanan gənclərin rolundan danışarkən tələbə-mühəndisləri Ermənistanın vandalizm siyasətinin fəsadlarının aradan qaldırılması üçün innovativ həllər təklif etməyə səsləyib.

Tədbir çərçivəsində Hikmət Hacıyevə Bakı Ali Neft Məktəbinin “Fəxri qonağı” plaketi təqdim olunub.

Daha sonra Prezidentin köməkçisi BANM-in təşkil etdiyi “Vətən yaxşıdır” onlayn bədii qiraət müsabiqəsinin qalibinə diplom və mükafatını təqdim edib.

Görüş müxtəlif mövzuları əhatə edən sual-cavab sessiyası ilə yekunlaşıb.

 
  • Oxunub:  1830  |  
  • Tarix:  15-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

04 Mart 21:30
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun büro iclası keçirilib
04 Mart 21:05
Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı verib
04 Mart 20:59
Mədəni irsə qarşı terror həyata keçirənlər beynəlxalq səviyyədə qınanmalı və cəzalandırılmalıdır
04 Mart 20:54
Vətən müharibəsində iştirak etmiş ədliyyə işçiləri ilə görüş keçirilib
04 Mart 20:50
Fatma Yıldırım: Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir
04 Mart 19:57
Prezident: Azərbaycan Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
04 Mart 19:51
Prezident İlham Əliyev: Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olub
04 Mart 19:49
Türkiyədə helikopter qəzaya uğrayıb, 9 hərbçi şəhid olub
04 Mart 19:42
İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib
04 Mart 19:31
Azərbaycan Prezidenti: Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini təşviq etməliyik
04 Mart 19:29
Müdafiə Nazirliyi Zəngilan rayonunun Keçikli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
04 Mart 19:27
MDB PA-nın elm və təhsil üzrə daimi komissiyalarının videokonfrans formatında iclasları keçirilib
04 Mart 19:22
Prezident İlham Əliyev Azərbaycanı dəstəklədiklərinə görə Türkiyə, Pakistan və Əfqanıstan liderlərinə təşəkkür edib
04 Mart 19:20
Sevinc Fətəliyeva: Əməkdaşlıq münasibətləri region xalqlarına tədricən daha böyük faydalar gətirəcək
04 Mart 19:17
QMİ sədri Rus Pravoslav kilsəsinin mitropoliti ilə görüşüb
04 Mart 18:55
Prezident İlham Əliyev: Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur
04 Mart 18:28
Dəmir yumruğun yaratdığı yeni reallıqlar
04 Mart 18:14
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydalarında dəyişiklik edilib
04 Mart 18:12
Milli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilib
04 Mart 18:09
Gömrük Komitəsində ötən ilin yekunlarına dair mətbuat konfransı keçirilib
04 Mart 17:54
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
04 Mart 17:33
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi
04 Mart 17:19
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri şəhid ailələrini ziyarət ediblər
04 Mart 17:17
Azərbaycanda koronavirusdan 124 nəfər sağalıb, 314 yeni yoluxma faktı qeydə alınıb
04 Mart 17:12
Prezident Rəcəb Tayyib Ərdoğan: Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik
04 Mart 17:07
İşğaldan azad olunmuş ərazilərin bərpası üçün bütün imkanlar səfərbər olunacaq
04 Mart 16:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib
04 Mart 16:09
Azərbaycanla Qazaxıstanın KOB subyektlərinin əməkdaşlıq imkanları müzakirə edilib
04 Mart 16:06
Venera planetində tədqiqat aparmaq üçün kosmik stansiya yaradılacaq
04 Mart 16:03
Bu gün dünyada multikulturalizmin və birgə yaşamaya əsaslanan humanist ideyaların alternativi yoxdur
04 Mart 15:54
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub
04 Mart 15:51
Azərbaycan regionda sülhün təminatçısıdır
04 Mart 15:49
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
04 Mart 15:45
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Orta Asiyadan Türkiyəyə yükdaşımalar artıb
04 Mart 15:43
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi potansial çox yüksəkdir
04 Mart 15:37
Davamlı sülh ümumbəşəri sosial-siyasi
04 Mart 15:20
Alman şirkətləri Azərbaycanda dəmir yolu layihələrinə investisiya yatırmaqda maraqlıdır
04 Mart 15:15
Bu gün “OPEC+” ölkələrinin nazirlərinin 14-cü iclası olacaq
04 Mart 15:13
Azərbaycan sülh, əməkdaşlıq, tolerantlıq və multikulturalizm ölkəsi kimi dünya ölkələrinə nümunədir
04 Mart 15:00
Bahar Muradova: Qadınlarımız bütün imkanları, qüvvə və bacarıqları ilə kişilərlə bərabər, çiyin-çiyinə çalışırlar
04 Mart 14:59
Hicran Hüseynova: Ölkəmizdə qadına, onun cəmiyyətdə özünə yer tapmasına böyük diqqət göstərilir
04 Mart 14:56
Koronavirus pandemiyasına qarşı psixoloji cəhətdən ən dözümlü insanlar müəyyən edilib
04 Mart 14:49
Birgəyaşayışın Azərbaycan modeli dünya üçün nümunədir
04 Mart 14:46
Ceyhun Bayramovun Antonio Quterreşə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
04 Mart 14:44
Antonio Quterreş: son 30 ildə 420 milyon hektardan artıq meşə sahəsi itirilib
04 Mart 14:21
Türkiyəyə səfər edəcək şəxslərdən COVID-19 testi ilə bağlı tələbin müddəti uzadılıb
04 Mart 14:20
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək
04 Mart 14:06
İdmanın inkişafında və təbliğində xidmətləri olan 39 nəfərə fəxri adlar verilib
04 Mart 13:45
“Buta Airways” Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə bilet satışına başlayır
04 Mart 13:43
Çinin “Tyanven-1” kosmik aparatı Mars orbitindən yeni fotoşəkillər göndərib
04 Mart 12:46
Magistraturaya qəbul imtahanının nəticələri ilə bağlı statistik göstəricilər açıqlanıb
04 Mart 12:39
Ali Məhkəmənin yeni formatda hazırlanmış illik hesabatları internet səhifəsində yerləşdirilib
04 Mart 12:36
Tovuz “ASAN Həyat” kompleksi - 1 il
04 Mart 12:34
Komitə sədri: Son 3 ildə gömrük orqanları tərəfindən 4,6 ton narkotik vasitə aşkarlanıb
04 Mart 12:27
Azərbaycan Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib
04 Mart 11:49
Daha 27 müəssisədən Rusiya Federasiyasına pomidor və alma ixracına icazə verilib
04 Mart 11:47
Müdafiə Nazirliyi Füzuli rayonunun Qaradağlı kəndinin videogörüntülərini yayıb - VİDEO
04 Mart 11:46
Səfər Mehdiyev: Ötən il idxalın 59 faizi gömrük rüsumundan azad edilib
04 Mart 11:43
Azərbaycan-Qətər biznes görüşü təşkil olunub
04 Mart 11:38
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş iclas keçirilib
04 Mart 11:30
Anar Kərimov: Bizim bugünkü əsas vəzifəmiz Şuşamızın Azərbaycan mədəniyyətindəki rolunu bərpa etməkdir
04 Mart 11:28
Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq genişləndirilir
04 Mart 11:27
Martın 3-də 24 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib
04 Mart 11:26
Paytaxtın məktəb direktorları ilə onlayn görüş
04 Mart 11:22
Martın 8-də ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
04 Mart 08:46
Ermənistanda siyasi böhran dərinləşir
04 Mart 08:45
“Koronavirus pandemiyasının üçüncü dalğasının olmaması üçün mütləq peyvənd vurdurmalıyıq”
04 Mart 08:42
Qənimət Zahidin məyusluqdan doğan hikkəsi...
03 Mart 22:16
MOK-da "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib
03 Mart 22:08
Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Topqapı sarayını ziyarət edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA