Ana səhifə »  Xəbər lenti »  İşğaldan azad olunmuş Laçın rayonunun aqrar potensialı - TƏHLİL
A+   Yenilə  A-
İşğaldan azad olunmuş Laçın rayonunun aqrar potensialı - TƏHLİL

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gündən sonra Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu. Nəticədə rayon və şəhərlərimiz azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azad edilən rayonlar arasında Laçın da var. 1992-ci il mayın 18-dən işğal altında olan Laçında çoxşaxəli aqrar potensial mövcud idi. İşğal nəticəsində Laçının yeraltı və yerüstü sərvətləri düşmən tərəfindən darmadağın edilib, kənd yerlərində çalışan əhali köçkün vəziyyətində ölkənin digər və şəhər rayonlarında məskunlaşmağa məcbur qalıb, yaşayış binaları, ümumi infrastruktur, o cümlədən kənd təsərrüfatı istehsalı üçün zəruri infrastruktur obyektləri sıradan çıxarılıb.

AZƏRTAC Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin əməkdaşı, ekspert Əbdülrəhim Dadaşovun Laçının aqrar potensialı barədə yazısını təqdim edir.

Laçın rayonu respublikamızın cənub-qərbində, Qarabağ silsiləsində yerləşir. Rayonun relyefi dağlar və dağlıq yaylalardan ibarətdir. Yetmiş iki min hektar yaylaq və 34 min hektar zəngin meşə sahəsinə malikdir. Ən hündür nöqtəsi isə 3594 metr olan Qızılboğaz dağıdır. Ərazi baxımından Kəlbəcər-Laçın iqtisadi rayonunun tərkibinə daxildir. Qarabağın Kiçik Qafqaz dağlarının şərqində Ermənistan ilə sərhəddə yerləşən rayonudur. Rayonun meşə fondunun əhəmiyyətli hissəsi işğal dövründə Ermənistan tərəfindən məhv edilib. Rayon ərazisində ümumi sahəsi 1092 hektar olan üçüncü dövrün relikt növlərinə aid “Ardıc meşəsi” dövlət təbiət abidəsi kimi xüsusi qiymətli meşə sahələrinin siyahısına daxil olunub. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Alxaslı, Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına qovuşur.

Laçın rayonunda Alagöllər, İşıqlı, Qaragöl və s. göllər mövcuddur. Rayon əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ qara torpaqlara malikdir. Ərazidə yüksək keçən soyuq və dağ tundura iqlimi üstünlük təşkil edir.

Rayon əhalisi əsasən kənd yerlərində məskunlaşmışdı və əsas məşğuliyyəti kənd təsərrüfatı olmuşdur. Qışı quraq keçən, mülayim isti və soyuq iqlimi olan Laçın rayonunda örüş-otlaq və biçənək sahələrinin geniş olmasına (74.0 min ha) və əhalinin maldarlıq sahəsində təsərrüfatçılıq ənənələrinin saxlanılmasına görə keçmiş Sovet İttifaqının tərkibində olan zaman bu regionun aqrar potensialı daha çox heyvandarlıq sahəsində baza ağırlıqlı olmuşdu. Qeyd edək ki, burada mövcud olan otlaq sahələri respublikanın otlaq sahələrinin təqribən 3.1 faizini təşkil edir. Ərazisində hakim olan iqlimin və bol sulu çaylarının verdiyi imkanlara görə rayon sakinləri həm birillik, həm də çoxillik əkmələri rahat becərə bilirdilər. Burada heyvandarlıqla yanaşı, əkinçilik də inkişaf etdirilirdi. Belə ki, Laçın rayonunda 10.5 min hektar əkin sahəsi və 245 hektar çoxillik əkmələr mövcud olmuşdur. Əsasən taxılçılıq və meyvəçilik kimi sahələri də mövcud idi.

Bitkiçilik sahəsi üzrə aqrar potensialın qiymətləndirilməsi

Laçın rayonunda 1988-ci ilin əkin sahələrinin strukturuna nəzər saldıqda taxıl sahələrinin (96.3%) daha geniş sahələri əhatə etdiyi, digər sahələrdə isə əsasən tütün sahələrinin (2.1%) olduğu müşahidə olunur. Bununla yanaşı, Laçın rayonunda təqribən 175 ha sahədə meyvə və giləmeyvə bağları olsa da, dağ relyefi üçün əlverişli intensiv meyvə bağlarının salınması ilə bu sahənin də potensialından istifadə etmək olar. Aşağıdakı diaqramda əks olunan strukturdan bölgənin hansı bitkiçilik məhsullarının istehsalı ilə ixtisaslaşdığı, kənd təsərrüfatının tarixi ənənəsinin hansı sahələrdə təmərküzləşdiyi nəzərə çarpır.

Ümumilikdə, Laçın rayonunda 1988-ci ildə mövcud olan taxıl sahələri ölkədəki müvafiq əkin sahəsinin 0.7 faizini, tütün sahələri isə 0.5 faizini, eləcə də rayonda mövcud olan kartof, tərəvəz və bostan bitkilərinin əkin sahələri isə ölkədəki sahənin 0.1 faizini təşkil etmişdi.

Qrafik 1.

1988-ci il üzrə Laçın rayonunda bitkiçilik məhsullarının əkin strukturu, %

Mənbə: Dövlət Statistika Komitəsi.

1. Taxıl istehsalı potensialı. Mövcud olan rəsmi statistik məlumatlara əsasən 1980-ci ildə 3.3 min ha sahədə taxıl əkilmiş və biçilmiş taxıl sahələrindən 2.0 min ton məhsul əldə edilmişdir, 1985-ci ildə müvafiq olaraq sahə 3.4 min ha və ondan biçilmiş taxıl 2.8 min ton olmuşdur, 1988-ci ildə isə 3.9 min ha taxıl sahəsindən 3.0 min ton taxıl biçilmişdir. Göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) taxıl məhsuldarlığında 26.6 faizlik artım müşahidə olunmuşdur. Taxıl üzrə orta məhsuldarlıq 7.6 sent/ha təşkil etmişdir. Maksimum məhsuldarlıq isə 8.5 sent/ha olmuşdur. 1980-1988-ci illər ərzində Laçın rayonunda taxıl istehsalı ölkə üzrə istehsalın 0.2 faizini təşkil etmişdir. Bu da taxıl istehsalında Laçın rayonunun potensial imkanlara malik olduğunu göstərir. Müstəqilliyimiz bərpa olunduqdan sonra aqrar sahədə aparılmış əsaslı islahatlar və innovativ texnologiyaların tətbiqi nəticəsində ölkədə məhsuldarlığın artması ilə yanaşı, işğaldan azad edilmiş Laçın rayonunda da bu yeni islahatlar və innovativ texnologiyaların tətbiqi ilə ümidverici nəticələr əldə etməyin mümkün olduğunu söyləmək mümkündür. Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Laçın rayonunda taxıl istehsalının 5.3 min tona qədər artırılması gözlənilir.

2. Meyvə və giləmeyvə istehsalı potensialı. Mövcud olan rəsmi statistik məlumatlara əsasən rayonda 1980-ci ildə 210 ha, 1985-ci ildə 241 ha və 1988-ci ildə isə 175 ha meyvə və giləmeyvə bağları mövcud olmuşdur. Bu bağlardan həmin illər ərzində maksimum 74 ton məhsul əldə edilmişdir. Laçın rayonunda da yeni islahatlar və innovativ texnologiyaların tətbiqi ilə ümidverici nəticələr əldə etmək mümkündür. Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Laçın rayonunda kartof istehsalının 300 tona qədər artırılması gözlənilir.

3. Tütün istehsalı potensialı. 1988-ci ildə isə 83 ha sahədən 142 ton məhsul istehsal edilmişdir. Statistik göstəricilərdən göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) tütün məhsuldarlığında ölkə üzrə maksimum məhsuldarlıq 39.0 sent/ha olduğu halda, Laçın rayonunda bu bitkinin məhsuldarlığı 19.3 sent/ha olmuşdur. Halbuki 1980-1988-ci illərdə Laçın rayonunda tütün istehsalı ölkə üzrə istehsalın 0.2 faizini təşkil etmişdir. Göründüyü kimi, tütünçülük sahəsi barədə tarixi statistik göstəricilər həmin illər ərzində tütün istehsalında Laçın rayonunun tütün məhsulu istehsal etmə imkanlarının mövcud olduğunu göstərir. Aparılan araşdırmalar nəticəsində 2025-ci ilə qədər Laçın rayonda tütünün intensiv üsullarla əkilib-becərilməsi hesabına 2 ton/ha məhsuldarlıqla istehsalın 200 tona çatdırılması proqnozlaşdırılır ki, bu da ölkədə tütün istehsalının təxminən 1.4 faizinin məhz Laçın rayonu hesabına formalaşacağı deməkdir.

4. Digər növ bitkilərin istehsalı potensialı. Laçın rayonunda torpaq, iqlim, su resursları, eləcə də tarixən mövcud olan bitkiçilik ənənəsinin mövcud olması bu regionda meyvəçilik və tərəvəzçilik sahəsində də istehsal potensialı vəd edir. Qeyd etmək lazımdır ki, potensial nəzərə alınaraq bu zonada 300 hektarlıq intensiv nar, alma və xurma bağlarının pilot layihə olaraq salınması da plan çərçivəsində həyata keçiriləcək. Bundan əlavə, Laçın rayonunda 1000 hektara qədər sahələrdə kartof, tərəvəz və bostan bitkiləri əkiləcəyi də gözlənilir. Belə ki, regionlarda aqrar inkişaf perspektivi nəzərə alınarsa, ölkədə tətbiq olunan aqrar innovasiyalardan istifadə edilməsi ilə yeni intensiv meyvə-giləmeyvə bağlarının salınması tərəvəz istehsalını artırır. Bu baxımdan Laçının ölkənin bu məhsullar üzrə ərzaq təhlükəsizliyinin təminatı və ixracatının artımına böyük töhfəsi olacaq. Heyvandarlıq sahəsinin yemə olan tələbatı nəzərə alınarsa, bu rayonda yemlik otların da yetişdirilməsi üçün 1000 hektarlıq əlavə əkin sahəsinin salınması tədbirlər planı çərçivəsində nəzərə alınacaq.

Ümumilikdə, 1980-1988-ci illərin təcrübəsi, ölkədə son illər ərzində aqrar innovativ inkişaf trendləri və statistik göstəricilərinin təhlilindən əldə nəticələr görə, 2025-ci ilə qədər Laçın rayonunda 7.6 min hektarlıq əkin və bağ sahələrindən 38.4 min ton bitkiçilik məhsulu istehsalı imkanları vardır ki, bu da ümumilikdə, ölkədə müvafiq məhsullar üzrə proqnoz istehsal göstəricilərinin 0.4 faizini əhatə edir. Bitkiçilik məhsulları istehsalı nəticəsində Laçın rayonunun yaratdığı əlavə məhsul dəyərinin 22.0 milyon manat, ölkə üzrə proqnoz göstəricilərindəki payının isə 0.51 faiz olması gözlənilir.

Laçın rayonunda 2025-ci il üçün bitkiçilik məhsullarının istehsalı və ölkə miqyasında istehsal göstəricilərinə töhfəsi (faizlə) barədə proqnoz göstəricilər aşağıda daha aydın təsvir edilib:

Cədvəl 1.

2025-ci ildə Laçın rayonu üzrə bitkiçilik məhsulları istehsalının proqnozu

 

Bitkiçilik məhsulları                       

Rayon üzrə əkin sahəsi proqnozu, ha

Rayon üzrə məhsuldarlıq proqnoz, sent/ha

Rayon üzrə istehsal proqnozu, ton

Rayon üzrə proqnoz istehsalın ölkə istehsalına natural ifadədə gözlənilən faydası, %

        Taxıl                              

5000

10.5

5250

0.1

Tütün                                             

100

20.0

200

1.4

Kartof                                                      

800

66.0

5280

0.4

Tərəvəz                                         

170

120.0

2040

0.1

Bostan bitkiləri

30

106.6

320

0.1

Meyvə və giləmeyvə

500

6.0

300

0.02

Yem bitkiləri

1000

250.0

25000

6.7

Cəm

7600

+

38390

0.4

Mənbə: Dövlət Statistika Komitəsi.

Sadalanan əmək, torpaq, iqlim və su resursları ilə indiki vaxtda bu istehsaldan dəfələrlə çox məhsul istehsal etmək mümkündür. Nəzərə almaq lazımdır ki, müasir dövrdə kənd təsərrüfatının bütün sahələrində tətbiq edilən müasir yanaşma ilə ciddi inkişaf əldə olunub. İstər heyvandarlıqda yeni növ cinslər, bitkiçilikdə isə daha məhsuldar toxumların tətbiqi ilə işğaldan əvvəl olan istehsal həcmində ciddi artım əldə etmək mümkündür. Bütün bunlar Laçının xüsusilə kənd təsərrüfatında əhəmiyyətli irəliləyişlərə səbəb olacaq.

Heyvandarlıq sahəsi üzrə aqrar potensialın qiymətləndirilməsi

Rəsmi statistik məlumatlara əsasən, 1980-ci ildə 44894 olan iribuynuzlu heyvanların sayı, 1985-ci ildə 48717-ə yüksəlmiş və 1988-ci ildə isə 42968 baş olmuşdur ki, bu da ölkə üzrə müvafiq naxır sayının 2.3 faizini təşkil etmişdir. Eyni zamanda, xırdabuynuzlu heyvanlar üzrə isə 1980-ci ildə 212968, 1985-ci ildə isə 232151, 1988-ci ildə isə 224821 baş olmuşdur. Beləliklə, ölkə üzrə müvafiq sürü sayının 4.0 faizini təşkil etmişdir. Bütün təsərrüfat kateqoriyaları üzrə ət istehsalı qeyd edilən illərə müvafiq olaraq 2510, 3015 və 3276 ton olmuşdur. Rayon üzrə bütün təsərrüfatların cəmi süd istehsalı illər üzrə 1988-ci ildə 13923 tona bərabər idi. Yun istehsalı isə həmin ildə 354 ton olmuşdur, yumurta istehsalı isə 4127 min ədəd idi. Statistik məlumatlara əsasən deyə bilərik ki, Sovet İttifaqının tərkibində olduğumuz dövr ərzində Laçında heyvandarlığın bütün sahələri üzrə məhsul istehsalı artan dinamika ilə inkişaf etmişdir.

Qrafik 2.

İşğaldan öncə Laçın rayonunda iri və xırdabuynuzlu heyvanların sayı, baş

Mənbə: Dövlət Statistika Komitəsi.

Laçın rayonunda 2025-ci il üçün heyvandarlıq məhsullarının istehsalı və ölkə miqyasında istehsal göstəricilərinə töhfəsi (faizlə) barədə proqnoz göstəricilər aşağıda daha aydın təsvir edilib:

Cədvəl 2.

2025-ci ildə Laçın rayonu üzrə heyvandarlıq məhsulları istehsalının proqnozu

Heyvandarlıq sahəsi                               

Ölkə üzrə istehsal proqnozu

Rayon üzrə istehsal proqnozu, ton

Rayon üzrə proqnoz istehsalın ölkə istehsalına natural ifadədə gözlənilən faydası, %

       Ət (diri)

668224

1322

0.2

Süd                            

2431880

42208

1.7

Yumurta, min ədəd                                        

2104081

477

0.02

Yun

19975

510

2.6

Cəm

3246324

44517

1.4

Mənbə: Dövlət Statistika Komitəsi.

2025-ci ilə qədər Laçın rayonunda 75.6 min baş iribuynuzlu (inək və camışlar) və 402.3 min baş xırdabuynuzlu mal-qaranın (qoyun və keçilər) bərpa edilməsi ilə ölkədə heyvandarlığın inkişafına və sürü dövriyyəsinin təqribən 3.7 faiz artımına səbəb olacaq. Həmçinin Laçında 110 min quş və 18 min arı ailəsinin olacağı da proqnozlaşdırılır ki, bu da yumurta, quş əti və bal istehsalının artmasına da təkan verəcək. Bu sahələrə müvafiq olaraq diri və kəsilmiş çəkidə ət istehsalı 0.2 faiz və yun istehsalında isə təqribən 2.6 faiz artım olacaqdır. Süd və yumurta istehsalında müvafiq olaraq 1.7 faiz və 0.02 faiz artım proqnozlaşdırılır. Araşdırma və tədqiqat nəticəsində proqnoz dövrə qədər heyvandarlıq sahəsinin inkişafında Laçının payı 44.5 min tona yaxın və yaxud 1.4 faiz olacağı ehtimal edilir ki, bu da rayon üzrə 25.6 milyon manatlıq heyvandarlıq məhsulu istehsalı olacağı anlamına gəlir.

Aqrar istehsal potensialı ilə yanaşı, Laçın rayonunda tütünün emalı, südün emalı, gön-dərinin və yunun emalı müəssisələrinin qurulması üçün böyük potensial da nəzərə alınmalıdır. Bu region üçün trend hesab edilən meyvəçilik sektoru üzrə emal müəssisələri, arıçılıq məhsullarının istehsalı imkanları da hesablanarsa, burada aqro-sənayenin təmərküzləşmiş və klasterial inkişafından iqtisadiyyata töhfəsi sovet dövründəki potensialdan daha artıq olduğu müşahidə edilir.

Ümumilikdə, Laçın rayonunda kənd təsərrüfatı infrastrukturunun bərpası, yeni əkin sahələri və bağların salınması, otlaq sahələrinin, eləcə də heyvandarlıq sahəsinin inkişafı üçün zəruri infrastrukturun bərpası nəticəsində məhsuldar dövrün başlanğıcı hesab olunan 2025-ci ildə ölkədəki kənd təsərrüfatı istehsalına birbaşa əlavə töhfəsi 47.6 milyon manat, başqa sözlə 0.5 faiz olacağı proqnozlaşdırılır. Təbii ki, bu proqnozlar sadəcə aqrar potensialı əhatə edib. Sonrakı dövrdə emal və dəyər zənciri üzrə aqro-sənaye potensialı da hesablanarsa, dolayı olaraq daha böyük miqyasda ümumi daxili məhsulda və yeni iş yerlərinin yaradılması baxımından həndəsi silsilə ilə müsbət effekti hiss olunacaq.

Qeyd edək ki, işğaldan azad olunmuş digər rayonlarımızın aqrar potensialı və perspektivlər barədə aşağıdakı linklərdən tanış olmaq olar.

Qubadlı: https://azertag.az/xeber/1691043

Cəbrayıl: https://azertag.az/xeber/1641437

Zəngilan: https://azertag.az/xeber/1633639

Ağdam: https://azertag.az/xeber/1695189

Kəlbəcər: https://azertag.az/xeber/1700805

Füzuli: https://azertag.az/xeber/1706815 .

 
  • Oxunub:  2370  |  
  • Tarix:  13-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

07 Mart 16:42
Müdafiə Nazirliyi Ağdam rayonunun Suma kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 16:35
Azərbaycanda sutka ərzində koronavirusa 403 nəfər yoluxub
07 Mart 14:27
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
07 Mart 14:17
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir
07 Mart 13:17
YAP sözün əsl mənasında ümumxalq partiyasıdır
07 Mart 12:46
Sevinc Fətəliyeva: Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisədir
07 Mart 11:16
Müdafiə Nazirliyi Füzuli rayonunun Qarakollu kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 11:07
Ülviyyə Həmzəyeva: Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinə qədəm qoyub
07 Mart 11:01
Müzəffər Azərbaycan Ordusu tarix yazdı
07 Mart 10:55
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19 peyvəndinə bərabər çıxışın təmin olunmasına dair sənəd qəbul olunub
07 Mart 10:50
6 siyasi partiyanın YAP-a qoşulmaq təşəbbüsü milli həmrəylik müstəvisində qiymətləndirilməlidir
06 Mart 22:31
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar
06 Mart 22:21
Erməni vandalları Azərbaycanın təbiətinə ciddi ziyan vurub, ekoloji terror törədiblər
06 Mart 22:14
Diplomatik korpusun rəhbərləri Qubadlı rayonuna səfər ediblər
06 Mart 21:56
Azərbaycan Prezidentinin prinsipial mövqeyi hərb və diplomatiya meydanında olduğu kimi, informasiya məkanında da uğurlarımızı şərtləndirirdi
06 Mart 20:50
"Bu zəfər bütün türk dünyasının qələbəsidir"
06 Mart 18:58
YAP zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş partiyadır
06 Mart 18:10
Deputat: Altı siyasi partiyanın YAP-a qoşulması milli və siyasi həmrəyliyin nümunəsidir
06 Mart 18:02
Rüstəm Orucov cüdo üzrə “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
06 Mart 17:57
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Azərbaycanda və regionda yaranmış yeni reallıqlarla bağlıdır
06 Mart 17:54
Azərbaycanda sutka ərzində koronavirusa 353 nəfər yoluxub
06 Mart 17:53
Mövlud Çavuşoğlu: Türkmənistan, Azərbaycan və Türkiyə İpək yolunun canlandırılmasında aparıcı rol oynayır
06 Mart 16:38
Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib
06 Mart 16:35
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa böyük önəm verir
06 Mart 16:30
YAP-ın qurultayı ölkəmizdə yaranan milli birlik və həmrəyliyin təzahürüdür
06 Mart 16:21
Ali Məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiqi məqsədilə elan verilib
06 Mart 16:19
Türkiyənin xarici işlər naziri Türkmənistanda səfərdədir
06 Mart 16:17
Misir portalı Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş rayonlara səfərindən yazıb
06 Mart 16:15
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
06 Mart 16:09
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb
06 Mart 15:28
Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirir

06 Mart 15:03
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib

06 Mart 14:43
Deputat: “Prezidentin məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi”
06 Mart 13:55
Vətən müharibəsində Qələbə Azərbaycan qadınının gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etdiyini təsdiqlədi
06 Mart 13:21
Prezident Rəcəb Tayyib Ərdoğan 2021-ci ili Türkiyədə “Məhməd Akif və İstiqlal marşı ili” elan edib
06 Mart 12:53
Tacikistan portalı Ermənistanın üçtərəfli Bəyanata zidd əməlindən yazır
06 Mart 12:52
Britaniyanın “The Telegraph” saytı: Azərbaycanlılar Qarabağa qayıtmağı səbirsizliklə gözləyirlər
06 Mart 12:51
Qubadlı rayonu ərazisində DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb
06 Mart 12:48
Azərbaycan islami dəyərlərin və türk dünyasının maraqlarının təmin olunduğu beynəlxalq məkandır
06 Mart 12:09
Liviyanin müvəqqəti işlər vəkili: Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur
06 Mart 12:08
Müdafiə Nazirliyi Zəngilan rayonunun Qaradərə kəndinin videogörüntülərini yayıb - VİDEO
06 Mart 11:38
Xarici diplomatlar və hərbi attaşelər Füzuli rayonunun işğaldan azad olunmuş Merdinli kəndində olublar
06 Mart 11:33
YAP ümumxalq partiyası olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir
06 Mart 11:31
Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
06 Mart 10:47
Sabah ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində oxuyan şagirdlər üçün buraxılış imtahanı keçiriləcək
06 Mart 10:42
“Qardaşlığımızı dünyaya göstərdik”
06 Mart 10:38
“Pakistan Beynəlxalq Hava Yolları” Bakıya birbaşa aviareyslərə başlayır
06 Mart 10:37
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfəri başlayıb
06 Mart 09:24
“France 24” televiziya kanalı Qarabağda aparılan quruculuq işlərinə dair reportaj yayımlayıb
06 Mart 09:20
Regional və qlobal layihələr İƏT üzvləri başda olmaqla Azərbaycanı bölgənin cazibədar iqtisadi imkanlar məkanına çevirib
06 Mart 09:10
Azərbaycan tolerant və multikultural ölkədir
06 Mart 08:49
Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Qubadlı və Laçın rayonlarına səfəri təşkil edilib
05 Mart 21:11
Prezident: Böyük Qayıdış proqramı icra olunanda ilk növbədə, ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
05 Mart 20:42
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
05 Mart 20:40
Özbəkistandan Bakı-Tbilisi-Qars dəmir yolu ilə 40 konteyner yola salınıb
05 Mart 20:36
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb
05 Mart 20:27
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
05 Mart 19:57
Prezident: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
05 Mart 19:56
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
05 Mart 19:50
Canfranko Ravazi: Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın dinlərarası dialoq prizmasından bütün dünyaya nümunə olacağına inanıram
05 Mart 19:50
Azərbaycan daimi nümayəndəliyi Ermənistanın qanunsuz və təxribatçı fəaliyyətlərinə son qoyulması ilə bağlı UNESCO-ya çağırış edib
05 Mart 19:34
Prezident İlham Əliyev: Biz qonşularımızla dostluq münasibətləri qurmasaydıq İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi
05 Mart 19:32
Bakıda dünyada ilk tanker-muzey fəaliyyətə başlayır - VİDEO
05 Mart 19:28
Texniki Universitetdə tədbir: Azərbaycan qadını - həyatın əbədi gözəlliyi
05 Mart 19:19
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir
05 Mart 19:16
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının “İş yerlərində gender müxtəlifliyi” layihəsinə dair memorandum imzalanıb
05 Mart 18:56
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 Mart 18:54
Azərbaycanın tarixi Qələbəsi İƏT çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün də yeni imkanlar yaradıb
05 Mart 18:40
Prezident: Bu gün heç kimdən asılı deyilik, iqtisadi sahədə istənilən meyar üzrə ən qabaqcıl yerlərdəyik
05 Mart 18:38
Qida Təhlükəsizliyi Agentliyi ilə Beynəlxalq Donor təşkilatlarının nümayəndələri arasında görüş keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA