Ötən ilin dekabr ayından başlayaraq Astara şəhərindəki Şəhidlər xiyabanında əsaslı təmir işlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yenidən qurulan xiyabanda Birinci Qarabağ və Vətən müharibəsində, Aprel döyüşlərində həlak olan 124 astaralı şəhidin xatirəsi əbədiləşdiriləcək. Onlardan 41 nəfəri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.
Yenidənqurma işləri çərçivəsində xiyabanda “Ana” heykəli, “Əbədi məşəl” abidə-kompleksi inşa olunub, 500 kvadratmetr ərazidə döşəmənin tamet daşları dəyişdirilib, pilləkanlar, divarlar mərmər, yan divarlar qranit daşlarla üzlənib.
Xiyabanın giriş qapısında və divarlarda dəmir barmaqlıqlar quraşdırılıb.
Şəhidlər xiyabanında yenidənqurma işlərinin aprel ayında başa çatdırılması nəzərdə tutulub.
- Oxunub: 1830 |
- Tarix: 12-02-2021 |
-
Çap et |