Ana səhifə »  Xəbər lenti »  YAP Səbail rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Səbail rayonunda növbəti sosial aksiyasını həyata keçirdi
A+   Yenilə  A-
YAP Səbail rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Səbail rayonunda növbəti sosial aksiyasını həyata keçirdi

YAP Səbail rayon təşkilatı Vətən müharibəsinin Şəhidləri Əliyev Fərid Pirəli oğluƏhədzadə İlkin Qələmşah oğlu və İsmayılov Orxan Zöhrab oğlunun ailə üzvləri ilə görüşdülər.

Şəhid ailələrinin üzvləri ilə söhbət zamanı qeyd olundu ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza Şanlı Qarabağ Zəfərini bəxş etdi. Bu tarixi Qələbə və Vətən torpaqlarının azadlığı uğrunda canını fəda edən Şəhidlərimizin əziz xatirəsi əbədi olaraq yaşayacaq və daim uca tutulacaqdır. Hər bir azərbaycanlı, bütün xalqımız Vətən müharibəsinin Şəhidlərinə, onların ailə üzvlərinə, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, əlində silah düşmənlə üz-üzə qəhrəmanlıq dastanı yazan müzəffər Ordumuzun qalib əsgərlərinə minnətdardır. Şəhid ailələri, qazilərimiz, müharibə veteranları hər zaman Yeni Azərbaycan Partiyasının, o cümlədən rayon təşkilatımızın xüsusi diqqət mərkəzindədir və partiyanın bütün strukturları “Şəhid ailələrinə qayğı” davamlı aksiyalarında yaxından iştirak edirlər və bundan sonra da edəcəklər.

Görüşlər zamanı Şəhid ailələrinin qayğıları ilə maraqlanıldı, onlara ərzaq sovqatı və maddi yardım göstərildi.

Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirdilər və övladlarının əziz xatirəsini uca tutan möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, dövlətimizə və onun bütün strukturlarına təşəkkür etdilər.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

Şəhid Mayor Əhədzadə İlkin Qələmşah oğlu 1985-ci ilin iyunun 26-da Bakı şəhərində anadan olmuşdur. Doğum günü Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması gününə təsadüf edən Əhədzadə İlkinin kövrək ürəyi uşaqlıqdan Vətən sevgisi ilə alışıb yanırdı. Çox keçmədən, o, məktəbi tərk edib Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil oldu. Liseyi başa vurduqdan dərhal sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə yönəldi. Əvəzsiz hərbi xidmətləri nəticəsində çoxsaylı Fəxri Fərmanlarla təltif olunmuşdu. Həyatında yüksək nailiyyətlər əldə edən mayor Əhədzadə yalnız şərəflə böyütdüyü üç övladı üçün deyil, bütövlükdə Azərbaycan xalqı üçün savaşaraq oktyabrın 1-də Daşkəsən-Kəlbəcər istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucaldı. Şəhidimizin Vətənə əmanət üç övladı var. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid Əliyev Fərid Pirəli oğlu 1994-cü il avqustun 14-də Bakı şəhərində anadan olmuşdur. Uşaqlıqdan idmanın müxtəlif növləri ilə məşğul olurdu. Vətən müharibəsinin ilk günlərindən ön cəbhəyə könüllü yollanan Fərid Füzulinin, Cəbrayılın azad olunmasında iştirak etmiş və noyabrın 6-da Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. Şəhidimizin Vətənə əmanət oğlu və Şəhid olduqdan sonra dünyaya gələn qızı var. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şəhid İsmayılov Orxan Zöhrab oğlu 1990-cı il yanvarın 23-də Bakı şəhərində anadan olmuşdur. Ailəsinin və doğmalarının qüruru idi Orxan. Onun qəlbində hər zaman ən müqəddəs hisslərdən olan Vətənə məhəbbət hissi yaşayırdı. Şəhidlik kimi ən ali və şərəfli zirvəyə yüksələn Orxan bütün Azərbaycanın qürur yerinə, fəxrinə çevrilib. Oktyabrın 1-də Cəbrayılın işğaldan azad olunması uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. Şəhidimizin Vətənə əmanət iki övladı var. Ucarda dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

 
  • Oxunub:  1950  |  
  • Tarix:  12-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

06 Mart 09:24
“France 24” televiziya kanalı Qarabağda aparılan quruculuq işlərinə dair reportaj yayımlayıb
06 Mart 09:20
Regional və qlobal layihələr İƏT üzvləri başda olmaqla Azərbaycanı bölgənin cazibədar iqtisadi imkanlar məkanına çevirib
06 Mart 09:10
Azərbaycan tolerant və multikultural ölkədir
06 Mart 08:49
Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Qubadlı və Laçın rayonlarına səfəri təşkil edilib
05 Mart 21:11
Prezident: Böyük Qayıdış proqramı icra olunanda ilk növbədə, ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
05 Mart 20:42
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
05 Mart 20:40
Özbəkistandan Bakı-Tbilisi-Qars dəmir yolu ilə 40 konteyner yola salınıb
05 Mart 20:36
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb
05 Mart 20:27
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
05 Mart 19:57
Prezident: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
05 Mart 19:56
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
05 Mart 19:50
Canfranko Ravazi: Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın dinlərarası dialoq prizmasından bütün dünyaya nümunə olacağına inanıram
05 Mart 19:50
Azərbaycan daimi nümayəndəliyi Ermənistanın qanunsuz və təxribatçı fəaliyyətlərinə son qoyulması ilə bağlı UNESCO-ya çağırış edib
05 Mart 19:34
Prezident İlham Əliyev: Biz qonşularımızla dostluq münasibətləri qurmasaydıq İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi
05 Mart 19:32
Bakıda dünyada ilk tanker-muzey fəaliyyətə başlayır - VİDEO
05 Mart 19:28
Texniki Universitetdə tədbir: Azərbaycan qadını - həyatın əbədi gözəlliyi
05 Mart 19:19
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir
05 Mart 19:16
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının “İş yerlərində gender müxtəlifliyi” layihəsinə dair memorandum imzalanıb
05 Mart 18:56
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 Mart 18:54
Azərbaycanın tarixi Qələbəsi İƏT çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün də yeni imkanlar yaradıb
05 Mart 18:40
Prezident: Bu gün heç kimdən asılı deyilik, iqtisadi sahədə istənilən meyar üzrə ən qabaqcıl yerlərdəyik
05 Mart 18:38
Qida Təhlükəsizliyi Agentliyi ilə Beynəlxalq Donor təşkilatlarının nümayəndələri arasında görüş keçirilib
05 Mart 18:36
Vətəndaş həmrəyliyindən siyasi həmrəyliyə doğru
05 Mart 18:31
Qadın cəmiyyətin aparıcı qüvvəsidir
05 Mart 18:15
Prezident: Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir, amma buna nail ola bilməyəcək
05 Mart 18:04
Bakı Limanı Niderlandın Fontis Universiteti və Qilde İnstitutu ilə təlim proqramına başlayır
05 Mart 18:00
Azərbaycanda köməkçi texnologiyaların gücləndirilməsi imkanları müzakirə edilib
05 Mart 17:53
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
05 Mart 17:47
Alimlər Yerin kürəsinin daxili nüvəsində naməlum təbəqənin varlığını kəşf ediblər
05 Mart 17:46
Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilər üçün Ankarada vida mərasimi keçirilib
05 Mart 17:44
Siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmaq istəyi partiyamızın artan nüfuzunun və imicinin göstəricisidir
05 Mart 17:43
QDİƏT-də turizm sahəsində pandemiya ilə mübarizə üzrə işçi qrupun iclası olub
05 Mart 17:12
Tarixin bütün dövrlərində Azərbaycanın qadını ön və arxa cəbhələrdə fədakarlıqla çalışıb
05 Mart 17:06
Leyla Abdullayeva: Ermənistan XİN nümayəndəsinin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi rəsmi Yerevanın sağlam düşüncədən uzaq olduğunu növbəti dəfə göstərir
05 Mart 17:03
Azərbaycan ilə Pakistan arasında hərbi-texniki və təhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib
05 Mart 16:54
Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
05 Mart 16:52
Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib
05 Mart 16:46
Prezident: Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin
05 Mart 16:45
FHN Akademiyası ilə Azərbaycan Texniki Universiteti arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb
05 Mart 16:41
YAP Mətbuat Xidmətinin məlumatı
05 Mart 16:39
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
05 Mart 16:32
Prezident: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
05 Mart 16:29
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Azərbaycan Böyük İpək Yolu üzərində” adlı kitab nəşr etdirilib
05 Mart 16:24
Qarabağ zəfərində Xalqın və Ordunun gücü vəhtəd təşkil edirdi...
05 Mart 16:14
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
05 Mart 16:10
Müdafiə Nazirliyi Ağdam rayonunun Tağıbəyli kəndinin videogörüntülərini yayıb - VİDEO
05 Mart 16:05
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinat olub
05 Mart 16:01
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
05 Mart 15:59
Azərbaycan Texniki Universiteti “AzInTelecom” MMC ilə əməkdaşlığa başlayır
05 Mart 15:53
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Beynəlxalq Qadınlar Günü qeyd olunub
05 Mart 15:47
Qarabağa həyat yenidən qayıdacaq
05 Mart 15:45
Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək
05 Mart 15:34
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
05 Mart 15:30
İsrailli qadın 55 yaşlı vəfat etmiş həyat yoldaşının gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb
05 Mart 15:27
Azərbaycanın və Pakistanın daxili işlər orqanları arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub
05 Mart 15:20
Prezident İlham Əliyev: Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik
05 Mart 15:15
Təhsil naziri: 1000-dən çox müəllimin vaksinasiyası həyata keçirilib
05 Mart 15:13
Azərbaycanda koronavirusdan 175 nəfər sağalıb, 365 yeni yoluxma faktı qeydə alınıb
05 Mart 15:06
Azərbaycan Prezidenti: Biz reallıqlar yaradan ölkəyik, bizim təşəbbüsümüzlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib
05 Mart 15:02
Britaniya səfiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub
05 Mart 14:57
Prezident İlham Əliyev: Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir və bu islahatların çox böyük əhəmiyyəti var
05 Mart 14:56
Ermənistan ordusunun Şuşada atıb qaçdığı silah-sursat aşkarlanıb
05 Mart 14:50
Deputat: Neftin qiyməti yüksək olarsa Neft Fonduna daxilolmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq
05 Mart 14:48
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatı
05 Mart 14:46
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub
05 Mart 14:44
Türkiyə ərazisinin təxminən 66 faizi zəlzələlər baxımından riskli bölgə hesab edilir
05 Mart 14:44
Misir portalında Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən bəhs edən məqalə yerləşdirilib
05 Mart 14:40
Səbail rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri dövlət qayğısı ilə əhatə olunublar
05 Mart 14:34
İdman ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
05 Mart 14:31
Qarabağda böyük iqtisadi layihələr icra olunacaq

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +14
gecə+3 +5