Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / AMEA-nın müxbir üzvü Kamil Ayda-zadə biobiblioqrafik göstəricisi hazırlanıb

AMEA-nın müxbir üzvü Kamil Ayda-zadə biobiblioqrafik göstəricisi hazırlanıb

12.02.2021 [17:09]

AMEA Mərkəzi Elmi Kitabxanası AMEA-nın müxbir üzvü Kamil Ayda-zadənin biobiblioqrafik göstəricisini  hazırlayıb. AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan göstəricinin elmi redaktoru akademik Rasim Əliquliyev, redaktoru akademik Telman Əliyev, tərtibçiləri dosent Şəhla Tahirqızı, dosent Yeganə  Əşrəfova, dosent Anar Rəhimov və biblioqraf Türkan Vahidovadır.

Biobiblioqrafik göstərici görkəmli riyaziyyatçı alim Kamil Rəcəb oğlu Ayda-zadənin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini, alimin 1973-2020-ci illərdəki elmi əsərlərinin biblioqrafiyasını, əldə etdiyi və Azərbaycan Milli Elmlər Akademiyasının son 20 ildə mühüm elmi nəticələrinə daxil edilmiş elmi nailiyyətlərini, haqqında olan mənbələri, həmçinin televiziyalara verdiyi müsahibələri, elmi-ictimai fəaliyyətini əks etdirən internet resurslarını əhatə edir.

Biobiblioqrafiyada materiallar xronoloji ardıcıllıqla verilmiş, alimin həyatı, elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti qısa oçerkdə əks olunmuş, mühüm elmi nəticələri, rəhbərlik etdiyi və məsləhətçisi olduğu dissertasiyaların mövzuları əlifba sırası ilə düzülmüşdür.

Göstəricidən istifadəni asanlaşdırmaq məqsədi ilə professor Kamil Ayda-zadənin əsərlərinin, müştərək müəlliflərinin, rəhbərlik etdiyi dissertasiyaların əlifba göstəricisi hazırlanmış, coğrafi adlar göstəricisi tərtib edilmişdir. Eləcə də biblioqrafiyada professor Kamil Ayda-zadənin həyat və fəaliyyətini özündə əks etdirən “Ömür yolu fotolarda” başlıqlı  zəngin fotoqalereya verilmişdir.

Biobiblioqrafik göstərici riyaziyyat üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr şöbəsi

Paylaş:
Baxılıb: 214 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31