Ana səhifə »  Xəbər lenti »  Niderland portalı: 30 illik erməni işğalına son qoyulması Cənubi Qafqaza yeni nəfəs verdi
A+   Yenilə  A-
Niderland portalı: 30 illik erməni işğalına son qoyulması Cənubi Qafqaza yeni nəfəs verdi

Niderlandın “EW magazine” portalında Azərbaycanın bu ölkədəki səfiri Fikrət Axundovun “30 illik erməni işğalına son qoyulması Cənubi Qadqaza yeni nəfəs verdi” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsindən bəhs olunub.

Bildirilib ki, son dövrlərdə Avropanın Cənubi Qafqaz regionuna marağı artmaqdadır. Bu, ilk növbədə, Cənubi Qafqazın ən güclü ölkəsi olan Azərbaycanın Avropa İttifaqı ilə nəqliyyat, enerji və təhlükəsizlik layihələrində uğurlu iştirakı ilə bağlıdır. Cənubi Qafqaz ölkələrinin Avropa ilə tam və hərtərəfli əməkdaşlığına mane olan ermənilərin 30 illik işğal siyasəti 2020-ci ilin sonunda başa çatdı, Azərbaycan tarixi torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu azad etdi. İndi 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün üçün öz doğma evlərinə qayıtmaq imkanı yaranıb.

Müəllif məqalədə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə (822, 853, 874 və 884) əsasən öz ərazisi olan Qarabağın erməni işğalından azad etməsinin, suveren sərhədlərini bərpa olunmasının, eləcə də bölgədə sülhün bərqərar olmasının Avropanın bir sıra ölkələrinin parlamentləri tərəfindən qəzəb və dərin narahatçılıqla qarşılanmasına təəssüfünü bildirib. Qeyd edilib ki, bunların arasında Fransa və Benilüks ölkələri, xüsusilə də Niderland fəallığı ilə seçilib. Erməni lobbisinin təsiri altına düşmüş Niderlandın populist partiyalarının bəzi deputatları 2021-ci ilin mart ayında ölkədə keçiriləcək parlament seçkilərində erməni seçicilərin səsini qazanmaq məqsədilə Azərbaycan əleyhinə misli görünməyən 11 qətnamə qəbul ediblər. Bəzi deputatlar hətta Azərbaycana qarşı irqçilik, milliyyətçilik, şovinist hisslərini sosial şəbəkələrdə yayıb, ölkənin erməni lobbisi ilə əlaqələrinin olduğunu gizlətməyiblər. Parallel olaraq, Benilüks ölkələrinin erməni diasporu Niderlanddakı fikir azadlığı kimi dəyərlərdən öz maraqları üçün sui-istifadə edərək, Azərbaycana qarşı qarayaxma kampaniyası aparıb. Niderland parlamentinin bu qətnamələrin heç birində münaqişə zonasından uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərinin mülki əhalisinin Ermənistan tərəfindən dəfələrlə “Smerç” tipli raketlərlə hücumlara məruz qalması qınanılmayıb, azərbaycanlı mülki əhalinin hədəfə alınması, məhv edilmiş tarixi, mədəni, dini abidələrlə bağlı susmuş və bununla da parlamentin ədalətli olmadığını bir daha təsdiqləyib. Təəssüf ki, xaricdə yaşayan erməni icması öz vətəninin təbliğatından daha çox, Azərbaycanın əleyhinə fəaliyyət aparır və bu lobbinin təsiri altına düşmüş bəzi Avropa, o cümlədən Niderland siyasətçiləri bu məsələdə onlara yaxından yardım edirlər. Bu da öz növbəsində Cənubi Qafqazda sülhün yaradılmasına mane olmağa və artıq keçmişdə qalmış Qarabağ münaqişənin yenidən alovlandırmağa cəhdə xidmət edir.

Bütün bu maneələrə baxmayaraq, Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasına və bu torpaqlarda yeni layihələrə start verib. Avropa və dünya üçün hazırda aktual olan yaşıl eneji, ekiologiya, müasir infrastruktur layihələri, ekoturizm və bioqida kimi layihələrə üstünlük verilib. SSRİ-nin süqutundan sonra Azərbaycan-Ermənistan sərhədinin ilk dəfə açılması, Ermənistanın da regional layihələrdən faydalanması, insanlar arasında etimadın yaradılması üçün tarixi şans yaranıb. Lakin Ermənistandakı milliyyətçi və revanşist qüvvələr buna imkan vermək istəmir. Müstəqil siyasət apara bilməyən Ermənistan uzun müddətdir iqtisadi, sosial böhran içindədir. Milli dözümsüzlük nəticəsində monoetnik ölkəyə çevrilmiş Ermənistanda iş yerləri bağlanıb, demoqrafik vəziyyət kəskinləşib. Təəccüblü deyil ki, İsrail Dövlətinin diaspora məsələləri üzrə Nazirliyinin dünyada 2020-ci il üzrə antisemitizm sahəsində vəziyyətə dair hesabatında Ermənistanda belə meyllərinin son dövrdə olduqca artdığı, yəhudilərə qarşı etnik-dini zəmində hücumların kəskinləşdiyi qeyd edilib.

Vurğulanıb ki, belə hallar regionda sülhün və sabitliyin bərqərar olmasına təhlükə yaradır. Keçən ilin noyabrından bu günə qədər Ermənistanda davam edən siyasi terror, parlament sədrinin ölümcül döyülməsi, parlament binasının zəbt edilməsi, Azərbaycanla sülhə getmək istəyən siyasətçilərin, deputatların hədələnməsi quruculuq layihələrinin həyata keçirilməsinə mane olur. Siyasi böhranla yanaşı, iqtisadi, demoqrafik, sosial və maliyyə sahələrində gərginlik içində yaşayan erməni xalqı Rusiya və Türkiyənin işçi bazarlarına üz tutub. Erməni xalqını bu vəziyyətə salan siyasi elitanın ailə üzvləri və xüsusən baş nazir Nikol Paşinyanın arvadı Anna Akopyan erməni qadınlarını Azərbaycanla müharibəyə etməyə çağırır, sonra isə özü iki qızı ilə birgə Moskvanın bahalı restoranlarında gecə həyatı sürür, Moskva şəhərində özünə bahalı mənzil axtarır. Xalqın ağır vəziyyətdə olmasına baxmayaraq, Ermənistanın birinci xanımı ad gününü Los-Ancelesdə qeyd edib və bu da sadə ermənilərin haqlı qəzəbinə səbəb olub. Moskva və Los-Anceles hava limanlarında ona qarşı yerli ermənilər tərəfindən piketlər keçirilir. Bu kimi addımlarla öz xalqını yoxsul vəziyyətə salan Ermənistan hökuməti, ilk növbədə, həmsərhəd olduğu 4 ölkədən 3-nə qarşı ərazi iddialarından əl çəkməli və müharibə partiyasının “qədim əsrlərldə üç dəniz arasında yerləşmiş böyük Ermənistan” xəyalından əl çəkməlidir.

BMT institutlarının hesablanmasına əsasən, keçmiş SSRİ-nin ən monomilli respublikası olan hazırkı Ermənistanda əhalinin sayı kəskin azalır. Əhalisi 2,7 milyon olan Ermənistanın xaricində 8 milyon erməni yaşayır, lakin onlar öz vətəninə qayıtmaq istəmirlər.

Bildirilib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan və Gürcüstan həmişə mehriban qonşuluq prinsipinə riayət edib, bu ölkələrdə kilsə və məscidlərə eyni qayğı göstərilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Cənubi Qafqazın, eləcə də İslam dünyasında ən böyük - 30 minlik yəhudi icmasının vətənidir. Azərbaycanda məscidlərlə yanaşı, sinaqoqlar, katolik və pravoslav kilsələri, alman, gürcü və erməni kilsəsi də dövlət tərəfindən qorunur. İki dəfə Azərbaycanı ziyarət edən Roma Papası bu ölkənin tolerantlıq nümunəsi olduğunu bəyan edib.

Ermənilərin Cənubi Qafqaza və xüsusən də Azərbaycana, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə vaxtilə İran və Türkiyədən köçürülməsinə baxmayaraq, Azərbaycan xalqı ermənilərə öz tolerantlığını nümayiş etdirib. Rusiya imperiyası dağıldıqdan sonra - 1918-ci ildə cümhuriyyət dövründə Azərbaycan şəhəri olan İrəvan Ermənistana verilib. Bu barədə tarixi sənədlər mövcuddur.

Vurğulanıb ki, 2020-ci ilin noyabr ayının 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri səviyyəsində imzalanmış üçtərəfli bəyanatdan sonra humanitar məsələlər həyata keçirilməyə başlanılıb. Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq, 59 nəfər müharibə əsirini Ermənistana təhvil verib. Ancaq Ermənistan tərəfi sülhə zidd addımlar atılmaqda davam edir. Müharibə bitəndən sonra - 2020-ci il noyabrın 26-da 62 nəfərdən ibarət terror-təxribat qrupu Ermənistandan Azərbaycan ərazisinə daxil olub və terror əməliyyatı həyata keçirməyə cəhd ediblər. Bu terror qrupu Azərbaycan Silahlı Qüvvələrinin 4 hərbi qulluqçusunu qətlə yetirib, 2 hərbi qulluqçu və 1 mülki şəxs yaralayıb. Sözügedən təxribat qrupu Azərbaycan tərəfindən saxlanılıb və onlar barədə Azərbaycan qanunvericiliyinə uyğun olaraq, cinayət işi başlanıb. Ərazilərimizdə terror törətmək məqsədilə göndərilən bu təxribat qrupunu Ermənistan hərbi əsirlər kimi qələmə verməyə cəhd edir. Beynəlxalq hüquq isə belə cəhdlərin tamamilə əsasız olduğunu göstərir.

 
  • Oxunub:  2340  |  
  • Tarix:  12-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

27 Fevral 13:58
Ukrayna gəncləri “Xocalıya ədalət!” aksiyası keçiriblər
27 Fevral 13:55
Nazirlər Kabineti “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə 10 alt işçi qrupu yaradıb
27 Fevral 13:49
Bakı metrosundakı müasir tipli vaqonların sayı 75-ə çatıb
27 Fevral 13:44
Avropa Azərbaycanlıları Konqresinin Xocalı soyqırımına həsr olunan onlayn konfransı keçirilib
27 Fevral 13:04
İşaxtaran şəxslər də ödənişsiz peşə hazırlığına cəlb olunacaq
27 Fevral 12:15
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Türkiyənin Dənizli şəhərində silsilə tədbirlər keçirilib
27 Fevral 11:59
Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan yeni abidənin açılışı olub
27 Fevral 11:42
Azərbaycanlı rəssamın əsəri Türkiyə Prezidentinə hədiyyə edilib
27 Fevral 11:40
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj yayıb
27 Fevral 11:39
Metronun “8 Noyabr” stansiyası istismara hazır vəziyyətə gətirilir
27 Fevral 11:11
Müdafiə Nazirliyi Qubadlı rayonunun Əfəndilər kəndinin videogörüntülərini yayıb - VİDEO
27 Fevral 10:58
Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olanlar mənzil və fərdi evlə təmin olunacaq
27 Fevral 10:49
Xocalıdan olan rabitəçilərlə görüş keçirilib
27 Fevral 09:33
ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib
27 Fevral 09:30
ABŞ-ın ştatlarında Xocalı qətliamına həsr olunmuş tədbirlər davam edir
27 Fevral 09:27
Təhsil naziri: Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi vacibdir
26 Fevral 22:14
Qərbi Azərbaycan İcması Ankara Təmsilçiliyi Xocalı şəhidlərini anıb
26 Fevral 21:38
Prezident İlham Əliyev: Türkiyə özü müəyyən edəcək ki, Ermənistanla sərhədlər nə zaman açıla bilər
26 Fevral 20:30
Azərbaycan Prezidenti: Ermənistandakı böhran, orada siyasi mübarizənin nəticələri bizim planlarımıza təsir edə bilməz
26 Fevral 20:26
NATO-nun mənzil-qərargahında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
26 Fevral 20:23
Xocalı soyqırımı qurbanlarının xatirəsi ədliyyə orqanlarında yad edilib
26 Fevral 20:19
Şuşada Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb
26 Fevral 19:32
Prezident İlham Əliyev: Maksimum qısa müddət ərzində mərhələli şəkildə biz insanlarımızı o bölgələrə qaytaracağıq
26 Fevral 19:31
İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri Xocalı soyqırımı ilə əlaqədar həmkarlarına məktub göndərib
26 Fevral 19:29
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası dünya ictimaiyyətini Xocalı soyqırımını tanımağa çağırıb
26 Fevral 19:26
AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
26 Fevral 19:21
Parlament Jurnalistləri Birliyi açıqlama YAYDI
26 Fevral 19:15
Gəncədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib
26 Fevral 19:08
BDU-da beynəlxalq tədbir: Xocalı faciəsi - insanlığa qarşı törədilmiş bəşəri cinayət
26 Fevral 18:59
Azərbaycan Texniki Universitetində yeni təşkilat və xidmət yaradılıb
26 Fevral 18:56
Milli Məclisdə Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi təşkil olunub
26 Fevral 18:43
Texniki Universitetdə videokonfrans: Xocalı-türkün yurdu, türkün qüruru
26 Fevral 18:15
Xocalı faciəsi - qan yaddaşımız
26 Fevral 18:12
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.khojalytoday.com akademik resurs bazasının təqdimatı olub
26 Fevral 18:08
Xocalı soyqırımı Azərbaycan tarixində ən qanlı faciələrdən biridir
26 Fevral 17:38
Prezident: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
26 Fevral 17:34
Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı prinsip etibarilə icra edilir
26 Fevral 17:06
İqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün Azərbaycanda Milli Uyğunlaşma Planının hazırlanması prosesinə başlanılır
26 Fevral 17:03
İtaliyada Xocalı soyqırımının ildönümü ilə əlaqədar videoformatda tədbir keçirilib
26 Fevral 17:01
Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir, insanları bilərəkdən ölümə məhkum etməkdir
26 Fevral 16:57
Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
26 Fevral 16:55
Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi uzun illər ərazində aparılan ardıcıl, məqsədyönlü siyasətin məntiqi nəticəsidir
26 Fevral 16:36
Prezident: Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq, bu məsələdə hər hansı spekulyasiya yersizdir
26 Fevral 16:30
Vətən müharibəsində tarixi zəfər və Azərbaycanın təşəbbüsləri bölgəni inkişaf etdirir
26 Fevral 16:21
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
26 Fevral 16:05
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Samuxda ağaclar əkilib
26 Fevral 15:57
Türkiyəli gənclər “Xocalıya ədalət” tələb edirlər
26 Fevral 15:56
Azərbaycanda koronavirusdan 180 nəfər sağalıb, 219 yeni yoluxma faktı qeydə alınıb
26 Fevral 15:55
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
26 Fevral 15:51
Erkan Özoral: Xocalı faciəsinin səbəbkarları, bu qətliamı törədənlər mütləq mühakimə olunmalıdırlar
26 Fevral 15:44
Azərbaycan Prezidenti 4 saatdan çox davam edən mətbuat konfransında 35 media qurumunun 50-dək sualını cavablandırıb
26 Fevral 15:39
İşğaldan azad olunmuş torpaqların bərpası prosesi başlanıb
26 Fevral 15:21
Ata-baba yurdlarımız, kəndlərimiz, şəhərlərimiz abad olacaq...
26 Fevral 15:18
"Torpaqları əhəmiyyətsiz danışıqlarla yox, şəhidlərimizin qanı hesabına azad etdik"
26 Fevral 15:13
Prezident İlham Əliyev qalib Ordunun Ali Baş Komandanı kimi yenidən işğaldan azad olunmuş torpaqlarda
26 Fevral 15:08
Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür
26 Fevral 15:07
Xocalı soyqırımına həsr olunmuş sərgi - “Unudulmaz faciə”
26 Fevral 15:04
Tokioda yaşayan həmyerlilərimiz Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçiriblər
26 Fevral 14:55
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda və regionlarda ağaclar əkilib
26 Fevral 14:47
Xocalı faciəsi qurbanlarının xatirəsi Moskvada da yad edilib
26 Fevral 14:43
İğdırlılar Xocalı soyqırımını törədən vandalları qınayıblar
26 Fevral 14:40
Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir
26 Fevral 14:38
Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib
26 Fevral 14:36
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
26 Fevral 14:29
Yeni Azərbaycan Partiyasının nümayəndələri Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər
26 Fevral 14:27
Prezident İlham Əliyev: Ərazilərin bərpası üzrə böyük planlarımız var və onları reallaşdıracağıq
26 Fevral 14:23
YAP Laçın rayon təşkilatı Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirib
26 Fevral 14:21
YAP Gənclər Birliyinin üzvləri Xocalı faciəsi qurbanlarının xatirəsinə abidəni ziyarət ediblər
26 Fevral 14:17
Əli Əhmədov: Xocalı bizim qan yaddaşımızdır
26 Fevral 14:12
YAP Tovuz rayon təşkilatı İdarə Heyətinin növbəti iclası keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə0 +3