Ana səhifə »  Xəbər lenti »  Günay Əfəndiyeva UNESCO-da Beynəlxalq Türk Dili Gününün elan edilməsi ilə bağlı məsləhət toplantısında iştirak edib
A+   Yenilə  A-
Günay Əfəndiyeva UNESCO-da Beynəlxalq Türk Dili Gününün elan edilməsi ilə bağlı məsləhət toplantısında iştirak edib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva UNESCO üzrə Türkiyə Milli Komissiyası tərəfindən təşkil edilən UNESCO-da Beynəlxalq Türk Dili Gününün elan edilməsi ilə bağlı məsləhət toplantısında iştirak edib.

Fonddan AZƏRTAC-a bildirilib ki, tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri ilə yanaşı, digər türk əməkdaşlıq təşkilatlarının, o cümlədən Türk Şurasının, TÜRKPA-nın, TÜRKSOY-un, Beynəlxalq Türk Akademiyasının rəhbər və nümayəndələri, UNESCO - nun Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan üzrə milli komissiyalarının baş katib və təmsilçiləri, eləcə də alimlər və rəsmi şəxslər iştirak ediblər.

Görüşdə iştirakçılar türkdilli ölkələr arasında əməkdaşlığın genişlənməsinə, linqvistik və mədəni müxtəlifliyin qorunmasına diqqət çəkərək, Beynəlxalq Türk Dili Gününün elan edilməsi haqqında qətnamə layihəsinin UNESCO -ya təqdim edilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

İclası giriş sözü ilə açan UNESCO üzrə Türkiyə Milli Komissiyasının baş katibi Öcal Oğuz zəngin türk dilinin mədəni irsə böyük əsərlər qazandırdığını və bu dəyərli dilin daha geniş sivilizasiyalara yayılmasının vacibliyini vurğulayıb. Öcal Oğuz, eyni zamanda UNESCO tərəfindən Beynəlxalq Türk Dili Gününün elan edilməsi istiqamətində UNESCO üzrə türk milli komissiyalar və türkdilli beynəlxalq təşkilatlarla birgə tədbirlərin keçirilməsinin vacibliyindən bəhs edib.

Məsləhət toplantısında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da çıxış edib.

Fondun prezidenti öz çıxışında türk dili gününün elan edilməsinin türkdilli xalqların çoxəsrlik tarixinin və mədəniyyətinin beynəlxalq miqyasda daha da geniş tanıdılmasına böyük töhvələr verəcəyini bildirib. G.Əfəndiyeva misilsiz mədəni tarixə malik olan türk xalqlarının həm şifahi, həm də yazılı şəkildə diqqətəlayiq linqvistik və ədəbi əsərlər yaratdığını da qeyd edib.

Fondun prezidenti deyib: “Türk dili qədim tarixə, zəngin köklərə sahibdir. Dilin ən mühüm funksiyası insan dünyasını əks etdirməklə yanaşı, ümumulikdə mədəniyyəti qorumaq və onu nəsildən-nəslə ötürməkdir. Məhz buna görə də dil şəxsiyyətin, milli xarakterin, xalqın, millətin formalaşmasında mühüm rol oynayır. Türk dili köklü təmələ və geniş coğrafiyaya malikdir”, - deyə o qeyd edib.

G.Əfəndiyeva əlifbanın hər bir xalqın həyatında, yazılı mədəniyyətinin formalaşmasında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycanın və bütövlükdə türk dünyasının böyük şəxsiyyəti Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın Latın əlifbasına keçməsi, eyni zamanda Qazaxıstan və digər türkdilli dövlətlərin də latın qrafikasından istifadə etməklə bağlı aldığı qərarlar ölkələr arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib. O, eyni zamanda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci ilin “Yunus Emre və Türk dili ili” elan etməsinin bütün Türk dünyası üçün əlamətdar bir hadisə olduğunu vurğulayıb.

Rəhbərlik etdiyi beynəlxalq təşkilatın fəaliyyətindən söz açan Günay Əfəndiyeva, türk dünyasının qədim və zəngin irsinin öyrənilməsi və təşviqi məqsədilə keçirilən tədbirlərin, layihə və proqramların Fondun əsas prioritetlərindən biri olduğunu bildirib.

Sonda G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondun türk dünyasının mədəni irsinin qorunması ilə bağlı təşəbbüsləri həm UNESCO layihələri çərçivəsində, həm də dünya miqyasında dəstəkləyəcəyini vurğulayıb.

Yığıncaqda iştirakçılar Beynəlxalq Türk Dili Gününün elan edilməsinə dair fikir mübadiləsi aparıb və təcrübələri ilə bağlı müxtəlif təkliflər veriblər.

 
  • Oxunub:  2160  |  
  • Tarix:  12-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

25 Fevral 22:34
Vaşinqtonun küçələrində Xocalı həqiqətlərini əks etdirən məlumatlandırma aksiyası başlayıb
25 Fevral 22:00
Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə təqdim etməməsi xüsusi narahatlıq yaradır
25 Fevral 21:58
ATƏT Parlament Assambleyasının vitse-prezidenti Xocalı soyqırımını törədənlərin cəzalandırılmasını tələb edib
25 Fevral 21:48
Erik Rondolat: Azərbaycan Prezidenti bir lider olaraq vəziyyətdən düzgün çıxış yolunu tapa bildi
25 Fevral 21:36
Xarici jurnalistlər Xocalı soyqırımı dəhşətlərini şahidlərin dilindən dinləyiblər
25 Fevral 20:34
ABŞ-ın Minneapolis şəhərində üzərində “Xocalıya ədalət!” şüarı yazılan lövhə quraşdırılıb
25 Fevral 20:32
Almaniya portalında “Xocalı: Azərbaycanlılara qarşı erməni soyqırımı” adlı məqalə dərc olunub
25 Fevral 20:11
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib
25 Fevral 19:35
Azərbaycan ilə İsrail arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib
25 Fevral 19:20
Dövlət İdarəçilik Akademiyasında onlayn təlim: Etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması
25 Fevral 19:02
Ədəbiyyat Muzeyində “Xocalının sağalmayan yarası” adlı elmi sessiya keçirilib
25 Fevral 19:02
Niderlandda “Azərbaycan yeni yaranmaqda olan Avrasiya biznes qovşağı kimi” mövzusunda vebinar keçirilib
25 Fevral 19:00
ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə
25 Fevral 18:57
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
25 Fevral 18:51
Energetika Nazirliyində ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələr müzakirə olunub
25 Fevral 18:48
COVID-19-dan sağalan uşaqların səhhətində problemlər qala bilərmi?
25 Fevral 18:13
Azərbaycan və Litva parlament dostluq qruplarının onlayn görüşü olub
25 Fevral 18:12
Konstitusiya Məhkəməsinin sədri onlayn formatda keçirilmiş beynəlxalq tədbirdə iştirak edib
25 Fevral 18:10
“Dostluq” yatağı üzrə hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması üçün İşçi Qrup yaradılıb – Sərəncam
25 Fevral 18:05
İstanbulda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan fotosərginin açılışı olub
25 Fevral 18:05
Dmitri Savelyev: Dağlıq Qarabağ Azərbaycana rəvan şəkildə inteqrasiya olunmalıdır
25 Fevral 17:44
Prezident İlham Əliyev: Biz bütün işlərə nəzarət edirik və ordumuzu bundan sonra da gücləndirəcəyik
25 Fevral 17:44
YAP Gəncə şəhər təşkilatında “Xocalı soyqırımını unutma! ”adlı tədbir keçirilib
25 Fevral 17:35
YAP Xətai rayon təşkilatının 2020-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib
25 Fevral 17:33
YAP Ağdaş və Qəbələ rayon təşkilatlarının gəncləri “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda birgə tədbir keçiriblər
25 Fevral 17:32
Xarici jurnalistlər Diasporla İş üzrə Dövlət Komitəsində olub
25 Fevral 17:26
Azərbaycanda koronavirusdan 142 nəfər sağalıb, 126 yeni yoluxma faktı qeydə alınıb
25 Fevral 17:25
Gürcüstanda şəhərlərarası sərnişindaşıma bərpa edilib
25 Fevral 17:23
Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
25 Fevral 17:22
“ASAN xidmət”in fəaliyyəti BMT-nin qlobal nəşrində
25 Fevral 17:20
Prezident: Müharibədən sonra Azərbaycanda inkişaf gedir, Ermənistanda isə böhran hökm sürür, bir-birilərini didirlər
25 Fevral 17:16
Hikmət Babaoğlu: Media sahəsində aparılan islahatlar çoxşaxəli xarakter daşıyır
25 Fevral 17:11
Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində beynəlxalq konfrans keçirilib
25 Fevral 17:09
Prezident İlham Əliyev: Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb
25 Fevral 17:06
Prezident: Bu, tarixi hadisədir, Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmayıb
25 Fevral 17:05
Pakistanın Sərhəd İşləri Təşkilatı Azərbaycanın infrastruktur layihələrinin icrasında maraqlıdır
25 Fevral 17:04
“Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsinə dair Anlaşma Memorandumu təsdiqlənib
25 Fevral 16:59
Prezident İlham Əliyev: Biz İkinci Qarabağ müharibəsində istədiyimizə az itkilərlə nail olduq
25 Fevral 16:58
Rumıniyada Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib
25 Fevral 16:53
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir
25 Fevral 16:51
Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir
25 Fevral 16:47
Avropa Şurası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Ombudsman təsisatının həyata keçirdiyi layihələr müzakirə olunub
25 Fevral 16:17
Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib
25 Fevral 16:17
Səudiyyə Ərəbistanı və Azərbaycan arasında parlamentlərarası əlaqələrin perspektivləri müzakirə edilib
25 Fevral 16:09
DİA-da videokonfrans: Xocalı soyqırımı - ermənilərin beynəlxalq cinayətlərinin tərkib hissəsi kimi
25 Fevral 16:07
YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
25 Fevral 16:03
Ermənistan ordusunda rüşvətxorluq halları baş alıb gedir
25 Fevral 16:01
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Macarıstan hökumətinə bəyanat ünvanlanıb
25 Fevral 16:00
Soydaşlarımız Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar
25 Fevral 15:57
Etna vulkanının püskürməsi kosmosdan qeydə alınıb
25 Fevral 15:29
İtaliya qəzeti: “Xocalı: Azərbaycan xalqının ürəyində açıq yara”
25 Fevral 15:28
Özbəkistanda Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
25 Fevral 15:25
Sergey Markov: Xocalı qırğını açıq-aydın siyasi məqsədlə törədilmişdi
25 Fevral 15:18
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
25 Fevral 15:12
Xocalıda baş verənlər nə üçün soyqırımıdır?
25 Fevral 15:08
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə ediblər
25 Fevral 14:51
Azərbaycanın xarici işlər naziri Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
25 Fevral 14:50
Beynəlxalq konfransda Xocalı soyqırımı yad edilib
25 Fevral 14:48
Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq
25 Fevral 14:45
Afrikanın 20-dən çox televiziya və radio kanalı “Azerspace-2” peykinin resurslarından istifadə edəcək
25 Fevral 14:44
Nikol Paşinyanın ölkədəki vəziyyətlə bağlı çıxışı gözlənilir
25 Fevral 14:40
Türkiyə parlamentində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım mərasimi və sərgi keçirilib
25 Fevral 14:25
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Xocalı nişanəsi” adlı qısametrajlı film təqdim edilib
25 Fevral 14:17
İsveçrədəki soydaşlarımız cenevrəli deputatları sülhə səs verməyə çağırıblar
25 Fevral 14:10
Multikulturalizm Mərkəzi Kiyevdə Xocalı soyqırımı ilə bağlı tədbir keçirib
25 Fevral 13:42
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası daha 23 şəhid ailəsini himayəyə götürüb
25 Fevral 13:38
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib
25 Fevral 13:34
Ermənistan hərbçiləri Paşinyanın istefasını tələb ediblər
25 Fevral 13:33
XİN: Lüksemburqun xarici işlər nazirinin Azərbaycanı ittiham etməsi onun bölgədəki vəziyyətdən xəbərsiz nümayiş etdirdiyi qərəzli mövqeyinin göstəricisidir
25 Fevral 13:29
ÜST-nin Azərbaycan nümayəndəliyi bölgələrdə psixi sağlamlığa və psixososial dəstəyə öz töhfəsini verir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28
HAVA HAQQINDA