Ölkəmizi "Eurovision 2021"də təmsil edəcək Samirə Əfəndinin oxuyacağı mahnının seçim mərhələsi davam edir.
"INFE Azərbaycan" seçilən 6 mahnının adını açıqlayıb. Bildirilib ki, Samirə beynəlxalq yarışmada "Mata Hari", "Ratata", "When I’m gone", "Manifesto", "Breathing you", "Owe you pretty" mahnılarından birini oxuyacaq.
Sona qalan 6 mahnı Əfəndinin ifasında "Focus Group"a təqdim olunub. Mahnı adları seçimdən sonra komanda tərəfindən dəyişdirilə bilər.
Qeyd edək ki, "Eurovision 2021" mayın 18-dən 22-nə kimi Hollandiyanın Rotterdam şəhərində keçiriləcək.
- Oxunub: 2820 |
- Tarix: 12-02-2021 |
-
Çap et |