Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının COVID-19 əleyhinə vaksinasiyası davam edir.
DİN-in Tibb İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Loğman Zeynalov AZƏRTAC-a bildirib ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Vaksinasiya Strategiyasının birinci mərhələsinə uyğun olaraq nazirlikdə də vaksinasiya prosesinə start verilib.
Vaksinasiya nazirliyin Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalında, 1 və 2 saylı poliklinikalarında həyata keçirilir. İlkin olaraq fevralın 6-dan etibarən Bakıda xidmət aparan nazirlik əməkdaşları peyvəndləməyə cəlb olunub. Bu günədək aparılan vaksinasiya prosesi zamanı əməkdaşlar arasında fəsadlaşma halları qeydə alınmayıb.
Onun sözlərinə görə, yaxın müddətdə regionlarda da polis əməkdaşlarının vaksinasiya prosesinə başlanılacaq.
- Oxunub: 1740 |
- Tarix: 12-02-2021 |
-
Çap et |