Türkiyənin aparıcı kütləvi informasiya vasitələri Qars şəhərində keçirilən “Qış təlimi-2021” Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimlərinə geniş yer ayırmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, məqalələrdə qardaş ölkələrimizin hərbçilərinin sarsılmaz həmrəylik və yüksək peşəkarlıq göstərdikləri hərbi təlimlərin düşmənlərə göz dağı olduğu vurğulanıb. Hərbçilərin qardan sığınacaq düzəldərək orada gecələmələrini əks etdirən videomateriallar və fotolar ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.
Məlumatlarla Anadolu agentliyi, “TRT Haber”, “TGRT Haber”, “NTV” telekanalları, “Takvim”, “Hürriyet”, “Akşam” və digər qəzetlərin saytlarında tanış olmaq mümkündür.
- Oxunub: 1980 |
- Tarix: 12-02-2021 |
-
Çap et |