“Ermənistan üzərində qazanılan möhtəşəm qələbə bir daha Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi. Bu qələbə regionda yeni bir siyasi mənzərə yaratdı və qarşıda yeni bir dövr bizi gözləyir. Başqa sözlə, artıq dövlətimizi yeni strateji hədəflər gözləyir. Bu mənada, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” olduqca böyük əhəmiyyət daşıyır”. Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.
O bildirib ki, qarşıdakı dövrdə müxtəlif sahələrdə həyata keçiriləcək layihələr, atılacaq addımlar ölkəmizin inkişafında böyük əhəmiyyət daşıyacaq. Bunun üçün geniş perspektivlər mövcuddur. “Ölkəmizin ərazi bütövlüyünün bərpası Azərbaycan iqtisadiyyatına əlavə güc qatacaq. Eyni zamanda, məsələyə regional əməkdaşlıq aspektindən yanaşsaq, bölgədə sülhün və təhlükəsizliyin təmini yeni investisiyalar üçün münbit şərait yaradır. Bu isə özlüyündə regionda yeni əməkdaşlıq formatlarının formalaşması deməkdir. Təsadüfi deyil ki, bu gün Azərbaycanla əməkdaşlıq etmək üçün xarici dövlətlər, bir sıra şirkətlər can atırlar. Belə demək mümkündürsə, indiyə qədər görülən işlər və bundan sonrakı dönəm üçün nəzərdə tutulan proqramlar qarşıdakı illərdə Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır”, - deyə A.Əlizadə əlavə edib.
P.SADAYOĞLU
- Oxunub: 2640 |
- Tarix: 12-02-2021 |
-
Çap et |