Ana səhifə »  Xəbər lenti »  Vüqar Rəhimzadə: Cənub Qaz Dəhlizi tərəfdaşlar və bütövlükdə Avropa üçün dostluq, qardaşlıq, əməkdaşlıq körpüsüdür
A+   Yenilə  A-
Vüqar Rəhimzadə: Cənub Qaz Dəhlizi tərəfdaşlar və bütövlükdə Avropa üçün dostluq, qardaşlıq, əməkdaşlıq körpüsüdür

Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi regional və beynəlxalq əməkdaşlığın coğrafiyasının genişləndirilməsində stimulverici amil rolunu oynayır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurları bu günümüzün reallıqlarıdır. Enerji sahəsində əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını daha da genişləndirməsi Azərbaycanın artan rolunun, möhkəmlənən mövqeyinin təqdimatıdır. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində həm iştirakçı, həm də bütövlükdə, dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafının təmin olunması üçün geniş imkanlar yaranır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə diqqəti Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ənənəvi olaraq Bakıda keçirilən görüşlərinin növbəti 7-ci toplantısına yönəldərək bildirib ki, Cənub Qaz Dəhlizi çoxtərəfli əməkdaşlığın başlanğıcı, ən əsası, bu günədək enerji sektorunda görülən işlərin zirvəsi olaraq Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qazandığı nüfuzun təsdiqidir. Siyasi elmlər doktoru bildirib ki, bu layihənin təməli 2014-cü ildə qoyulub. Uğurla və vaxtında icra edilən layihənin rəsmi açılışı 2018-ci ildə baş tutub. Azərbaycan ilk dəfə olaraq belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı əhatə edən layihəyə start verərək, onun təşəbbüskarı olub. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərdi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır.

Baş redaktor diqqətə çatdırıb ki, Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə yanaşı, 2018-ci ilin iyun ayında onun əsas tərkib hissələrindən biri olan TANAP-ın istifadəyə verilməsi dünyanın enerji xəritəsinin yenidən tərtib edilməsi istiqamətində Azərbaycanın təşəbbüslərinin dəstəklənməsi kimi dəyərləndirildi. “Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, bu layihə əməkdaşlıq və qarşılıqlı etimadın uğurudur. Ümumilikdə, Cənub Qaz Dəhlizinin icrası Azərbaycanın zəngin qaz ehtiyatlarının Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılmasına geniş imkanlar açacaq”, - deyən V.Rəhimzadə müstəqilliyin başlıca şərti olan milli təhlükəsizliyin bilavasitə enerji təhlükəsizliyindən asılı olması fikrinin Azərbaycanın timsalında özünün aydın ifadəsini qeyd edib. Onun sözlərinə görə, son illərdə ölkəmizin təşəbbüsü ilə reallaşan möhtəşəm enerji və nəqliyyat layihələri bu həqiqətin təsdiqidir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi iri neft-qaz layihələrinin ardıcılları, Avropanın ən nəhəng enerji layihələri olan TANAP və TAP Azərbaycanın dünyanın enerji gündəmindəki mövqeyini möhkəmləndirir, ölkəmizə regional və beynəlxalq marağı daha da artırır. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın 2020-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdu. Baxmayaraq ki, ötən ildə dünyanın, o cümlədən Azərbaycanın əsas diqqəti koronavirus infeksiyası ilə mübarizəyə yönəlmişdi, yenə də ölkəmiz heç bir layihənin icrasını yarımçıq saxlamadı, uğurlu sonluqla başa çatdırılmasına nail oldu. 2020-ci il dekabrın 31-də TAP-ın istifadəyə verilməsi də bunun təsdiqidir. Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsində önəmi ilə fərqləndiyi kimi, həm də tərəfdaşlar, bütövlükdə Avropa məkanı üçün dostluq, qardaşlıq, əməkdaşlıq körpüsüdür. Cənub Qaz Dəhlizi həm yeni yollar, həm də yeni mənbə layihəsidir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin hər bir toplantısının ötən bir ilin yekunlarının və yeni müəyyənləşdirilən prioritetlərin təqdimatı olduğunu deyən baş redaktor bildirib: “O da məlumdur ki, 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyulduqdan sonra bu toplantıların 2015-ci ildən ənənəvi olaraq keçirilməsinə başlanıb. Bu mənada 7-ci toplantı xüsusilə diqqətçəkəndir ki, artıq Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin də icrası başa çatıb, bu layihənin perspektivləri, qarşıdakı dövrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılır. Uğurlarımız fonunda bu həqiqət də etiraf edilir ki, dünya birliyi üçün böyük əhəmiyyət kəsb edən qlobal layihələrin, beynəlxalq tədbirlərin reallaşması yalnız ən etibarlı və əsas tərəfdaş olan Azərbaycanın iştirakı ilə mümkündür. Regionda dinamik inkişafı ilə liderliyini qoruyan, dünya siyasətinə təsir imkanları getdikcə genişlənən Azərbaycan daim iqtisadi əməkdaşlığın genişləndirilməsinə diqqəti artırır, region və dünya dövlətlərini bir araya gətirmək istiqamətində mühüm təşəbbüslərin müəllifi kimi çıxış edir, bu ideyaların gerçəkləşməsinə nail olur. Enerji layihələrinin müəllifi, istehsalçısı, təchizatçısı, tranzit ölkə kimi də tanınan, neft-qaz kəmərləri şəbəkəsini şaxələndirməklə dənizləri birləşdirən Azərbaycan əldə etdiyi nailiyyətlərə düşünülmüş siyasəti, beynəlxalq hüquq normalarına sadiqliyi ilə nail olur. Qarşılıqlı əməkdaşlığa, maraqlara xidmət edən bütün layihələrə böyük həssaslıqla yanaşan Azərbaycan hər zaman etibarlı tərəfdaş statusunu əməli işi ilə doğruldur”.

Vüqar Rəhimzadə vurğulayıb ki, Cənub Qaz Dəhlizi layihəsi tərəfdaşlarının iştirakı ilə Bakıda keçirilən Məşvərət Şurası çərçivəsində nazirlərin bütün toplantılarında Azərbaycanın səyləri yüksək qiymətləndirilir. Belə ki, ölkəmiz dünya enerji bazarına töhfələr verən və layihələrin şaxələndirilməsində təşəbbüskarlığı ilə fərqlənən tərəfdaş kimi dəyərləndirilir. “Hesab edirəm ki, Cənub Qaz Dəhlizinin icrası Azərbaycanın enerji diplomatiyasının növbəti təntənəsidir. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda şübhəsiz ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması ölkəmizin iqtisadi qüdrətini daha da artıracaq, ölkəyə investisiya axınını gücləndirəcək. Neft-qaz ixracından əldə olunan gəlirlər regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarından irəli gələn tapşırıqların icrasına yönəldilir. Nəzərə alaq ki, İkinci Qarabağ müharibəsində Zəfərimiz Böyük Qayıdışa yol açdı. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işlərinə start verilib. Bu ərazilərin malik olduğu imkanlardan səmərəli istifadə daim öz aktuallığını qoruyan iqtisadiyyatın şaxələndirilməsini daha da sürətləndirəcək”, - deyə baş redaktor vurğulayıb.

 
  • Oxunub:  2130  |  
  • Tarix:  11-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

04 Mart 21:30
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun büro iclası keçirilib
04 Mart 21:05
Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı verib
04 Mart 20:59
Mədəni irsə qarşı terror həyata keçirənlər beynəlxalq səviyyədə qınanmalı və cəzalandırılmalıdır
04 Mart 20:54
Vətən müharibəsində iştirak etmiş ədliyyə işçiləri ilə görüş keçirilib
04 Mart 20:50
Fatma Yıldırım: Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir
04 Mart 19:57
Prezident: Azərbaycan Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
04 Mart 19:51
Prezident İlham Əliyev: Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olub
04 Mart 19:49
Türkiyədə helikopter qəzaya uğrayıb, 9 hərbçi şəhid olub
04 Mart 19:42
İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib
04 Mart 19:31
Azərbaycan Prezidenti: Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini təşviq etməliyik
04 Mart 19:29
Müdafiə Nazirliyi Zəngilan rayonunun Keçikli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
04 Mart 19:27
MDB PA-nın elm və təhsil üzrə daimi komissiyalarının videokonfrans formatında iclasları keçirilib
04 Mart 19:22
Prezident İlham Əliyev Azərbaycanı dəstəklədiklərinə görə Türkiyə, Pakistan və Əfqanıstan liderlərinə təşəkkür edib
04 Mart 19:20
Sevinc Fətəliyeva: Əməkdaşlıq münasibətləri region xalqlarına tədricən daha böyük faydalar gətirəcək
04 Mart 19:17
QMİ sədri Rus Pravoslav kilsəsinin mitropoliti ilə görüşüb
04 Mart 18:55
Prezident İlham Əliyev: Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur
04 Mart 18:28
Dəmir yumruğun yaratdığı yeni reallıqlar
04 Mart 18:14
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydalarında dəyişiklik edilib
04 Mart 18:12
Milli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilib
04 Mart 18:09
Gömrük Komitəsində ötən ilin yekunlarına dair mətbuat konfransı keçirilib
04 Mart 17:54
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
04 Mart 17:33
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi
04 Mart 17:19
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri şəhid ailələrini ziyarət ediblər
04 Mart 17:17
Azərbaycanda koronavirusdan 124 nəfər sağalıb, 314 yeni yoluxma faktı qeydə alınıb
04 Mart 17:12
Prezident Rəcəb Tayyib Ərdoğan: Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik
04 Mart 17:07
İşğaldan azad olunmuş ərazilərin bərpası üçün bütün imkanlar səfərbər olunacaq
04 Mart 16:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib
04 Mart 16:09
Azərbaycanla Qazaxıstanın KOB subyektlərinin əməkdaşlıq imkanları müzakirə edilib
04 Mart 16:06
Venera planetində tədqiqat aparmaq üçün kosmik stansiya yaradılacaq
04 Mart 16:03
Bu gün dünyada multikulturalizmin və birgə yaşamaya əsaslanan humanist ideyaların alternativi yoxdur
04 Mart 15:54
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub
04 Mart 15:51
Azərbaycan regionda sülhün təminatçısıdır
04 Mart 15:49
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
04 Mart 15:45
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Orta Asiyadan Türkiyəyə yükdaşımalar artıb
04 Mart 15:43
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi potansial çox yüksəkdir
04 Mart 15:37
Davamlı sülh ümumbəşəri sosial-siyasi
04 Mart 15:20
Alman şirkətləri Azərbaycanda dəmir yolu layihələrinə investisiya yatırmaqda maraqlıdır
04 Mart 15:15
Bu gün “OPEC+” ölkələrinin nazirlərinin 14-cü iclası olacaq
04 Mart 15:13
Azərbaycan sülh, əməkdaşlıq, tolerantlıq və multikulturalizm ölkəsi kimi dünya ölkələrinə nümunədir
04 Mart 15:00
Bahar Muradova: Qadınlarımız bütün imkanları, qüvvə və bacarıqları ilə kişilərlə bərabər, çiyin-çiyinə çalışırlar
04 Mart 14:59
Hicran Hüseynova: Ölkəmizdə qadına, onun cəmiyyətdə özünə yer tapmasına böyük diqqət göstərilir
04 Mart 14:56
Koronavirus pandemiyasına qarşı psixoloji cəhətdən ən dözümlü insanlar müəyyən edilib
04 Mart 14:49
Birgəyaşayışın Azərbaycan modeli dünya üçün nümunədir
04 Mart 14:46
Ceyhun Bayramovun Antonio Quterreşə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
04 Mart 14:44
Antonio Quterreş: son 30 ildə 420 milyon hektardan artıq meşə sahəsi itirilib
04 Mart 14:21
Türkiyəyə səfər edəcək şəxslərdən COVID-19 testi ilə bağlı tələbin müddəti uzadılıb
04 Mart 14:20
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək
04 Mart 14:06
İdmanın inkişafında və təbliğində xidmətləri olan 39 nəfərə fəxri adlar verilib
04 Mart 13:45
“Buta Airways” Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə bilet satışına başlayır
04 Mart 13:43
Çinin “Tyanven-1” kosmik aparatı Mars orbitindən yeni fotoşəkillər göndərib
04 Mart 12:46
Magistraturaya qəbul imtahanının nəticələri ilə bağlı statistik göstəricilər açıqlanıb
04 Mart 12:39
Ali Məhkəmənin yeni formatda hazırlanmış illik hesabatları internet səhifəsində yerləşdirilib
04 Mart 12:36
Tovuz “ASAN Həyat” kompleksi - 1 il
04 Mart 12:34
Komitə sədri: Son 3 ildə gömrük orqanları tərəfindən 4,6 ton narkotik vasitə aşkarlanıb
04 Mart 12:27
Azərbaycan Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib
04 Mart 11:49
Daha 27 müəssisədən Rusiya Federasiyasına pomidor və alma ixracına icazə verilib
04 Mart 11:47
Müdafiə Nazirliyi Füzuli rayonunun Qaradağlı kəndinin videogörüntülərini yayıb - VİDEO
04 Mart 11:46
Səfər Mehdiyev: Ötən il idxalın 59 faizi gömrük rüsumundan azad edilib
04 Mart 11:43
Azərbaycan-Qətər biznes görüşü təşkil olunub
04 Mart 11:38
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş iclas keçirilib
04 Mart 11:30
Anar Kərimov: Bizim bugünkü əsas vəzifəmiz Şuşamızın Azərbaycan mədəniyyətindəki rolunu bərpa etməkdir
04 Mart 11:28
Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq genişləndirilir
04 Mart 11:27
Martın 3-də 24 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib
04 Mart 11:26
Paytaxtın məktəb direktorları ilə onlayn görüş
04 Mart 11:22
Martın 8-də ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
04 Mart 08:46
Ermənistanda siyasi böhran dərinləşir
04 Mart 08:45
“Koronavirus pandemiyasının üçüncü dalğasının olmaması üçün mütləq peyvənd vurdurmalıyıq”
04 Mart 08:42
Qənimət Zahidin məyusluqdan doğan hikkəsi...
03 Mart 22:16
MOK-da "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib
03 Mart 22:08
Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Topqapı sarayını ziyarət edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA