Yaxın vaxtlarda region ölkələrinə səfər çərçivəsində Azərbaycana gedəcəyəm. Azərbaycan bizim strateji tərəfdaşımızdır və ortaq maraqlarımıza xidmət edən bir sıra vacib layihələrimiz var.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bu gün keçirdiyi brifinqdə söyləyib.
Onun sözlərinə görə, Gürcüstan üçün geosiyasi layihələrin stimullaşdırılması çox önəmlidir. Qonşu ölkələrə səfərlər zamanı iqtisadi diplomatiya ilə bağlı məsələlər əsas müzakirə mövzusu olacaq. Bu səfərlər çərçivəsində Gürcüstan üçün vacib olan geosiyasi layihələr, ölkəyə əlavə yüklərin cəlb olunması məsələləri də nəzərdən keçiriləcək.
D.Zalkaliani regional infrastruktur layihələrinə də toxunub: “Gürcüstan infrastruktur layihələrin reallaşdırılması, kommunikasiyaların inkişafı, həmçinin sualtı fiber-optik kabellərin çəkilməsi ilə bağlı Amerika, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələri, eləcə də Türkiyə və Azərbaycan ilə fəal iş aparır.
Nazir deyib: “Gürcüstan strateji tərəfdaşlarımız olan Türkiyə və Azərbaycanla çox fəal iş aparır. Biz bu iki ölkə ilə əhəmiyyətli geostrateji layihələrdə iştirak edirik”.
- Oxunub: 2130 |
- Tarix: 11-02-2021 |
-
Çap et |