Fevralın 11-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mediatur zamanı məktəbin komandanlığı ilə görüş keçirilib. Görüşdə məktəbin yaranma tarixi, təlim-tədris prosesi və fəaliyyətlərinə dair ətraflı məlumat verilib.
Hərbi təhsil müəssisəsində jurnalistlər məişət şəraiti, hərbi və fiziki hazırlıq bazası, o cümlədən müxtəlif fakültələrində tədris prosesi, maddi-texniki vasitələr və hərbi təyinatlı digər avadanlıqla da tanış olublar.
Sonda media nümayəndələri kursantlarla birgə nahar ediblər.
- Oxunub: 2130 |
- Tarix: 11-02-2021 |
-
Çap et |