Ana səhifə »  Xəbər lenti »  Jalə Əliyeva: Azərbaycan parlamenti ötən bir il ərzində dinamizmi, məhsuldar fəaliyyəti ilə diqqəti cəlb edir
A+   Yenilə  A-
Jalə Əliyeva: Azərbaycan parlamenti ötən bir il ərzində dinamizmi, məhsuldar fəaliyyəti ilə diqqəti cəlb edir

Milli Məclisə sonuncu seçkilərin keçirilməsindən bir il ötdü. Həmin vaxt parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi ilə bağlı gətirilən arqumentlər tam əsaslı idi və yeni dövrün ruhundan qaynaqlanırdı. Yeniləşən, dəyişən, daha da inkişaf edən Azərbaycana yeni ruhlu, ölkədəki dəyişikliklərə vaxtında, məqamında cavab verəcək bir ali qanunverici orqan lazım idi. Təbii ki, ötən çağırış parlament və onun üzvü olan millət vəkilləri də öz üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlmiş, müstəqil Azərbaycanın inkişafında, möhkəmləndirilməsində öz sözünü demişdilər. Amma dövr, zaman, baxış, yanaşma, çağırışlar, tələblər və tələbatlar dəyişdiyi kimi, buna uyğun, buna cavab verəcək bir parlamentə də ehtiyac duyulurdu.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bildirib.

Jalə Əliyeva deyib: “Beləliklə, ötən ilin 9 fevral tarixində növbəti dəfə çoxpartiyalılıq əsasında, cəmiyyətin bütün spektrlərinin, bütün kəsimlərinin iştirakı ilə parlament seçkiləri keçirildi və bu, Azərbaycanın demokratiyaya doğru irəliləməsində daha bir addım oldu. Düzdür, seçkilərlə bağlı müəyyən fikirlər də oldu ki, bunlar da təbii idi. Çünki proses varsa, ona yanaşmalar da müxtəlif olacaq və olmalıdır, demokratiyanın əsas şərtlərindən biri də elə budur. Hamı eyni fikirdə, eyni düşüncədə ola bilməz. Amma bütün hallarda seçkilər ədalətli və demokratik mühitdə keçirildi və baş tutdu. Yeni tərkibli parlamentin formalaşdırılması mümkün oldu. Martın 10-da isə ölkə Prezident İlham Əliyevin iştirakı ilə yeni tərkibli 6-cı çağırış Milli Məclisin ilk açılış iclası keçirildi. Açılış iclasında ölkə Prezidentinin geniş məzmunlu, çox əhatəli, tarixi çıxışı oldu. Bir daha Azərbaycan cəmiyyətinə çağırış edildi, ölkədəki milli barışığın, milli həmrəyliyin davamı kimi siyasi həmrəyliyin, siyasi barışığın da vacibliyinə diqqət çəkildi, daha bir Azərbaycan nümunəsi ortaya qoyuldu. Bunun da nəticəsi olaraq parlamentin rəhbərliyi, komitə rəhbərləri-sədr və sədr müavinləri Milli Məclisdə təmsil olunan bütün siyasi qüvvələrin təmsilçiliyi ilə formalaşdırıldı. Müxalifət təmsilçisi ilk dəfə parlament rəhbərliyində təmsil olundu. Ən əsas məqamlardan biri - son 29-30 ildə ilk dəfə olaraq parlamentin sədri vəzifəsinə xanım parlamentari, 4 və 5-ci çağırış Milli Məclisin üzvü olmuş Sahibə Qafarova seçildi. Parlamentin rəhbərliyinin, onun komitələrinin formalaşdırılmasındakı yenilik, dəyişiklik, yeni yanaşma özü ilk andaca özünü doğrultdu. Parlamentdə əsl canlılıq, dinamizm, hərəkətlilik, kimliyindən asılı olmayaraq, hər kəsə eyni münasibət özünü büruzə verdi. Hər bir millət vəkilinə öz fikrini, öz mövqeyini çatdıra bilməsi üçün hər cür şərait yaradıldı, heç kimin sözü, çıxışı yarımçıq dayandırılmadı, əksinə, hər kəsə əlavə vaxt verildi. Xüsusilə də yeni seçilmiş, ilk dəfə mandat qazanmış millət vəkillərinə özlərini ifadə edə bilmələri üçün hər cür imkan yaradıldı. Burada da təbii ki, spiker kimi Sahibə Qafarovanın demokratik idarəçiliyi müstəsna rol oynadı və oynamaqdadır.

Çox təəssüflər olsun ki, 6-cı çağırış parlamentin fəaliyyətə başlaması ilə dünyada yaşanan koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi və bu da nəticə etibarilə Milli Məclisin fəaliyyətinə müəyyən təsirlər göstərdi. Xüsusilə, komitə iclasları ilk dəfə olaraq onlayn şəkildə keçirilməyə başlandı. Ancaq bütün bunlara, müəyyən fasilələrə, uzanmalara baxmayaraq, həm parlament, həm də parlamentarilər öz üzərlərinə düşən vəzifələrin öhdəsindən gələ bildilər, koronavirus pandemiyasının zərərlərinin minimuma endirilməsi, insanlara dəstək olunması istiqamətində ölkə başçısının mütəmadi təşəbbüsləri ilə bir çox qanunlara, məcəllələrə çox mühüm və önəmli dəyişikliklər edildi. Eyni zamanda, koronavirusdan qorunmaq üçün ölkə vətəndaşlarına dəfələrlə çağırışlar edildi, hər bir millət vəkili həmin çətin günlərdə öz seçiçilərinin yanında olmağa çalışdı…

Xüsusilə, parlamentin payız sessiyası ölkəmiz, bəlkə də dünyamız üçün ən mühüm hadisə ilə bir vaxta üst-üstə düşdü. Belə ki, payız sessiyasının başlanmasına sayılı günlər qaldığı bir vaxtda Prezident, Müzəffər Ali Baş Komandanın, Qalib Sərkərdə İlham Əliyevin əmri ilə Azərbaycan Ordusuna döyüş, “vur” əmri verildi, tarixi Vətən müharibəsi başladı. Müharibənin ilk günü, payız sessiyasından 3 gün öncə Milli Məclis xüsusi iclas çağıraraq ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı qərar layihəsini qəbul etdi. Həmin qərar layihəsi imzalanaraq hüquqi qüvvəsinə mindi.

Beləliklə, 44 günlük Vətən müharibəsi dönəmində də parlament və parlamentarilər öz üzərlərinə düşən missiyanın öhdəsindən layiqincə gəlməyə çalışdı və deyərdim ki, buna da nail oldu. Hər bir millət vəkili də Vətəninin əsgərinə, müsəlləh bir əsgərə çevrildi, xalqının, seçicisinin, dövlətinin yanında oldu, Qələbəmiz üçün öz mənəvi, siyasi, hüquqi dəstəyini əsirgəmədi. Bəli, cəmi 44 günə 32 illik münaqişəyə son qoyuldu. Bu münaqişəyə Zəfərlə son qoyduq. Tarixə 44 günlük Zəfər dastanı yazdıq. Çox qürurvericidir ki, məhz 6-cı çağırış parlamentin üzvləri Zəfər və Qələbə dastanının yazılmasının canlı şahidləri və iştirakçıları oldular. 6-cı çağırış parlament həm də Qələbə və Zəfər parlamentidir!

Vətən müharibəsi ilə əlaqədar parlamentin iş rejimində də müəyyən dəyişikliklər baş verdi, büdcə müzakirələri bir az ləngidi. Ancaq buna baxmayaraq, ötən ilin sonlarına yaxın, payız sessiyasının son iclaslarında 2021-ci ilin dövlət büdcəsi hərtərəfli müzakirələrdən keçirilərək qəbul olundu, belə demək mümkünsə, Azərbaycanın Qələbə, Zəfər büdcəsi qəbul edildi.

Artıq həm parlament seçkilərindən, həm də yeni tərkibli parlamentin fəaliyyətə başlamasından bir il vaxt keçir. 6-cı çağırış parlamentin ikinci ili başlayıb, bir neçə gün öncə yaz sessiyasının ilk iclası keçirildi. Bu bir il ərzində çox mühüm qanun layihələri müzakirələrdən keçirilərək qəbul olunub, millət vəkillərinin ölkəmizin inkişafı, qanunvericiliyimizin təkmilləşdirilməsi ilə bağlı çox mühüm və dəyərli çıxışları, təklifləri olub. Təbii ki, qanunvericilik bazasının təkmilləşdirilməsində, qanun yaradıcılığı prosesində də həmin təkliflərdən zaman-zaman istifadə olunacaq, necə ki, indiyə qədər də bu praktika özünü göstərib.

Bəli, özünün ikinci ilini yaşayan parlamenti ölkəmiz, dövlətimiz kimi, çox böyük işlər, hədəflər gözləyir. Ölkəmiz artıq Qarabağın, işğaldan azad olunmuş yurd yerlərimizin bərpası, tərəqqisi, dirçəldilməsi prosesinə start verib. Bu, çox vaxt tələb edən bir dövr, prosesdir, həm də şərəfli bir missiyadır. Nə xoşbəxt insanlarıq, nə xoşbəxt şanlı millət vəkilləriyik ki, bizlər də bu prosesi yaxından izləyirik, bizlər də onun canlı iştirakçısıyıq. Bəli, bu hədəflərə çatmaqda da millət vəkillərinin, parlamentin üzərinə böyük vəzifələr düşür və inanıram ki, bu prosesdə də əməyimiz, zəhmətimiz olacaq.

Azərbaycan bu günə kimi hər zaman mümkün olmayanları belə mümkün etdi, necə ki, Qarabağın işğaldan azad edilməsi çoxlarına fantaziya, yuxu kimi gəlirdi. Amma biz bunu da etdik, bunu da bacardı, öz liderimizlə, öz Ordumuzla, öz əsgərimizlə etdik. Öz gücümüzlə, öz həmrəyliyimizlə, öz milli birliyimizlə Qarabağımıza, Qarabağlı Azərbaycanımıza qovuşduq. Bunu da bacaracağıq, bunu da edəcəyik. Qarabağımızı, mədəniyyət paytaxtımız Şuşamızı da yenidən bərpa edəcəyik, yenidən öz ayaqları üstünə qaldıracağıq, yenidən dirçəldəcəyik, yenidən cənnət məkana çevirəcəyik. Bacardıq, bacarırıq, bacaracağıq!”

 
  • Oxunub:  2220  |  
  • Tarix:  11-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

01 Mart 21:32
BMT və Azərbaycan hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb
01 Mart 21:26
Prezident İlham Əliyev dünya siyasi elitasının nüfuzlu nümayəndələrindən biri olduğunu bir daha sübut etdi
01 Mart 21:25
Mühsin Rezayi: Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq hərbi əməliyyatlar aparıb öz torpaqlarını geri qaytardı
01 Mart 21:21
“YAŞAT” Fondunun təşəbbüsü ilə İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib
01 Mart 21:18
Valentina Matviyenko: Rusiya Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata əməl etməsinə ümid edir
01 Mart 20:55
Hulusi Kılıç: Azərbaycan Prezidentinin mətbuat konfransındakı fikirləri regionun inkişafı naminə edilmiş çağırışlardır
01 Mart 20:52
Azərbaycan Prezidenti mətbuat konfransında bir çox aktual məsələlərə aydınlıq gətirdi
01 Mart 20:44
Prezident İlham Əliyevin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından mühüm önəm kəsb edir
01 Mart 19:26
Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
01 Mart 19:25
Şəhid ailələri və müharibə əlilləri ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub
01 Mart 19:20
Azərbaycan nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını ziyarət edib
01 Mart 18:56
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb
01 Mart 18:36
Gürcüstanlı jurnalist: Müharibənin izləri bizi çox təsirləndirdi
01 Mart 18:32
Alimlər ömrü uzatmağın və sağalmaz xəstəliyin qarşısını almağın yollarını tapıblar
01 Mart 18:10
Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib
01 Mart 17:59
Azərbaycan Milli Kitabxanasının direktoru Türkiyə Milli Kitabxanasında görüş keçirib
01 Mart 17:54
Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub
01 Mart 17:52
Deputat: Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur
01 Mart 17:52
Prezidentin son mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq
01 Mart 17:50
“Buta Airways” Tbilisiyə uçuşlara başlayır
01 Mart 17:43
Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb
01 Mart 17:38
İqor Korotçenko: Dövlət Dumasının yeni tərkibi Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması təşəbbüsünü irəli sürə bilər
01 Mart 17:23
Vüqar Seyidov: Prezident İlham Əliyev kimi Lideri olan xalq xoşbəxtdir
01 Mart 17:16
Azərbaycanda koronavirusdan 71 nəfər sağalıb, 125 yeni yoluxma faktı qeydə alınıb
01 Mart 17:10
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər
01 Mart 16:53
QDİƏT-nin Parlament Məclisinin reqlament üzrə işçi qrupunun iclas keçirilib
01 Mart 16:37
Malik Həsənov: Mətbuat konfransı Azərbaycanın Vətən müharibəsindən sonra beynəlxalq aləmdə artan rolunun təqdimatı oldu
01 Mart 16:24
YAP Ağdaş rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib
01 Mart 16:16
Əliabbas Salahzadə: Möhtərəm Prezidentimiz Ermənistana yeni reallıqlarla barışmaq mesajını ünvanladı
01 Mart 16:10
YAP Şəmkir rayon təşkilatı İdarə Heyətinin növbəti iclası keçirilib
01 Mart 16:03
Hikmət Babaoğlu: Prezident İlham Əliyevin mətbuat konfransı bir sıra ilklərlə yadda qaldı
01 Mart 15:55
KOBİA-nın ötənilki fəaliyyətinə dair brifinq keçirilib
01 Mart 15:55
Prezident İlham Əliyevin mətbuat konfransı informasiya cəbhəsində mövqelərimizin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir
01 Mart 15:52
Yerdə maqnit qasırğası başlayıb
01 Mart 15:45
Məhkəmə fəaliyyəti təkmilləşdirilir
01 Mart 15:44
Minaatan batareyaları döyüş atışlı təlim məşqlərinin növbəti mərhələsini icra edib
01 Mart 15:42
Gürcüstanda koronavirusla bağlı bəzi məhdudiyyətlər bu gündən aradan qaldırılıb
01 Mart 15:25
Yaz ağac əkininə start verilir
01 Mart 15:22
Məktəblilər Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı məlumatlandırılır
01 Mart 15:12
Respublika Veteranlar Təşkilatında Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüş keçirilib
01 Mart 14:57
“Xankəndiyə, Laçına, Xocalıya da gedəcəyik, səbrlə gözləyək” - MÜSAHİBƏ
01 Mart 14:53
İran-Azərbaycan əlaqələri yüksən səviyyədədir və bu münasibətlər daha da inkişaf etdiriləcək
01 Mart 14:39
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidinin ailəsini ziyarət ediblər
01 Mart 14:35
Dünya mediasını heyran qoyan lider
01 Mart 14:19
Paşinyanın əleyhdarları hökumət binasına soxulublar
01 Mart 14:17
Ankara şəhərində Azərbaycan-Türkiyə birinci birgə Mədəniyyət Komissiyanın iclası keçirilib
01 Mart 14:02
Prezident İlham Əliyevin mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması baxımından çox uğurlu oldu
01 Mart 13:52
Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir
01 Mart 13:33
“Asiya-Avropa dəhlizində Azərbaycanın rolu” mövzusunda vebinar təşkil olunub
01 Mart 13:31
Martın ilk günlərində hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir
01 Mart 13:30
Qələbə əzmini tarixə yazmış Azərbaycan xalqı...
01 Mart 13:29
İki şahmatçımız FIDE-nin reytinq siyahısında ilk onluqda qərarlaşıb
01 Mart 13:22
Mənəvi normalara əsaslanan siyasət
01 Mart 13:03
İtaliyalı oxuculara Xocalı soyqırımı ilə bağlı məlumat verilib
01 Mart 12:42
“Ukrayna 24” telekanalı Azərbaycan Prezidentinin mətbuat konfransı və işğaldan azad olunan ərazilərimiz barədə xüsusi reportaj yayımlayıb
01 Mart 12:38
BTQ ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb
01 Mart 12:31
Azərbaycan qalib dövlət kimi yeni hədəflərə doğru inamlı addımlar atır
01 Mart 12:30
YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin üzvləri ağacəkmə aksiyasında iştirak ediblər
01 Mart 12:16
Azərbaycan Prezidenti mətbuat konfransında səsləndirdiyi fikirlərlə insan hüquqlarına prioritet istiqamət kimi yanaşdığını bütün dünyaya göstərdi
01 Mart 12:13
Şəhid ailələrinə qayğı dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir
01 Mart 12:09
Türkiyə səfirliyinin əməkdaşı Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə tanış olub
01 Mart 12:02
Tarix yazmış Azərbaycan xalqı
01 Mart 11:42
Orxan Məmmədov: Bu il ölkə üzrə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi planlaşdırılır
01 Mart 11:40
Baş infeksionist immun sistemini gücləndirməyə kömək edəcək tövsiyələri açıqlayıb
01 Mart 11:33
Yaxın günlərdə Yevlaxda KOB evi açılacaq
01 Mart 11:30
DİN avtomobillərini tekniki baxışdan keçirməyən sürücülərə müraciət edib
01 Mart 11:26
“YAŞAT” daha 10 qazini Türkiyəyə müalicəyə göndərib
01 Mart 11:25
Ötən il KOBİA-ya 3187 vətəndaş müraciəti daxil olub
01 Mart 11:23
Gürcüstanlı jurnalist: İlk dəfədir yox edilmiş şəhərlər görürəm, bu, barbarlıqdır
01 Mart 11:22
Dünyada baş verən hadisələrin təhlili radikalizm, ekstremizm və terrorizmin qlobal təhlükəsizliyi təhdid edən amillərdən birinə çevrildiyini göstərir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA