Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, agentliyin əməkdaşları tərəfindən Quba və Xaçmaz rayonlarının ərazisində yerləşən ictimai iaşə müəssisələrində reydlər keçirilib.
Yoxlama zamanı ictimai iaşə müəssisələrində Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydalara əməl olunmaması və qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb, eyni zamanda, sahibkarlıq subyektlərinə pandemiya dövrünün tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
AQTA paytaxt Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqləri bundan sonra da davam etdirəcək və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə qanunvericiliyin tələləri çərçivəsində ən sərt tədbirlər görüləcək.
- Oxunub: 2340 |
- Tarix: 11-02-2021 |
-
Çap et |