“Brent” markalı xam neftin qiyməti ilin sonuna kimi 70 dollar/barrelə çata bilər.
AZƏRTAC xəbər verir ki, bu proqnozla ABŞ-ın üçüncü böyük bankı olan “Citigroup” çıxış edib.
Qeyd edək ki, neft qiymətləri son 2 ilin ən böyük artım tempini nümayiş etdirib. Belə ki, fyuçers müqavilələrində 2019-cu ilin fevral ayından bəri ən artım seriyası qeydə alınıb.
Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 61 dollardan, “Light” markalı xam neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 58 dollardan baha satılır.
- Oxunub: 1800 |
- Tarix: 11-02-2021 |
-
Çap et |