Ana səhifə »  Xəbər lenti »  Ac toyuq yuxusunda darı görər
A+   Yenilə  A-
Ac toyuq yuxusunda darı görər

Yaxud Əli Kərimlinin gerçəkləşməyən xaos və qarşıdurma arzusu
Azərbaycanda radikal müxalifətin antimilli fəaliyyəti cəmiyyətə məlum olan gerçəklikdir. Belə ki, indiyə qədər müxtəlif adlar altında fəaliyyət göstərən radikal düşərgənin mənsublarının məqsədi yalnız Azərbaycanın inkişafını əngəlləyən addımlar atmaq olub. İndiki antimilli şura və orada birləşən ünsürlər də məhz həmin “ənənə”ni davam etdirməklə məşğuldurlar. Fəaliyyətlərini yalnız sosial şəbəkələr üzərində quran “beşinci kolon” - radikallar Azərbaycana qarşı xəyanətkar mövqe sərgiləməkdən usanmırlar. Əslində, burada təəccüblü bir şey də yoxdur. Çünki onların əsas məqsəd və məramı da bundan ibarətdir.
Bu günlərdə AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdə “Azərbaycan hakimiyyəti cəmiyyətlə qarşıdurma siyasətindən əl çəkməlidir” deməsi də bunun göstəricisidir. Əlbəttə, bu sözlər cəmiyyətdə yalnız gülüş doğura bilər. Çünki hakimiyyətlə cəmiyyət arasında qarşıdurma yox, sıx birlik mövcuddur. Amma görünən odur ki, iqtidarla cəmiyyətin arasında qarşıdurmanın olması Ə.Kərimlinin ən böyük arzularından biridir. Onun təmsil olunduğu “beşinci kolon”un ötən illərdəki fəaliyyəti məhz bu məqsədə yönəlmişdi. Onların niyyəti ölkədə qarşıdurma, xaos yaratmaq və ictimai-siyasi sabitliyi pozmaqdan ibarətdir. Hətta bütün dünyanın, o cümlədən ölkəmizin koronavirus bəlası ilə üz-üzə qaldığı çətin məqamlarda radikallar bu faktdan öz siyasi maraqları üçün istifadə etməyə çalışıblar. Neftin qiyməti dünya bazarında aşağı düşəndə isə bu düşərgənin mənsublarının sevinci yerə-göyə sığmırdı. Güman edirdilər ki, neftin qiymətinin aşağı düşməsi respublikamızın iqtisadi tənəzzülünə səbəb olacaq.
Radikalların məqsədlərindən biri də ölkədə siyasi dialoq mühitinə zərbə vurmaq olub. Amma Azərbaycanda ötən illər ərzində həyata keçirilən uğurlu siyasət və davamlı islahatlar bu sahədə də öz müsbət nəticəsini verməkdədir. Belə ki, məhz reallaşdırılan islahatlar nəticəsində ölkədə siyasi dialoqun və siyasi münasibətlərin inkişafında yeni mərhələ başlayıb. Bu amil Azərbaycanda vətəndaş həmrəyliyinin və milli birliyin güclənməsində də vacib rol oynayır. Ötən ilin fevral ayında keçirilmiş parlament seçkilərindən sonra Milli Məclisin rəhbər strukturlarında müxalifət partiyalarının nümayəndələrinin təmsil olunması, iqtidar nümayəndələri ilə partiya rəhbərlərinin mütəmadi olaraq görüşü və digər addımlar siyasi münasibətlərin əyani ifadəsidir. Bu islahatlar ölkədə milli birliyin güclənməsinə əhəmiyyətli təsir göstərib.
Ötən il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq ordumuz əks-hücum əməliyyatlarına başlayarkən ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti, 50 partiya rəhbəri birgə bəyanat imzalayaraq Ali Baş Komandana və Ordumuza birmənalı dəstəyini ifadə etdi. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində bu siyasi partiyalar prinsipial, vahid mövqelərini nümayiş etdirdilər. Nəinki siyasi partiyalar, bütün cəmiyyətimiz dövlətimizin başçısı ilə sıx birlik nümayiş etdirdi. Təəssüflə qeyd etmək lazımdır ki, radikal mövqedə olan partiyalar bu ümummilli məsələdə həmrəylik nümayiş etdirmədi, siyasi partiyaların birgə bəyanatına qoşulmadılar. Bu fakt onların qaranlıq, məkrli xislətini bir daha ortaya qoydu. 44 günlük Vətən müharibəsinin gedişi zamanı Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuzun döyüş meydanında möhtəşəm qələbələr qazanmasını radikallar böyük məyusluqla izləyirdilər. 10 noyabr razılaşmasından sonra isə onlar yenə də əvvəlki xislətlərini nümayiş etdirməyə başlayıblar. “Beşinci kolon” hər vəchlə şəhidlərimizin qanı hesabına qazanılan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa çalışır.
Göründüyü kimi, Əli Kərimli və dağıdıcı düşərgənin digər təmsilçiləri ölkəmizdəki güclü milli həmrəylikdən, xalq-iqtidar birliyindən çox narahatdırlar. Başqa sözlə, ac toyuq yuxusunda darı gördüyü kimi, radikal düşərgə də ölkəmizdə xaos yaranmasını arzu edir, xam xəyallar qurur. Və qara piar kampaniyası vasitəsilə ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışırlar. Amma həmişə olduğu kimi, yenə də bu niyyətləri iflasa uğrayacaq.
N.BAYRAMLI

 
  • Oxunub:  5040  |  
  • Tarix:  11-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

07 Mart 16:42
Müdafiə Nazirliyi Ağdam rayonunun Suma kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 16:35
Azərbaycanda sutka ərzində koronavirusa 403 nəfər yoluxub
07 Mart 14:27
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
07 Mart 14:17
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir
07 Mart 13:17
YAP sözün əsl mənasında ümumxalq partiyasıdır
07 Mart 12:46
Sevinc Fətəliyeva: Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisədir
07 Mart 11:16
Müdafiə Nazirliyi Füzuli rayonunun Qarakollu kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 11:07
Ülviyyə Həmzəyeva: Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinə qədəm qoyub
07 Mart 11:01
Müzəffər Azərbaycan Ordusu tarix yazdı
07 Mart 10:55
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19 peyvəndinə bərabər çıxışın təmin olunmasına dair sənəd qəbul olunub
07 Mart 10:50
6 siyasi partiyanın YAP-a qoşulmaq təşəbbüsü milli həmrəylik müstəvisində qiymətləndirilməlidir
06 Mart 22:31
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar
06 Mart 22:21
Erməni vandalları Azərbaycanın təbiətinə ciddi ziyan vurub, ekoloji terror törədiblər
06 Mart 22:14
Diplomatik korpusun rəhbərləri Qubadlı rayonuna səfər ediblər
06 Mart 21:56
Azərbaycan Prezidentinin prinsipial mövqeyi hərb və diplomatiya meydanında olduğu kimi, informasiya məkanında da uğurlarımızı şərtləndirirdi
06 Mart 20:50
"Bu zəfər bütün türk dünyasının qələbəsidir"
06 Mart 18:58
YAP zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş partiyadır
06 Mart 18:10
Deputat: Altı siyasi partiyanın YAP-a qoşulması milli və siyasi həmrəyliyin nümunəsidir
06 Mart 18:02
Rüstəm Orucov cüdo üzrə “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
06 Mart 17:57
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Azərbaycanda və regionda yaranmış yeni reallıqlarla bağlıdır
06 Mart 17:54
Azərbaycanda sutka ərzində koronavirusa 353 nəfər yoluxub
06 Mart 17:53
Mövlud Çavuşoğlu: Türkmənistan, Azərbaycan və Türkiyə İpək yolunun canlandırılmasında aparıcı rol oynayır
06 Mart 16:38
Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib
06 Mart 16:35
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa böyük önəm verir
06 Mart 16:30
YAP-ın qurultayı ölkəmizdə yaranan milli birlik və həmrəyliyin təzahürüdür
06 Mart 16:21
Ali Məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiqi məqsədilə elan verilib
06 Mart 16:19
Türkiyənin xarici işlər naziri Türkmənistanda səfərdədir
06 Mart 16:17
Misir portalı Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş rayonlara səfərindən yazıb
06 Mart 16:15
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
06 Mart 16:09
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb
06 Mart 15:28
Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirir

06 Mart 15:03
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib

06 Mart 14:43
Deputat: “Prezidentin məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi”
06 Mart 13:55
Vətən müharibəsində Qələbə Azərbaycan qadınının gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etdiyini təsdiqlədi
06 Mart 13:21
Prezident Rəcəb Tayyib Ərdoğan 2021-ci ili Türkiyədə “Məhməd Akif və İstiqlal marşı ili” elan edib
06 Mart 12:53
Tacikistan portalı Ermənistanın üçtərəfli Bəyanata zidd əməlindən yazır
06 Mart 12:52
Britaniyanın “The Telegraph” saytı: Azərbaycanlılar Qarabağa qayıtmağı səbirsizliklə gözləyirlər
06 Mart 12:51
Qubadlı rayonu ərazisində DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb
06 Mart 12:48
Azərbaycan islami dəyərlərin və türk dünyasının maraqlarının təmin olunduğu beynəlxalq məkandır
06 Mart 12:09
Liviyanin müvəqqəti işlər vəkili: Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur
06 Mart 12:08
Müdafiə Nazirliyi Zəngilan rayonunun Qaradərə kəndinin videogörüntülərini yayıb - VİDEO
06 Mart 11:38
Xarici diplomatlar və hərbi attaşelər Füzuli rayonunun işğaldan azad olunmuş Merdinli kəndində olublar
06 Mart 11:33
YAP ümumxalq partiyası olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir
06 Mart 11:31
Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
06 Mart 10:47
Sabah ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində oxuyan şagirdlər üçün buraxılış imtahanı keçiriləcək
06 Mart 10:42
“Qardaşlığımızı dünyaya göstərdik”
06 Mart 10:38
“Pakistan Beynəlxalq Hava Yolları” Bakıya birbaşa aviareyslərə başlayır
06 Mart 10:37
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfəri başlayıb
06 Mart 09:24
“France 24” televiziya kanalı Qarabağda aparılan quruculuq işlərinə dair reportaj yayımlayıb
06 Mart 09:20
Regional və qlobal layihələr İƏT üzvləri başda olmaqla Azərbaycanı bölgənin cazibədar iqtisadi imkanlar məkanına çevirib
06 Mart 09:10
Azərbaycan tolerant və multikultural ölkədir
06 Mart 08:49
Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Qubadlı və Laçın rayonlarına səfəri təşkil edilib
05 Mart 21:11
Prezident: Böyük Qayıdış proqramı icra olunanda ilk növbədə, ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
05 Mart 20:42
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
05 Mart 20:40
Özbəkistandan Bakı-Tbilisi-Qars dəmir yolu ilə 40 konteyner yola salınıb
05 Mart 20:36
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb
05 Mart 20:27
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
05 Mart 19:57
Prezident: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
05 Mart 19:56
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
05 Mart 19:50
Canfranko Ravazi: Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın dinlərarası dialoq prizmasından bütün dünyaya nümunə olacağına inanıram
05 Mart 19:50
Azərbaycan daimi nümayəndəliyi Ermənistanın qanunsuz və təxribatçı fəaliyyətlərinə son qoyulması ilə bağlı UNESCO-ya çağırış edib
05 Mart 19:34
Prezident İlham Əliyev: Biz qonşularımızla dostluq münasibətləri qurmasaydıq İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi
05 Mart 19:32
Bakıda dünyada ilk tanker-muzey fəaliyyətə başlayır - VİDEO
05 Mart 19:28
Texniki Universitetdə tədbir: Azərbaycan qadını - həyatın əbədi gözəlliyi
05 Mart 19:19
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir
05 Mart 19:16
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının “İş yerlərində gender müxtəlifliyi” layihəsinə dair memorandum imzalanıb
05 Mart 18:56
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 Mart 18:54
Azərbaycanın tarixi Qələbəsi İƏT çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün də yeni imkanlar yaradıb
05 Mart 18:40
Prezident: Bu gün heç kimdən asılı deyilik, iqtisadi sahədə istənilən meyar üzrə ən qabaqcıl yerlərdəyik
05 Mart 18:38
Qida Təhlükəsizliyi Agentliyi ilə Beynəlxalq Donor təşkilatlarının nümayəndələri arasında görüş keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA