Ana səhifə »  Xəbər lenti »  Azərbaycançılıq ideologiyası və yetişməkdə olan yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsi
A+   Yenilə  A-
Azərbaycançılıq ideologiyası və yetişməkdə olan yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsi

Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı qələbənin məktəblərdə geniş təbliğ olunması, dərsliklərdə qəhrəmanlarımızın keçdikləri həyat yolundan, onların döyüş meydanında göstərdikləri şücaətlərdən bəhs edilməsi böyüməkdə olan nəslin milli ruhda tərbiyəsi baxımından mühüm əhəmiyyətə malikdir
Azərbaycançılıq müasir müstəqil dövlətimizin ideya əsasını təşkil edir. Bu ideologiya ölkəmizin bütün vətəndaşlarını vahid amal uğrunda birləşdirir. Heç şübhəsiz ki, azərbaycançılıq ideologiyası mütərəqqi baxışları özündə ehtiva edən bir sıra prinsipləri önə çəkir. Bunlardan biri də vətənpərvərliyin təbliği və yaxud milli ruhda tərbiyə məsələsidir. Bu konteksdən çıxış edərək vurğulayaq ki, gənc nəslin milli köklərimizə, mənəvi dəyərlərimizə, tarixdən gələn ənənələrimizə bağlılıq, Vətənə sevgi, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması indiki dövrdə də qarşıda duran ən ümdə vəzifələrdəndir.
Azərbaycan gəncləri onlara bəslənilən ümidləri Vətən müharibəsində layiqincə doğrultdular
Heç şübhəsiz, müstəqil Azərbaycanda uğurlu gənclər siyasəti aparılır. Bu gün tam əminliklə demək mümkündür ki, respublikamızda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə daxil olub. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq gənclərə hərtərəfli qayğı göstərilir, “qara qızıl”ın insan kapitalına çevrilməsi, gənclərin keyfiyyətli təhsilə əlçatanlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Azərbaycan gəncləri isə bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətlərini dərindən dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın qüdrətinin daha da artmasına öz töhfələrini verməyə çalışırlar.
Azərbaycan gəncləri üçün mühüm sınaqlardan biri də ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Gənclər onlara bəslənilən ümidləri Vətən müharibəsində layiqincə doğrultdular. Məhz gənc əsgər və zabitlərimizin rəşadəti sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müharibənin əsas ağırlığı isə məhz gənclərin üzərinə düşdü. Müharibə dövründə Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandanın bütün əmrlərini yerinə yetirməyə, sərhədlərimizi qorumağa, torpaqlarımızı erməni işğalçılarından azad etməyə hazır olduqlarını bir daha nümayiş etdirdilər. Müharibənin ilk günlərindən on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ərazi şöbələrinə müraciət edərək ordu sıralarına yazılmaq istədiyini bildirdi. Müharibədə torpaqlarımızın azadlığı uğrunda düşmənə qarşı vuruşmaq hər bir Azərbaycan gəncinin həyat amalına çevrilmişdi. Gənclərimiz döyüş meydanında göstərdikləri şücaətləri ilə Prezident, Ali Baş Komandan İlham Əliyevin etimadını layiqincə doğrultmağa, üzərlərinə düşən missiyanı yerinə yetirməyə qadir olduqlarını təsdiqlədilər.
Vətən müharibəsində Ordumuzun qəhrəmanlıq salnaməsi dərsliklərə salınır
Əlbəttə gənc əsgər və zabitlərimizin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqların yüksək səviyyədə təbliğ olunması müstəsna əhəmiyyətə malikdir. Bu, böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda formalaşması üçün çox vacibdir. Yeni dərsliklərin yazılması, bu dərsliklərdə qəhrəmanlarımızın keçdikləri həyat yolundan, onların döyüş meydanında göstərdikləri şücaətlərdən bəhs edilməsi mühüm önəm daşıyır. Yeri gəlmişkən, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev mətbuata açıqlamasında Vətən müharibəsinin ayrı-ayrı məqamlarının incəliklə araşdırılacağını və tədrisin məzmununda əks etdiriləcəyini vurğulayıb.
Təhsil Nazirliyinin təsdiqlədiyi Fəaliyyət Planına əsasən Ordumuzun şanlı qələbəsi 9 istiqamətdə təbliğ olunacaq
Yeri gəlmişkən, bu günlərdə Təhsil Nazirliyinin “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” 2020-2021-ci tədris ili üçün Fəaliyyət Planı təsdiqlənib. Bəhs olunan planın təsdiqlənməsində məqsəd dövlətimizin qazandığı nailiyyətləri təşviq etməkdən, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlər görməkdən ibarətdir. Nazirlikdən qəzetimizə bildirilib ki, Fəaliyyət Planı 9 əsas istiqaməti əhatə edir. Sənəddə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsində Azərbaycanı şanlı qələbəyə aparan daxili və xarici siyasəti, Azərbaycan Ordusunun dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı ətraflı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyasının təmin olunması nəzərdə tutulub. Fəaliyyət Planında Qarabağ və işğaldan azad olmuş bölgələrin (yaşayış məntəqələrinin) tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri və s. barədə məlumatların dərslərə inteqrasiyası, müxtəlif layihə və tədbirlərin təşkili, vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyətinin təbliği əsas yer alır.
Bəhs olunan Fəaliyyət Planına əsasən, Vətən müharibəsi şəhidlərinin anım günləri keçiriləcək, onların həyat və mübarizə yolunu əks etdirən videobülletenlər hazırlanacaq. Bundan əlavə, “Dərs vaxtı” layihəsi çərçivəsində Vətən müharibəsinə, Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr edilən dərslər, videoçarxlar hazırlanması və telekanallarda yayımlanması nəzərdə tutulur.
“Qələbə dərsləri” adı altında müxtəlif siniflər və müxtəlif fənlər üzrə mövzular hazırlanıb
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib ki, Azərbaycan Ordusunun döyüş meydanında yazdığı qəhrəmanlıq tarixini gələcək nəsillərin daha rahat öyrənmələri üçün dərsliklərə dəyişikliklər edilir. Artıq bununla bağlı işlərə başlanıb: “Tarixi qələbəmiz təhsilin məzmununda öz yerini tutmaqdadır. Bu proses mütəmadi davam etdiriləcəkdir. Dərsliklərin yazılması, çap edilməsi xeyli vaxt, əmək, maliyyə tələb edən prosesdir. Bu gün bütün dərslikləri birdən-birə dəyişdirmək, təkmilləşdirmək mümkün deyil. Lakin bizim kağız dərsliklərlə yanaşı, elektron dərsliklərimiz də vardır ki, kiçik və operativ düzəlişləri həmin versiyalarda etmək mümkündür. Artıq bu istiqamətdə işlərə başlanılıb. Vətən müharibəsində qələbəmiz elə bir mühüm hadisədir ki, mütləq hər bir sinif otağında - bu gün virtual sinifdə olsa da, öyrənilməli, müzakirə obyektinə çevrilməli və inkişaf stimulu olmalıdır. İnkişaf stimulu haqqında xüsusi danışmaq lazımdır. Bu qələbə bizi sevindirməklə yanaşı, çiyinlərimizə məsuliyyət də qoyub. Bu məsuliyyət əzəli torpaqlarımızı qoruyub saxlamaq qeyrəti, düşmənin xaraba qoyduğu əraziləri rahat yaşayıb işləmək üçün qurmaq əzmi deməkdir”.
Dəyişikliklərlə bağlı məlumatlar artıq məktəblərə çatdırılıb. Vəfa Yaqublunun sözlərinə görə, müəllimlərə tapşırıq verilib ki, bəhs olunan mövzulardan virtual dərslərdə istifadə etsinlər: “Ötən müddət ərzində dərslik müəlliflərimiz, nəşriyyatlarımız “Qələbə dərsləri” adı altında müxtəlif siniflər və müxtəlif fənlər üzrə mövzular hazırlayıblar. Bunlar xüsusi dərs mövzularıdır və həmin dərs mövzuları Təhsil İnstitutunun elektron səhifəsində yerləşdirilib. Həmçinin bu barədə məlumatlar məktəblərə çatdırılıb. Teledərslərdə də qələbəyə həsr olunan süjetlər hazırlanıb. Tapşırıq verilib ki, müəllimlər öz virtual dərslərində həmin mövzulardan istifadə etsinlər”, - deyə Vəfa Yaqublu bildirib.
Azərbaycançılıq və vətənpərvərlik kimi dəyərlər nə qədər geniş təbliğ olunarsa, dövlətimiz də bir o qədər güclü və yenilməz olar
Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə qəzetimizə açıqlamasında məsələnin böyük aktuallıq daşıdığını diqqətə çatdırıb. Millət vəkili Azərbaycanın möhtəşəm tarixi qələbəsinin geniş təbliğ olunmasının mühüm əhəmiyyətə malik olduğunu, bu amilin yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından xüsusi önəm daşıdığını vurğulayıb. Məlahət İbrahimqızı deyib: “Elə xalqlar var ki, onların tarixində qəhrəmanlıq səhifələri çox azdır və yaxud heç yoxdur. İşğalçı Ermənistanın tarixi də buna misaldır. Bu ölkənin tarixi ixtilaflar, xəyanətlər üzərində qurulub. Üç onillik ərzində davam edən Dağlıq Qarabağ münaqişəsi deyilənlərə bir nümunədir. Erməni hərbi birləşmələri Azərbaycan Ordusuna qarşı açıq döyüşlərdə heç vaxt qələbə çalmayıb. Aciz durumda olan ermənilər məğlubiyyətlərinin əvəzini yaşayış məntəqələrini, dinc sakinləri atəşə tutmaqla çıxmağa çalışıblar. Azərbaycan Ordusu isə düşmənə qarşı döyüşləri həmişə mərdliklə aparıb. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə Azərbaycan Ordusunun gücünü - qüdrətini, xalqımızın mübarizliyini və milli birliyini göstərən bariz nümunədir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Məlahət İbrahimqızı bildirib ki, böyüməkdə olan nəslə vətənpərvərlik ruhunun aşılanması məsələsinə, xüsusilə tədris müəssisələrində diqqət yetirilməsi böyük əhəmiyyətə malikdir. Milli Məclisin deputatının sözlərinə görə, azərbaycançılıq ideologiyası ilə vətənpərvərlik anlayışı bir-biri ilə sıx vəhdət təşkil edir: “Bu dəyərlərin hər ikisini orta məktəblərdə, institutlarda daim təbliğ etməliyik. Heç şübhəsiz, azərbaycançılıq və vətənpərvərlik kimi dəyərlər nə qədər geniş təbliğ olunarsa, dövlətimiz də bir o qədər güclü və yenilməz olar”.
Müşfiqə BAYRAMLI

 
  • Oxunub:  4260  |  
  • Tarix:  11-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

01 Mart 21:32
BMT və Azərbaycan hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb
01 Mart 21:26
Prezident İlham Əliyev dünya siyasi elitasının nüfuzlu nümayəndələrindən biri olduğunu bir daha sübut etdi
01 Mart 21:25
Mühsin Rezayi: Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq hərbi əməliyyatlar aparıb öz torpaqlarını geri qaytardı
01 Mart 21:21
“YAŞAT” Fondunun təşəbbüsü ilə İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib
01 Mart 21:18
Valentina Matviyenko: Rusiya Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata əməl etməsinə ümid edir
01 Mart 20:55
Hulusi Kılıç: Azərbaycan Prezidentinin mətbuat konfransındakı fikirləri regionun inkişafı naminə edilmiş çağırışlardır
01 Mart 20:52
Azərbaycan Prezidenti mətbuat konfransında bir çox aktual məsələlərə aydınlıq gətirdi
01 Mart 20:44
Prezident İlham Əliyevin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından mühüm önəm kəsb edir
01 Mart 19:26
Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
01 Mart 19:25
Şəhid ailələri və müharibə əlilləri ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub
01 Mart 19:20
Azərbaycan nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını ziyarət edib
01 Mart 18:56
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb
01 Mart 18:36
Gürcüstanlı jurnalist: Müharibənin izləri bizi çox təsirləndirdi
01 Mart 18:32
Alimlər ömrü uzatmağın və sağalmaz xəstəliyin qarşısını almağın yollarını tapıblar
01 Mart 18:10
Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib
01 Mart 17:59
Azərbaycan Milli Kitabxanasının direktoru Türkiyə Milli Kitabxanasında görüş keçirib
01 Mart 17:54
Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub
01 Mart 17:52
Deputat: Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur
01 Mart 17:52
Prezidentin son mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq
01 Mart 17:50
“Buta Airways” Tbilisiyə uçuşlara başlayır
01 Mart 17:43
Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb
01 Mart 17:38
İqor Korotçenko: Dövlət Dumasının yeni tərkibi Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması təşəbbüsünü irəli sürə bilər
01 Mart 17:23
Vüqar Seyidov: Prezident İlham Əliyev kimi Lideri olan xalq xoşbəxtdir
01 Mart 17:16
Azərbaycanda koronavirusdan 71 nəfər sağalıb, 125 yeni yoluxma faktı qeydə alınıb
01 Mart 17:10
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər
01 Mart 16:53
QDİƏT-nin Parlament Məclisinin reqlament üzrə işçi qrupunun iclas keçirilib
01 Mart 16:37
Malik Həsənov: Mətbuat konfransı Azərbaycanın Vətən müharibəsindən sonra beynəlxalq aləmdə artan rolunun təqdimatı oldu
01 Mart 16:24
YAP Ağdaş rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib
01 Mart 16:16
Əliabbas Salahzadə: Möhtərəm Prezidentimiz Ermənistana yeni reallıqlarla barışmaq mesajını ünvanladı
01 Mart 16:10
YAP Şəmkir rayon təşkilatı İdarə Heyətinin növbəti iclası keçirilib
01 Mart 16:03
Hikmət Babaoğlu: Prezident İlham Əliyevin mətbuat konfransı bir sıra ilklərlə yadda qaldı
01 Mart 15:55
KOBİA-nın ötənilki fəaliyyətinə dair brifinq keçirilib
01 Mart 15:55
Prezident İlham Əliyevin mətbuat konfransı informasiya cəbhəsində mövqelərimizin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir
01 Mart 15:52
Yerdə maqnit qasırğası başlayıb
01 Mart 15:45
Məhkəmə fəaliyyəti təkmilləşdirilir
01 Mart 15:44
Minaatan batareyaları döyüş atışlı təlim məşqlərinin növbəti mərhələsini icra edib
01 Mart 15:42
Gürcüstanda koronavirusla bağlı bəzi məhdudiyyətlər bu gündən aradan qaldırılıb
01 Mart 15:25
Yaz ağac əkininə start verilir
01 Mart 15:22
Məktəblilər Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı məlumatlandırılır
01 Mart 15:12
Respublika Veteranlar Təşkilatında Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüş keçirilib
01 Mart 14:57
“Xankəndiyə, Laçına, Xocalıya da gedəcəyik, səbrlə gözləyək” - MÜSAHİBƏ
01 Mart 14:53
İran-Azərbaycan əlaqələri yüksən səviyyədədir və bu münasibətlər daha da inkişaf etdiriləcək
01 Mart 14:39
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidinin ailəsini ziyarət ediblər
01 Mart 14:35
Dünya mediasını heyran qoyan lider
01 Mart 14:19
Paşinyanın əleyhdarları hökumət binasına soxulublar
01 Mart 14:17
Ankara şəhərində Azərbaycan-Türkiyə birinci birgə Mədəniyyət Komissiyanın iclası keçirilib
01 Mart 14:02
Prezident İlham Əliyevin mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması baxımından çox uğurlu oldu
01 Mart 13:52
Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir
01 Mart 13:33
“Asiya-Avropa dəhlizində Azərbaycanın rolu” mövzusunda vebinar təşkil olunub
01 Mart 13:31
Martın ilk günlərində hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir
01 Mart 13:30
Qələbə əzmini tarixə yazmış Azərbaycan xalqı...
01 Mart 13:29
İki şahmatçımız FIDE-nin reytinq siyahısında ilk onluqda qərarlaşıb
01 Mart 13:22
Mənəvi normalara əsaslanan siyasət
01 Mart 13:03
İtaliyalı oxuculara Xocalı soyqırımı ilə bağlı məlumat verilib
01 Mart 12:42
“Ukrayna 24” telekanalı Azərbaycan Prezidentinin mətbuat konfransı və işğaldan azad olunan ərazilərimiz barədə xüsusi reportaj yayımlayıb
01 Mart 12:38
BTQ ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb
01 Mart 12:31
Azərbaycan qalib dövlət kimi yeni hədəflərə doğru inamlı addımlar atır
01 Mart 12:30
YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin üzvləri ağacəkmə aksiyasında iştirak ediblər
01 Mart 12:16
Azərbaycan Prezidenti mətbuat konfransında səsləndirdiyi fikirlərlə insan hüquqlarına prioritet istiqamət kimi yanaşdığını bütün dünyaya göstərdi
01 Mart 12:13
Şəhid ailələrinə qayğı dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir
01 Mart 12:09
Türkiyə səfirliyinin əməkdaşı Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə tanış olub
01 Mart 12:02
Tarix yazmış Azərbaycan xalqı
01 Mart 11:42
Orxan Məmmədov: Bu il ölkə üzrə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi planlaşdırılır
01 Mart 11:40
Baş infeksionist immun sistemini gücləndirməyə kömək edəcək tövsiyələri açıqlayıb
01 Mart 11:33
Yaxın günlərdə Yevlaxda KOB evi açılacaq
01 Mart 11:30
DİN avtomobillərini tekniki baxışdan keçirməyən sürücülərə müraciət edib
01 Mart 11:26
“YAŞAT” daha 10 qazini Türkiyəyə müalicəyə göndərib
01 Mart 11:25
Ötən il KOBİA-ya 3187 vətəndaş müraciəti daxil olub
01 Mart 11:23
Gürcüstanlı jurnalist: İlk dəfədir yox edilmiş şəhərlər görürəm, bu, barbarlıqdır
01 Mart 11:22
Dünyada baş verən hadisələrin təhlili radikalizm, ekstremizm və terrorizmin qlobal təhlükəsizliyi təhdid edən amillərdən birinə çevrildiyini göstərir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA