Ana səhifə »  Xəbər lenti »  GUAM PA-nın 13-cü sessiyasında səmərəli müzakirələr aparılıb
A+   Yenilə  A-
GUAM PA-nın 13-cü sessiyasında səmərəli müzakirələr aparılıb

Fevralın 10-da GUAM Parlament Assambleyasının videokonfrans formatında 13-cü sessiyası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Milli Məclis sədrinin müavini Adil Əliyev sessiyanı açaraq bildirib ki, bu iclasın daha geniş tərkibdə keçirilməsi təşkilatın nüfuzunun getdikcə artmasının və fəaliyyətinin rəğbətlə qarşılanmasının bariz nümunəsidir. Qeyd edib ki, Azərbaycan parlamenti bundan sonra da GUAM PA-nın fəaliyyətinə lazımi dəstək göstərmək əzmindədir.

Hazırda beynəlxalq münasibətlər sistemində regional inteqrasiya proseslərinin rolunun və əhəmiyyətinin artdığından söz açan sədr müavini vurğulayıb ki, tarixin heç bir mərhələsində dövlətlərarası əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac bu qədər olmayıb. Bütün dünyanı silkələyən koronavirus pandemiyası bir daha göstərdi ki, qlobal problemlərin həllində dövlətlər arasında qarşılıqlı dəstək, ortaq mövqe və sıx əməkdaşlıq labüddür.

Son dövrlərdə parlament diplomatiyasının xeyli aktuallaşdığını, beynəlxalq münasibətlərin qanunverici bazasını zənginləşdirdiyini qeyd edən Adil Əliyev bildirib ki, günümüzdə GUAM PA çərçivəsində iş birliyi regional inteqrasiyanın sürətləndirilməsində mühüm vektorlardan birinə çevrilə və beynəlxalq təhlükəsizliyin təmin edilməsində mühüm rol oynaya bilər.

Milli Məclis sədrinin müavini sessiya iştirakçılarının diqqətinə çatdırıb ki, 2020-ci il bütün çətinliklərə baxmayaraq, Azərbaycan tarixinə Zəfər ili kimi daxil oldu. Dağlıq Qarabağ münaqişəsinin həlli, reallaşmağa başlayacaq yeni layihələr yalnız Azərbaycanın deyil, regionun bütün dövlətlərinin rifahına müsbət təsir edəcək.

Sonra sessiyada GUAM PA-nın sədri, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev gündəlikdə dövlətlərimiz üçün ciddi maraq kəsb edən məsələlərin dayandığını bildirib. COVID-19 pandemiyası ilə yadda qalan ötən ilin iqtisadi cəhətdən də qeyri-sabit olduğunu, pandemiya ucbatından bütün dünyada özəl sektorun və sahibkarlığın ciddi zərər gördüyünü, bir sıra sahələrin iflasa uğradığını qeyd edib. Bütün dünya və region ölkələri kimi, Azərbaycanın da koronavirusla bağlı problemlərlə qarşılaşdığını və onların fəsadlarını yaşadığını deyib.

2020-ci ildəki Vətən müharibəsindən söz açan Elnur Allahverdiyev həmin dövrdə ölkəmizə verdikləri dəstəyə, vəziyyətə operativ reaksiyalarına görə Gürcüstan, Ukrayna və Moldova nümayəndə heyətlərinə minnətdarlığını bildirib. Diqqətə çatdırıb ki, bu ildən etibarən Azərbaycan üçün yeni mərhələ başlayır, işğal illərində tamamilə dağıdılmış, viran edilmiş əraziləri bərpa etmək ən böyük vəzifəmizdir. Bərpa işlərinə 2021-ci ilin dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrıldığını, bu prosesdə özəl sektorun da iştirak edəcəyini, qarşıdakı illərdə Qarabağın bərpasına böyük investisiya qoyuluşu gözlənildiyini qeyd edən GUAM PA-nın sədri qurum üzrə tərəfdaşlarımızı Qarabağda qəbul edib bu tarixi Azərbaycan torpağının gözəllikləri və maddi-mədəniyyət abidələri ilə tanış edəcəyimiz günün yaxınlaşdığını söyləyib.

Daha sonra Elnur Allahverdiyev bildirib ki, Azərbaycan bu sessiyada iştirak edən Baltik Assambleyası ilə də əməkdaşlıqda maraqlıdır və əlaqələrimizi genişləndirmək arzusundadır. Biz istəyirik ki, Baltik Assambleyası dünyanın bir sıra dövlətlərinin tanıdığı Xocalı soyqırımını tanısın.

Sonra tədbirdə GUAM PA-dakı Gürcüstan nümayəndə heyətinin rəhbəri Georgi Xelaşvili, Moldova nümayəndə heyətinin rəhbəri Aleksandru Jizdan, Ukrayna nümayəndə heyətinin rəhbəri Svyatoslav Yuraş çıxış edərək bir sıra mühüm məsələlərə toxunublar, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanlarından və vacibliyindən bəhs ediblər.

Sessiyada Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın Baş katibi Altay Əfəndiyev geniş və əhatəli çıxış edərək qurum qarşısında duran bir çox məsələləri diqqətə çatdırıb.

Baltik Assambleyasının prezidenti Andryus Kupçinskas GUAM-a böyük önəm verdiklərini və əməkdaşlığa hazır olduqlarını bəyan edib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev GUAM-ın təməl prinsiplərindən söz açıb. Vurğulayıb ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb və noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən açılacaq Naxçıvan dəhlizi region ölkələrinin inkişafına ciddi dəstək verəcək. Azərbaycan Prezidentinin təşəbbüsü ilə altıtərəfli əməkdaşlıq platformasının yaradılması miqyaslı geosiyasi və geoiqtisadi layihələrin reallaşdırılmasına meydan verəcək.

TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov GUAM-ın fəaliyyətini yüksək dəyərləndirdiklərini və qurumla əməkdaşlıqda maraqlı olduqlarını bildirib, Qarabağın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb.

GUAM PA-nın 13-cü sessiyasının 4 məsələdən ibarət gündəliyi təsdiqləndikdən sonra “Yeni qlobal çağırışlar şəraitində GUAM-a üzv dövlətlərin əməkdaşlığı” mövzusunda müzakirələrə başlanıb. Öncə COVID-19 pandemiyasının sosial və iqtisadi nəticələrinə qarşı aparılan mübarizədən bəhs olunub. Müzakirədə qurumdakı nümayəndə heyətinin rəhbərlərindən Georgi Xelaşvili (Gürcüstan) və Aleksandru Jizdan (Moldova), Azərbaycan nümayəndə heyətinin üzvü Cavid Osmanov, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva mövcud vəziyyət və görülmüş tədbirlər barədə məlumat veriblər.

Sonra sessiyada “GUAM-a üzv dövlətlərin ərazisindəki münaqişələrin mövcud vəziyyəti və həlli perspektivləri, əməkdaşlığın yeni istiqamətləri” mövzusunda ətraflı fikir mübadiləsi aparılıb. Müzakirə zamanı çıxış edən Gürcüstan nümayəndə heyətinin rəhbəri Georgi Xelaşvili, Azərbaycan nümayəndə heyətinin üzvü Nəsib Məhəməliyev, Azərbaycan Xarici İşlər Nazirliyinin şöbə müdiri Mahur Qasımov bir sıra mühüm məsələlərə toxunublar.

Gündəlikdəki növbəti məsələni təqdim edən Azərbaycan nümayəndə heyətinin üzvü Əli Məsimli “Parlamentlərarası qarşılıqlı əlaqələrin inkişafı, GUAM PA ilə Baltik Assambleyasının əməkdaşlıq prioritetlərinin həyata keçirilməsi” mövzusunda məruzə edib.

Sessiyada “GUAM-ın əsas iqtisadi layihələrinin təşviqi, əməkdaşlığın yeni istiqamətləri” barədə danışan GUAM Katibliyinin nümayəndəsi Səbuhi Temirov bu ərazidə azad iqtisadi zonanın yaradılması istiqamətində aparılan işlər barədə ətraflı məlumat verib.

Gündəlikdəki məsələlər ətrafında gedən müzakirələrdə GUAM-ın Baş katibi Altay Əfəndiyev, Milli Məclisin deputatı Fatma Yıldırım, Baltik Assambleyasının vitse-prezidenti Yanis Vutsans rəy və təkliflərini bildiriblər.

Videokonfransda GUAM PA-nın 13-cü sessiyasının yekun sənədi müzakirə edilərək qəbul olunub.

Sonra rotasiya qaydasında GUAM Parlament Assambleyasına sədrlik Azərbaycandan Gürcüstana ötürülüb. Elnur Allahverdiyev gürcü həmkarlarına quruma sədrlikdə uğurlar arzulayıb.

Videokonfransda Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, GUAM Katibliyinin nümayəndələri, Gürcüstan, Moldova, Ukrayna və Baltik Assambleyasının nümayəndə heyətlərinin üzvləri də iştirak ediblər.

 
  • Oxunub:  2400  |  
  • Tarix:  10-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

05 Mart 11:26
Vergi Xidmətinin Tədris Mərkəzi ilə BDU-nun əməkdaşlıq məsələləri müzakirə edilib
05 Mart 11:23
“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb
05 Mart 11:18
“İqtisadi Azadlıq İndeksi 2021” hesabatına görə Azərbaycan 6 pillə irəliləyib
05 Mart 11:16
Azərbaycan Dayanıqlı İnkişaf Gündəliyinin icrasına yüksək diqqət göstərir
05 Mart 11:15
Azərbaycanda multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir
05 Mart 11:12
Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı keçirilir YENİLƏNƏCƏK
05 Mart 11:04
Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndinin videogörüntülərini yayıb VİDEO
05 Mart 11:03
KOBİA-nın regionlarda sahibkarlara göstərdiyi xidmətlərin əhatə dairəsi genişlənir
05 Mart 11:01
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsinin qorunmasına yeni töhfəsini verir
05 Mart 10:59
Böyük Qayıdış üçün mühüm tədbirlər həyata keçirilir
05 Mart 10:31
Azərbaycan gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyib
05 Mart 10:30
DİN: Bakıda itkin düşən 13 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib
05 Mart 10:20
Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
05 Mart 10:19
Milli Məclisin Sədri TBMM-in Sədrinə başsağlığı verib
05 Mart 10:17
Qulam M. İshaqzai: Yeni əməkdaşlıq çərçivə sənədi Azərbaycanın daha güclü, daha bərabər və daha firavan cəmiyyət qurmaq səylərini dəstəkləyəcək
05 Mart 10:13
5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
05 Mart 09:23
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir
05 Mart 09:16
Tərtərdə şəhid ailələri ilə görüşlər davam etdirilir
05 Mart 09:15
YAP Qusar rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib
05 Mart 09:14
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid Rəcəb Qurbanovun ailəsini ziyarət ediblər
05 Mart 09:13
Hatəm Qocayev: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük qələbə tariximizdə əbədi qalacaq
05 Mart 09:12
Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının iclası keçirilib
05 Mart 09:11
Fəzail Ağamalı: Siyasi dialoq prosesi islahatların tərkib hissəsidir
05 Mart 09:09
Tahir Kərimli: Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini uğurla həyata keçirəcək
05 Mart 09:07
Elçin Mirzəbəyli: Mövcud reallıqlara adekvat olmayan davranışların nəticələri Ermənistan üçün çox ağır olacaq
05 Mart 09:05
Elşad Musayev: Prezident İlham Əliyevin mətbuat konfransı ölkəmizin informasiya cəbhəsində mövqeyinin daha da möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyətə malikdir
05 Mart 09:03
Nurəddin Məmmədlinin gülünc “məntiq”i...
05 Mart 09:02
Məğlub Ermənistan yeni siyasi kataklizmlərlə qarşı-qarşıya...
05 Mart 09:00
“Hüquq guşəsi: oxucu soruşur”
05 Mart 08:59
“Vaksinasiyanın alternativi yoxdur”
05 Mart 08:57
Regionlarda yol infrastrukturunun yenilənməsi mühüm strateji əhəmiyyətə malikdir
04 Mart 21:30
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun büro iclası keçirilib
04 Mart 21:05
Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı verib
04 Mart 20:59
Mədəni irsə qarşı terror həyata keçirənlər beynəlxalq səviyyədə qınanmalı və cəzalandırılmalıdır
04 Mart 20:54
Vətən müharibəsində iştirak etmiş ədliyyə işçiləri ilə görüş keçirilib
04 Mart 20:50
Fatma Yıldırım: Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir
04 Mart 19:57
Prezident: Azərbaycan Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
04 Mart 19:51
Prezident İlham Əliyev: Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olub
04 Mart 19:49
Türkiyədə helikopter qəzaya uğrayıb, 9 hərbçi şəhid olub
04 Mart 19:42
İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib
04 Mart 19:31
Azərbaycan Prezidenti: Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini təşviq etməliyik
04 Mart 19:29
Müdafiə Nazirliyi Zəngilan rayonunun Keçikli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
04 Mart 19:27
MDB PA-nın elm və təhsil üzrə daimi komissiyalarının videokonfrans formatında iclasları keçirilib
04 Mart 19:22
Prezident İlham Əliyev Azərbaycanı dəstəklədiklərinə görə Türkiyə, Pakistan və Əfqanıstan liderlərinə təşəkkür edib
04 Mart 19:20
Sevinc Fətəliyeva: Əməkdaşlıq münasibətləri region xalqlarına tədricən daha böyük faydalar gətirəcək
04 Mart 19:17
QMİ sədri Rus Pravoslav kilsəsinin mitropoliti ilə görüşüb
04 Mart 18:55
Prezident İlham Əliyev: Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur
04 Mart 18:28
Dəmir yumruğun yaratdığı yeni reallıqlar
04 Mart 18:14
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydalarında dəyişiklik edilib
04 Mart 18:12
Milli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilib
04 Mart 18:09
Gömrük Komitəsində ötən ilin yekunlarına dair mətbuat konfransı keçirilib
04 Mart 17:54
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
04 Mart 17:33
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi
04 Mart 17:19
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri şəhid ailələrini ziyarət ediblər
04 Mart 17:17
Azərbaycanda koronavirusdan 124 nəfər sağalıb, 314 yeni yoluxma faktı qeydə alınıb
04 Mart 17:12
Prezident Rəcəb Tayyib Ərdoğan: Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik
04 Mart 17:07
İşğaldan azad olunmuş ərazilərin bərpası üçün bütün imkanlar səfərbər olunacaq
04 Mart 16:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib
04 Mart 16:09
Azərbaycanla Qazaxıstanın KOB subyektlərinin əməkdaşlıq imkanları müzakirə edilib
04 Mart 16:06
Venera planetində tədqiqat aparmaq üçün kosmik stansiya yaradılacaq
04 Mart 16:03
Bu gün dünyada multikulturalizmin və birgə yaşamaya əsaslanan humanist ideyaların alternativi yoxdur
04 Mart 15:54
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub
04 Mart 15:51
Azərbaycan regionda sülhün təminatçısıdır
04 Mart 15:49
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
04 Mart 15:45
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Orta Asiyadan Türkiyəyə yükdaşımalar artıb
04 Mart 15:43
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi potansial çox yüksəkdir
04 Mart 15:37
Davamlı sülh ümumbəşəri sosial-siyasi
04 Mart 15:20
Alman şirkətləri Azərbaycanda dəmir yolu layihələrinə investisiya yatırmaqda maraqlıdır
04 Mart 15:15
Bu gün “OPEC+” ölkələrinin nazirlərinin 14-cü iclası olacaq
04 Mart 15:13
Azərbaycan sülh, əməkdaşlıq, tolerantlıq və multikulturalizm ölkəsi kimi dünya ölkələrinə nümunədir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə+4 +6