Türkiyə Milli Müdafiə Nazirliyi Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimlərindən yeni görüntülər yayımlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərin növbəti mərhələsində tanklar və toplar ilə tapşırıqlar icra olunub.
Təlimlər fevralın 12-dək davam edəcək.
Qeyd edək ki, “Qış təlimi-2021” Türkiyə Silahlı Qüvvələrinin və Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin iştirakı ilə keçirilir.
- Oxunub: 2070 |
- Tarix: 10-02-2021 |
-
Çap et |