Cənubi Qafqazda hərbi xətt üzrə Moskva və Ankaranın qarşılıqlı fəaliyyəti atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi çərçivəsində qurulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə müsahibəsində bildirib.
O deyib: “Biz bunu əsas götürürük ki, regionda hərbi xətt üzrə Ankara ilə bizim qarşılıqlı fəaliyyətimiz yanvarın 30-dan etibarən Ağdamda fəaliyyətə başlamış Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi çərçivəsində qurulur”.
Onun sözlərinə görə, Moskva həmin mərkəzin açılmasını regionda vəziyyətin normallaşdırılmasına istiqamətlənən birgə səylərin yaxşı nümunəsi hesab edir.
- Oxunub: 1890 |
- Tarix: 10-02-2021 |
-
Çap et |