Ana səhifə »  Xəbər lenti »  Yaşar Əliyev: Təcavüzün və işğalın dayandırılması ədalətin və beynəlxalq hüququn təntənəsi oldu
A+   Yenilə  A-
Yaşar Əliyev: Təcavüzün və işğalın dayandırılması ədalətin və beynəlxalq hüququn təntənəsi oldu

Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı və beynəlxalq hüququn sistematik surətdə pozulması ilə əlaqədar beynəlxalq mexanizmlərin 30 il davam etmiş fəaliyyətsizliyindən sonra hələ 1990-cı illərin əvvəlindən münaqişənin sülh yolu ilə nizamlanması variantlarını Ermənistana təklif edən Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə müvafiq tədbirlər görməyə və özünümüdafiə hüququndan istifadə edərək BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin implementasiyasını təmin etməyə və Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etməyə məcbur olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Baş katibinin ünvanına məktub göndərib. Məktubda Dağlıq Qarabağ münaqişəsinin tarixi və onunla bağlı reallıqlar, Azərbaycan ərazilərinin işğal edilməsi faktları və Ermənistanın beynəlxalq hüquqa sistematik olaraq etinasızlıq göstərməsi faktları öz əksini tapıb.

Məktubda deyilir ki, Ermənistan ilə Azərbaycan arasında münaqişə hələ SSRİ-nin mövcud olduğu dövrdə, 1987-ci ilin sonunda başlanıb. O vaxt Ermənistan Azərbaycanı Dağlıq Qarabağ Muxtar vilayəti barədə qeyri-qanuni və əsassız ərazi iddiaları irəli sürüb. Guya həmin bölgədə yaşayan ermənilərə qayğı göstərmək bəhanəsi ilə irəli sürülmüş bu iddialar əslində Azərbaycanın əzəli torpaqlarının ilhaq edilməsi, orada etnik təmizləmələr aparılması barədə çoxdan düşünülmüş planın bir hissəsi kimi azərbaycanlılara hücumların və onların həm muxtar vilayətdən, həm də Ermənistandan qovulmasının başlanğıcı oldu. Beləliklə, 1980-ci illərin sonunda o vaxt Ermənistanda yaşayan, sayı yarım milyona çatan bütün azərbaycanlılar oradakı əzəli torpaqlarından qovuldu. Bundan əlavə, həm Ermənistan, həm də Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni icmasının ekstremist əhval-ruhiyyəli elementləri SSRİ Konstitusiyasına zidd olaraq bu muxtar vilayətin Azərbaycandan birtərəfli qaydada ayrılması prosesinə başlamaq barədə bir sıra qərarlar, o cümlədən Ermənistan SSR Ali sovetinin 1 dekabr 1989-cu il tarixli Ermənistan SSR-in və DQMV-nin birləşdirilməsi barədə qərar qəbul edildi.

Azərbaycanın dövlət müstəqilliyi elan edilən ərəfədə Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsinə və ya Azərbaycanın razılığı olmandan DQMV-nin Azərbaycandan ayrılmasına yönəlmiş hər hansı cəhdlərin sovet hüquq sistemi çərçivəsində qeyri-qanuni olması ən yüksək konstitusion səviyyədə təsdiq edildi. Həm Ermənistan, həm də Azərbaycan müstəqillik əldə etdilər və SSRİ-nin müttəfiq respublikaları kimi malik olduqları sərhədlər daxilində beynəlxalq hüquqa uyğun olaraq müstəqil dövlətlər kimi tanındı. Buna müvafiq olaraq Azərbaycanın müstəqillik əldə etdiyi anda və tətbiq edilən hüquq çərçivəsində Azərbaycanın ərazisi birmənalı olaraq keçmiş DQMV-nin ərazisini də əhatə edirdi.

Məktubda daha sonra deyilir ki, 1991-ci ilin sonu – 1992-ci ilin əvvəlində Ermənistan Azərbaycana qarşı tammiqyaslı müharibəyə başlayıb. Münaqişənin aktiv hərbi mərhələsi 1994-cü ilin may ayında atəşkəs rejimi elan olunana qədər davam etdi. O vaxt Azərbaycan ərazisinin xeyli hissəsi, o cümlədən Dağlıq Qarabağ, ona bitişik yeddi rayon və bəzi eksklavlar işğal edilmişdi. Ermənistan silahlı qüvvələrinin təcavüzü gedişində beynəlxalq humanitar hüququn hərbi cinayətlərə, insanlıq əleyhinə cinayətlərə və soyqırımı aktlarına bərabər tutulan ciddi pozuntuları törədilib, nəticədə on minlərlə insan həlak olub, 700.000-dən çox azərbaycanlının yaşadığı, işğal olunmuş bütün rayonlarda etnik təmizləmə aparılıb, Azərbaycanın yüzlərlə şəhər, qəsəbə və kəndi dağıdılıb və qarət edilib.

Y.Əliyev qeyd edir ki, hər iki respublikanın müstəqilliyi elan ediləndən sonra, 1992-ci ilin fevral ayında Ermənistan Azərbaycana ilk silahlı hücum etdi. Bu hücum zamanı hərbi bölmələrdən və zirehli texnikadan istifadə edildi, Xocalı şəhəri işğal olundu. Xocalıya hücum erməni silahlı qüvvələri tərəfindən keçmiş SSRİ silahlı qüvvələrinin Sovet İttifaqı dağılandan sonra bu rayonda qalmış 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə həyata keçirilmişdi. Xocalıya hücum və onun işğal edilməsi nəticəsində Azərbaycanın 613 nəfər dinc sakini, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl şəxs qətlə yetirildi. Mindən çox insan yaralandı, Xocalının 1275 sakini girov götürüldü, 150 nəfər itkin düşdü.

Beynəlxalq məhkəmələr və beynəlxalq təşkilatlar Xocalıda törədilmiş cinayətlərin ağırlıq dərəcəsini etiraf ediblər.

Məktubda vurğulanır ki, erməni silahlı qüvvələri Azərbaycan ərazilərində “yandırılmış torpaq” siyasəti yürüdürlər.

Ermənistanın Azərbaycana qarşı davamlı təcavüzünü, Azərbaycanın şəhər və kəndlərinin, o cümlədən Azərbaycanın mədəni paytaxtı olan Şuşa şəhərinin, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərlərinin işğalını əks etdirən hadisələrin ətraflı xronikası təqdim olunur. Müəllif vurğulayır ki, bu yaşayış məntəqələrinin bəziləri atəşkəs haqqında danışıqlar dövründə işğal edilib.

Y.Əliyev qeyd edir ki, 1993-cü il avqustun 17-də Azərbaycan Respublikası Ali Sovetinin sədri, Azərbaycan Prezidenti səlahiyyətlərini icra edən Heydər Əliyev BMT Təhlükəsizlik Şurasının sədrinə məktub ünvanlayaraq BMT Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) nömrəli qətnamələrinin yerinə yetirilməməsi ilə əlaqədar Şuranın iclasının çağırılmasını xahiş edib.

ATƏM-in Minsk qrupu da erməni tərəfini ittiham etmişdi ki, o, Təhlükəsizlik Şurasının qətnamələrinə etinasızlıq göstərir və vasitəçilik səylərinə meydan oxuyur.

Y.Əliyev daha sonra yazır ki, ATƏM-in (sonradan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı - ATƏT) Minsk qrupunun və onun həmsədrlərinin mandatının əsasını təşkil edib, münaqişənin nizamlanmasının təməlini qoyub.

Azərbaycan Respublikası Ermənistanın təcavüzü, bu təcavüz nəticəsində yaranmış qanunsuzluq və Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi ilə əlaqədar ardıcıl surətdə etirazını bildirir, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın qeyri-qanuni olmasının davam etməsi nəticəsində yaranan təhdidləri beynəlxalq birliyin nəzərinə çatdırırdı.

Azərbaycanlı diplomat vurğulayır ki, 1992-ci ilin mart ayından bəri Azərbaycan BMT Təhlükəsizlik Şurasına, Baş Assambleyaya, İqtisadi və Sosial Şuraya təqribən 570 dəfə məlumat göndərib, Birləşmiş Millətlər Təşkilatının həmin orqanlarında təqribən 200 dəfə bəyanatla çıxış edib, Baş Assambleyanın komitələrində və digər müşavirələrində, Birləşmişı Millətlər Təşkilatının beynəlxalq konfranslarında yüzlərlə çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının yetmiş beşinci sessiyasındakı çıxışında deyib: “Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!”

Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin gedişində törədilmiş vəhşicəsinə cinayətlərə görə təqsirkar tərəf məsuliyyətə cəlb edilməlidir. Möhkəm sülhün təmin edilməsi, həqiqətin müəyyən olunması, təcavüz qurbanlarının hüquq və maraqlarının qorunması, barışığa nail olmaq üçün ilkin şəraitin təmin edilməsi zəruridir. Təəssüf ki, bu çağırışlar eşidilmədi.

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində və həmin ərazilər ətrafında 2015-ci ildən bəri zorakılığın yenidən genişlənməsi müşahidə olunurdu. 2016-cı il aprel ayında və 2020-ci il iyul ayında Ermənistan cəbhə xətti və Ermənistan ilə Azərbaycan arasında sərhəd boyunca genişmiqyaslı döyüş əməliyyatlarına təhrik etdi, bu təhrikçilik Azərbaycanın mülki əhalisi və hərbi qulluqçuları arasında çoxsaylı tələfata, mülki infrastrukturun, şəxsi və dövlət mülkiyyətinin, o cümlədən yaşayış evləri, məktəb uşaq bağçalarının dağıdılmasına səbəb oldu.

2020-ci ilin iyul ayında Azərbaycanın işğal edilmiş ərazilərindən xeyli uzaqda yerləşən bölgələrdə döyüş əməliyyatları gözlənilməz insident deyildi, bu, regionda yeni gərginlik ocağı yaradılmasına, münaqişəyə üçüncü tərəflərin cəlb edilməsinə, Azərbaycanın çoxmillətli strateji enerji, infrastruktur və kommunikasiya meqalayihələri üçün təhlükə yaradılmasına yönəlmiş, əvvəlcədən ölçülüb-biçilmiş hərəkətlər idi. Ermənistan bu “sınaq” hücumunda uduzduğuna baxmayaraq təxribatı davam etdirir, yeni hücuma fəal hazırlaşırdı.

2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti təcavüz aktı onun 30 ildən çox istifadə etdiyi cəzasızlığın məntiqi nəticəsi idi. Həmin gün Azərbaycanın cəbhə xətti boyunca yerləşən silahlı qüvvələri və yaxınlıqdakı yaşayış məntəqələri Ermənistan tərəfindən iriçaplı silahlardan, artilleriya və minomyotlardan istifadə edilməklə intensiv atəşə tutuldu, nəticədə həm mülki şəxslər, həm də hərbi qulluqçular arasında ölənlər və yaralananlar oldu. Bu rayonda Azərbaycanın mülki əmlakına və infrastrukturuna ciddi ziyan vuruldu. Bunun ardınca başlanmış döyüş əməliyyatları 44 gün davam etdi.

Ermənistan 1990-cı illərin əvvəlində tətbiq etdiyi vəhşicəsinə müharibə metodlarına analoji olaraq muzdluların və xaricdən gətirilmiş terrorçu döyüşçülərin bilavasitə iştirakı ilə özünün bütün qüvvələrini Azərbaycanın mülki şəxslərini qətlə yetirmək, Azərbaycanın şəhər, qəsəbə və kəndlərinə ölçüyəgəlməz dərəcədə zərər vurmaq üçün yenidən səfərbər etdi. Ermənistan silahlı qüvvələri Azərbaycanın sıx məskunlaşmış rayonlarına hücumlar zamanı dəfələrlə qadağan edilmiş kasetli döyüş sursatlarından, tərkibində ağ fosfor olan mərmilərdən istifadə edir, uşaqları əsgər kimi cəlb edir, uşaq bağçalarının və məktəblərin binalarından hərbi məqsədlər üçün istifadə edirdi.

Xüsusi qeyd etmək lazımdır ki, münaqişənin davam etdiyi 30 ildən artıq müddətdə döyüş əməliyyatları yalnız Azərbaycan ərazisində, demək olar ki, ölkənin mərkəzində aparılıb. Ən sonuncu döyüş əməliyyatları da Azərbaycan torpağında aparılırdı. Azərbaycan silahlı qüvvələri tərəfindən özünümüdafiə hüququnun reallaşdırılması qaydasında uğurla həyata keçirilmiş əks-hücum əməliyyatı nəticəsində Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonları, Şuşa şəhəri, Azərbaycanın 300-dən çox şəhər, qəsəbə və kənd yaşayış məntəqəsi işğaldan azad edildi, Azərbaycanın işğal edilmiş ərazilərində düşmənin hərbi potensialı məhv edildi, oyuncaq rejimin fəaliyyət qabiliyyəti aradan qaldırıldı və Ermənistan sülhə məcbur edildi.

2020-ci il noyabrın 10-na keçən gecə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış birgə bəyanat Ermənistan ilə Azərbaycan arasında 30 ilə yaxın davam etmiş silahlı münaqişəyə son qoydu. Bu bəyanatın şərtlərinin yerinə yetirilməsi bütün hərbi əməliyyatların dayandırılmasını, Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad olunmasını təmin etdi.

Təcavüzə və işğala son qoyulması ədalətin və beynəlxalq hüququn təntənəsi oldu, dövlətlərin öz beynəlxalq öhdəliklərinə ciddi riayət etməsinin zəruriliyini növbəti dəfə sübut etdi. Bu ərazilərdə bərqərar olmuş yeni reallıqlar sülhün və sabitliyin möhkəmlənməsi üçün unikal imkan olmaqla regionda dinc yanaşı yaşamaq şəraitinə qayıtmaq, inkişafa və qarşılıqlı faydalı əməkdaşlığa kömək göstərmək üçün ilkin şəraiti təmin edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il yanvarın 11-də Moskva görüşündəki çıxışında deyib: “Ermənistan ilə Azərbaycan arasındakı vəziyyət uzun illər boyu yaranıb və nəticə etibarilə həll edilib. Mən əminəm ki, erməni tərəfi 9 noyabr tarixli Bəyanatı təftiş etmək üçün heç bir cəhd göstərməyəcək, hər iki xalq gələcək barədə və barışıq haqqında fikirləşmək üçün özündə iradə və müdriklik tapacaq”.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev məktubunun sonunda Baş katibdən bu məktubun Baş Assambleyanın gündəliyinin 34, 35, 40 və 86-cı bəndləri üzrə sənəd və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasını xahiş edib.

 
  • Oxunub:  1740  |  
  • Tarix:  10-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

02 Mart 19:52
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir
02 Mart 18:55
Müdafiə Nazirliyi Füzuli rayonunun Üçbulaq kəndinin videogörüntülərini paylaşıb - VİDEO
02 Mart 18:54
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin İnsan Haqları Fəaliyyət Proqramını beynəlxalq ictimaiyyətə elan edib
02 Mart 18:52
Mikayıl Cabbarov: Dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb
02 Mart 18:50
“Sabahın alimləri” X respublika müsabiqəsi yekunlaşıb
02 Mart 18:48
Menecerlərin ixtisasının artırılması sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı möhkəmlənir
02 Mart 18:42
“Eurovision-2021” qısaldılmış formatda keçiriləcək
02 Mart 18:41
Antarktida nəhəng aysberq təhlükəsi yaranıb
02 Mart 18:23
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
02 Mart 18:21
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi ilə İdman Akademiyasında görüş olub
02 Mart 18:19
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir
02 Mart 18:17
Hansı dərmanlar insanlar üçün ölümcül təhlükə daşıya bilər?
02 Mart 18:12
Parisdə Van Qoqun əsəri 8 milyon avroya satılacaq
02 Mart 17:51
Müdafiə Nazirliyi hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələrlə bağlı açıqlama yayıb
02 Mart 17:49
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
02 Mart 17:45
Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycan dövləti hər zaman bölgədə sülhün, dinc qonşuluğun, iqtisadi əməkdaşlığın tərəfdarı olub
02 Mart 17:40
Azərbaycan –Türkiyə münasibətləri dünyada bənzəri olmayan tarixi epopeyadır...
02 Mart 17:35
Xalq öz Lideri ilə tanınar
02 Mart 17:34
Energetika sahəsində Azərbaycan-Almaniya əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
02 Mart 17:30
İnformasıya müharibəsinin növbəti mərhələsi...
02 Mart 17:21
Orqanizmin şəkərə olan tələbatının səbəbi nədir?
02 Mart 17:19
Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf etməyə davam edəcək
02 Mart 17:03
Milli Məclisdə Vətən müharibəsi şəhidinin ailə üzvləri, müharibə iştirakçıları və idmançılar ilə görüş keçirilib
02 Mart 16:51
Hesablama Palatasının Türkiyənin Sayıştay Başkanlığı ilə əməkdaşlığı genişlənir
02 Mart 16:42
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub
02 Mart 16:16
Azərbaycanla Tacikistan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
02 Mart 16:10
Mərkəzi Bank: Pul bazası artıb
02 Mart 16:06
Əli Hüseynli: Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır
02 Mart 16:04
BDU ilə Pakistanın ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
02 Mart 16:00
Nazir: Yanvar-fevral aylarında vergi daxilolmaları 118,7 faiz icra olunub
02 Mart 15:58
“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir
02 Mart 15:52
Milli Məclisin deputatı Ağalar Vəliyev: Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında böyük rezonans doğurdu
02 Mart 15:49
Abbas Müsəvi: Azərbaycan ilə əlaqələrin inkişafı İran üçün prioritet siyasi xətt təşkil edir
02 Mart 15:07
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub
02 Mart 15:02
Qaxda səyyar “ASAN xidmət”ə bir gündə 130-dək müraciət qeydə alınıb
02 Mart 14:52
Azərbaycanda koronavirusdan 143 nəfər sağalıb, 352 yeni yoluxma faktı qeydə alınıb
02 Mart 14:51
Təmraz Tağıyev: Azərbaycanda şəhid ailələrinə və Qarabağ qazilərinə yüksək dövlət qayğısı mövcuddur
02 Mart 14:43
Naxçıvan nümayəndəliyinin rəhbəri "Huawei Technologies Azərbaycan" MMC-nin baş direktoru ilə görüşüb
02 Mart 14:40
Ankarada dahi Nizami Gəncəvi yaradıcılığına həsr olunan mərasim keçirilib
02 Mart 14:38
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
02 Mart 14:36
Prezident İlham Əliyevin mətbuat konfransından alınacaq dərslər
02 Mart 14:27
Strasburqun Kleber meydanında Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib
02 Mart 14:17
Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb
02 Mart 14:13
Azərbaycan və Türkiyə hər zaman, ən çətin anlarda belə qardaşlıq nümunəsi ortaya qoyublar
02 Mart 14:08
Ötən gün ölkəmizdə 22 mindən çox vətəndaş koronavirus əleyhinə peyvənd olunub
02 Mart 13:52
Xəzər dənizində zəlzələ olub
02 Mart 13:24
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində mülki müdafiə tədbirləri müzakirə olunub
02 Mart 13:20
ABŞ-ın Boston şəhərində Xocalı soyqırımı ilə əlaqədar səssiz aksiya keçirilib
02 Mart 13:12
Futbol üzrə Azərbaycan millisi Türkiyə seçməsi ilə yoldaşlıq görüşü keçirəcək
02 Mart 13:10
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb
02 Mart 13:09
ÜST: Son yeddi həftə ərzində COVID-19-a yoluxmaların sayı ilk dəfə olaraq yenidən artıb
02 Mart 12:59
Azərbaycanın mədəniyyət naziri Türkiyənin xarici işlər naziri ilə görüşüb
02 Mart 12:56
Prezident İlham Əliyevin mətbuat konfransını İspaniyanın “La Vanguardia” qəzeti də işıqlandırıb
02 Mart 12:50
Xorvatiya portalında ermənilərin Qarabağda törətdikləri vandallıq aktları ilə bağlı məqalə dərc olunub
02 Mart 12:41
Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar martın 3-də Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək
02 Mart 12:39
Azərbaycanla Türkiyə arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
02 Mart 12:36
Bu il Formula 1 Azərbaycan Qran-Prisi tamaşaçılar buraxılmayacaq
02 Mart 12:18
Azərbaycan və Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək
02 Mart 12:12
Vüqar Rəhimzadə: Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir
02 Mart 12:11
Müdafiə Nazirliyi Xocavənd rayonunun Düdükçü kəndinin videogörüntülərini yayıb - VİDEO
02 Mart 12:10
Təhsil Nazirliyi: Fevralda Vətən müharibəsi iştirakçılarının ailə üzvlərindən 87 nəfər işə qəbul olunub
02 Mart 12:09
Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağı tikilir
02 Mart 12:06
Türkiyədə ənənəvi təhsil bu gündən bərpa olunur
02 Mart 12:04
Fransa portalında Azərbaycan multikulturalizmindən bəhs olunub
02 Mart 09:45
Qalib Azərbaycan dövləti öz şərtlərini diktə etmək iqtidarındadır
02 Mart 09:42
Hikmət Babaoğlu: Dünyanın heç bir lideri medianın gücündən Azərbaycan Prezidenti kimi istifadə edə bilməyib
02 Mart 09:39
Revanşistlərlə radikalların sinxron hərəkəti
02 Mart 09:35
YAP Lənkəran rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
02 Mart 09:34
David İbramxəlilov: Milli Prioritetlər qarşıdakı 10 il ərzində ölkəmizin sosial-iqtisadi inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəldəcək
02 Mart 09:33
YAP Şəmkir rayon təşkilatının fəalları qazilərlə görüşlərini davam etdirir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA