Ana səhifə »  Xəbər lenti »  Azərbaycan-Böyük Britaniya əlaqələri tarixi və strateji əhəmiyyətə malikdir
A+   Yenilə  A-
Azərbaycan-Böyük Britaniya əlaqələri tarixi və strateji əhəmiyyətə malikdir

Vendi Mortonun ölkəmizə səfəri Azərbaycan-Böyük Britaniya əlaqələrinin yüksək səviyyədə olmasının təsdiqidir

Böyük Britaniya-Azərbaycan arasında əlaqələr tarixi və strateji əhəmiyyətə malikdir. İki ölkənin münasibətlərinin müasir tarixi öz başlanğıcını 90-cı illərin əvvəllərindən götürür. Belə ki, Böyük Britaniya 31 dekabr 1991-ci il tarixində Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmuşdur. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 11 mart 1992-ci ildə qurulmuşdur. Ötən zaman ərzində iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə edilmişdir. Heç şübhəsiz ki, bu uğurların qazanılmasında ümummilli lider Heydər Əliyevin zəngin siyasi təcrübəsinin, regionda cərəyan edən prosesləri öncədən proqnozlaşdırmaq və dəqiq qiymətləndirmək bacarığının mühüm rolu vardır. Ümummilli lider Heydər Əliyevin və möhtərəm Prezident İlham Əliyevin İngiltərəyə səfərləri münasibətlərimizin inkişafına böyük töhfələr verib. Ümummilli liderin 1994-cü ildə və 1998-ci ildə Böyük Britaniyaya səfər etməsi ölkələrimiz arasında qurulacaq müxtəlif istiqamətli əməkdaşlığın əsas ana sütununu təşkil etmişdir. Ümummilli lider tərəfindən uğurla inkişaf etdirilən iki ölkə arasındakı əlaqələr cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Dövlətimizin başçısının 2004, 2009 və 2018-ci ildə Böyük Britaniyaya üç rəsmi səfəri baş tutmuşdur. Prezidentin bu səfərlərindən 2018-ci il səfəri xüsusi əhəmiyyətə malikdir. Belə ki, 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində Azərbaycan xalqının 86.02% səsini və yenidən etimadını qazanan ölkə başçımız ilk səfərini qardaş Türkiyə dövlətinə etdikdən sonra Britaniyanın Baş naziri Tereza Meyin dəvəti əsasında Azərbaycana qayıtmayaraq Türkiyədən birbaşa Böyük Britaniyaya səfər etmişdir. Bu faktın özü münasibətlərimizin yüksək səviyyədə olmasından xəbər verir. Sözügedən səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm sənədlər imzalanmışdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq qeyd edib ki, Böyük Britaniyanın yüksək səviyyəli nümayəndə heyətləri dəfələrlə Azərbaycanda səfərdə olublar. Bu səfərlər Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərə təkan verməklə yanaşı, əlaqələrimizə hər dəfə yeni bir impuls qazandırıb. Bu dəfə də Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə Dövlət Naziri Vendi Mortonun Azərbaycana iki günlük səfəri çərçivəsində keçirdiyi görüşlər, apardığı müzakirələr olduqca mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edərkən bildirdi: “Biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq və buna Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarının hökumətləri tərəfindən güclü dəstək göstərilir”.

9 fevral 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovla xanım nazirin görüşü zamanı da strateji dialoq məsələlərini özündə ehtiva edən siyasi məsləhətləşmələrin bir çox aspektlərinə dair ətraflı fikir mübadiləsi aparıldı və görüşdə ikitərəfli əməkdaşlığımızın və əlaqələrimizin inkişafı səviyyəsindən məmnunluq ifadə olundu.

İki ölkə arasında siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də öz müsbət təsirini göstərib. Böyük Britaniya Azərbaycana yatırılan investisiyanın həcminə görə liderliyi saxlamaqdadır. Ölkələrimiz neft-qaz sənayesi sahəsində uğurla əməkdaşlıq edir. BP şirkəti ilə həyata keçirilən səmərəli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir. Şirkət Azərbaycanın neft-qaz sektorunun inkişafına və modernləşdirilməsinə mühüm töhfələr verməklə enerji sektorunda ölkəmizin əsas tərəfdaşı qismində çıxış edir. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalanan vaxtdan Britaniyanın BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən əsas neft-qaz layihələrinin operatoru qismində çıxış edir. Əməkdaşlığımızın davamı olaraq 14 sentyabr 2017-ci ildə Bakıda SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni Saziş imzalanmışdır. Bütövlükdə, 600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçmişdir ki, bu rəqəm, həqiqətən də, iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin yaxşı göstəricisidir.

Qeyri-neft sahəsində əlaqələrin inkişafı diqqət mərkəzindədir. Bu məqsədlə, 02 mart 2015-ci il tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti və Azərbaycan Respublikasının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılmasını nəzərdə tutan “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında Anlaşma Memorandum”u imzalanıb.

Xanım Morton qadın sığınacağına səfər etdi. Qeyd olunmalıdır ki, bu gün ölkəmizdə gender məsələlərinə xüsusi diqqət göstərilir. Gender bərabərliyini təşviq etmək üçün əhəmiyyətli işlər görən ilhamverici Azərbaycan qadınları var. Əvvəla, Azərbaycan 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququ verən dövlətdir. Ölkəmiz 1991-ci ildə ikinci dəfə müstəqillik əldə etdikdən sonra gender məsələlər ilə yaxından məşğul olmaq məqsədilə “Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi” yaradılıb. İndiki mərhələdə Azərbaycan qadını ölkənin ictimai-siyasi, mədəni həyatında aktiv fəaliyyət göstərib, aparıcı qüvvəyə malik olmaqla cəmiyyətdə nüfuz sahibidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə Azərbaycan qadının ən mükəmməl imicini formalaşdırmaqla onu bütün dünyada layiqincə təmsil edir və tanıdır. Vətən müharibəsi dövründə də Azərbaycan qadının xarakterik xüsusiyyətlərinə uyğun olaraq ölkənin birinci xanımı Mehriban Əliyevanın şəhid və əsgər analarına, bacılarına, həyat yoldaşlarına olan nəcib və qayğı dolu müraciətləri bir daha göstərdi ki, qeyd olunduğu kimi həqiqətən də güclü və uzunmüddətli sülhün qurulmasında qadınlar mühüm rol oynayır. Hazırda Azərbaycan Parlamentinin spikeri xanımdır, sonuncu çağırılmış parlamentdə qadın deputatların sayı artmışdır. Milli Məclisdə də ailə və qadın məsələləri ilə məşğul olan xüsusi komitə fəaliyyət göstərir. Bununla yanaşı, Azərbaycan parlamenti bu sahəni tənzimləyən bir sıra qanunlar qəbul etmişdir. Bütövlükdə, Azərbaycan qadın və qızların hüquqlarını və gender bərabərliyini dəstəkləyən ölkədir. Xanım Vendi Morton da Azərbaycanda məişət zorakılığının qarşısının alınması və gender məsələləri ilə bağlı görülən işləri yüksək qiymətləndirərək parlamentin bu sahənin hüquqi bazasının təkmilləşdirilməsində böyük rol oynadığını bildirib.

İki ölkə arasında təhsil sahəsində də əməkdaşlıq yüksək səviyyədədir. Bu münasibətlərin əsası 1994-cü ilin fevral ayında Prezident Heydər Əliyevin Londona səfəri çərçivəsində iki ölkə arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin imzalanması ilə qoyulub. Xanım nazirin təhsil naziri Emin Əmrullayev ilə görüşü Birləşmiş Krallıq ilə Azərbaycan təhsili arasında güclü əlaqələrin mövcudluğundan xəbər verir. Britaniya universitetləri xarici ölkələrdə təhsil almağa yollanan Azərbaycanlı tələbələrin seçimləri arasında birincilik təşkil edir.

İki ölkənin xalqları, mədəniyyətləri arasında da möhkəm əlaqələr mövcuddur. 2013-cü ildə Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi və 2016-cı ildə Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu təsis edilmişdir. Bundan əlavə, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına Nizami Gəncəvinin adı verilmişdir ki, beləliklə də sözügedən qurumların təşəbbüsü ilə hər il Bakıda və Londonda çox sayda mədəni və elmi tədbirlər keçirilir. 2014-cü ildən etibarən ölkəmizin dəvət aldığı "Vindzor Kral Atçılıq Şousu”nda Qarabağ atlarının füsunkar gözəlliyinin nümayiş etdirilməsi xüsusi qeyd edilməlidir. İçərişəhərdə olan Xanım nazirin Azərbaycanın zəngin mədəni irsə malik olduğunu, gənc rəssamları dəstəkləyən və Azərbaycanın qədim mədəniyyətini qoruyub saxlayan Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbini şəxsən görməkdən məmnun olduğunu bildirib.

Son illərdə ölkəmizdə aparılmış islahatların bir hissəsi bərpaolunan enerji istehsalı ilə bağlıdır ki bu sahədə də bir sıra təşəbbüslər uğurla reallaşdırılıb və bərpaolunan energetika sahəsi son dövrlərdə yaşıl iqtisadiyyatın inkişafında önəmli yer alıb. Azərbaycan bu sahədə zəngin təcrübəyə malik ölkələrlə əməkdaşlığı genişləndirmək xəttini tutur. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı, bərpa olunan enerjinin və günəş enerjisinin inkişafı üçün imkanlar var və bu sahədə də Böyük Britaniyanın nümunəvi təcrübəsi mövcuddur, o zaman münasibətlərimizin yüksək səviyyədə olması Azərbaycana sözügedən ölkənin təcrübəsindən yararlanmaqda kömək edəcək. Artıq Britaniya şirkətlərindən biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub. İşğaldan azad olunmuş Azərbaycan ərazilərində yaşıl enerji zonalarının yaradılması, həmçinin bu ərazilərdə bərpa olunan enerjidən istifadə işində Britaniya şirkətləri maraqlıdır.

İki ölkə hərbi sahədə əməkdaşlığın inkişafı üçün də səylər göstərilir. Belə ki, ötən günlərdə müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarp ilə görüşüb və iki ölkə arasında müdafiə, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu, bu imkanların genişləndirilməsinin vacibliyi, ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların həyata keçirilməsinin, hərbi ingilis dili kurslarında dinləyicilərin sayının artırılmasının zəruriliyini xüsusi vurğulayıb.

Nəzərə alsaq ki, bölgədə yeni yaranmış geosiyasi reallıqlar fonunda Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrlə qardaş Türkiyə dövlətlərinin də münasibətlərinin mövcud durumu mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir, o zaman görürük ki, Türkiyə ilə Böyük Britaniya arasında olan münasibətlər də son dərəcə müsbətdir. Belə ki, Böyük Britaniya Avropa İttifaqını tərk etdikdən sonra ilk azad ticarət sazişini əvvəl Avropa İttifaqı ilə, ikincini isə Türkiyə ilə imzaladı ki, bununla da Türkiyə ilə Böyük Britaniya arasında ticarət gömrük rüsumları tətbiq olunmadan həyata keçiriləcək.

Şəbnəm Həsənova bildirib ki, Böyük Britaniyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi mövqeyi də hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyıb. 44 günlük Vətən müharibəsi dövründə də Böyük Britaniya obyektiv münasibət sərgilədi və münasibətlərimizə xələl gətirəcək addım atmadı.

“Bütövlükdə, xanım nazirin Azərbaycana gəlməsini, keçirilən görüşləri, müzakirə edilən məsələləri nəzərə alsaq o zaman aydın olur ki, Böyük Britaniya ilə Azərbaycan arasında olan əlaqələrimizin inkişafı gələcəkdə daha yüksələn xətlə inkişaf edəcək. Qarşılıqlı əməkdaşlıq hər iki tərəf üçün vacibdir və hər iki tərəf də bunda maraqlıdır. Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə Dövlət Naziri Vendi Mortonun ölkəmizə iki günlük səfəri Azərbaycan-Böyük Britaniya dostluğunun, əlaqələrinin yüksək səviyyədə olmasına nümunədir”, - deyə politoloq vurğulayıb.

 
  • Oxunub:  2100  |  
  • Tarix:  10-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

26 Fevral 22:14
Qərbi Azərbaycan İcması Ankara Təmsilçiliyi Xocalı şəhidlərini anıb
26 Fevral 21:38
Prezident İlham Əliyev: Türkiyə özü müəyyən edəcək ki, Ermənistanla sərhədlər nə zaman açıla bilər
26 Fevral 20:30
Azərbaycan Prezidenti: Ermənistandakı böhran, orada siyasi mübarizənin nəticələri bizim planlarımıza təsir edə bilməz
26 Fevral 20:26
NATO-nun mənzil-qərargahında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
26 Fevral 20:23
Xocalı soyqırımı qurbanlarının xatirəsi ədliyyə orqanlarında yad edilib
26 Fevral 20:19
Şuşada Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb
26 Fevral 19:32
Prezident İlham Əliyev: Maksimum qısa müddət ərzində mərhələli şəkildə biz insanlarımızı o bölgələrə qaytaracağıq
26 Fevral 19:31
İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri Xocalı soyqırımı ilə əlaqədar həmkarlarına məktub göndərib
26 Fevral 19:29
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası dünya ictimaiyyətini Xocalı soyqırımını tanımağa çağırıb
26 Fevral 19:26
AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
26 Fevral 19:21
Parlament Jurnalistləri Birliyi açıqlama YAYDI
26 Fevral 19:15
Gəncədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib
26 Fevral 19:08
BDU-da beynəlxalq tədbir: Xocalı faciəsi - insanlığa qarşı törədilmiş bəşəri cinayət
26 Fevral 18:59
Azərbaycan Texniki Universitetində yeni təşkilat və xidmət yaradılıb
26 Fevral 18:56
Milli Məclisdə Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi təşkil olunub
26 Fevral 18:43
Texniki Universitetdə videokonfrans: Xocalı-türkün yurdu, türkün qüruru
26 Fevral 18:15
Xocalı faciəsi - qan yaddaşımız
26 Fevral 18:12
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.khojalytoday.com akademik resurs bazasının təqdimatı olub
26 Fevral 18:08
Xocalı soyqırımı Azərbaycan tarixində ən qanlı faciələrdən biridir
26 Fevral 17:38
Prezident: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
26 Fevral 17:34
Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı prinsip etibarilə icra edilir
26 Fevral 17:06
İqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün Azərbaycanda Milli Uyğunlaşma Planının hazırlanması prosesinə başlanılır
26 Fevral 17:03
İtaliyada Xocalı soyqırımının ildönümü ilə əlaqədar videoformatda tədbir keçirilib
26 Fevral 17:01
Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir, insanları bilərəkdən ölümə məhkum etməkdir
26 Fevral 16:57
Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
26 Fevral 16:55
Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi uzun illər ərazində aparılan ardıcıl, məqsədyönlü siyasətin məntiqi nəticəsidir
26 Fevral 16:36
Prezident: Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq, bu məsələdə hər hansı spekulyasiya yersizdir
26 Fevral 16:30
Vətən müharibəsində tarixi zəfər və Azərbaycanın təşəbbüsləri bölgəni inkişaf etdirir
26 Fevral 16:21
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
26 Fevral 16:05
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Samuxda ağaclar əkilib
26 Fevral 15:57
Türkiyəli gənclər “Xocalıya ədalət” tələb edirlər
26 Fevral 15:56
Azərbaycanda koronavirusdan 180 nəfər sağalıb, 219 yeni yoluxma faktı qeydə alınıb
26 Fevral 15:55
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
26 Fevral 15:51
Erkan Özoral: Xocalı faciəsinin səbəbkarları, bu qətliamı törədənlər mütləq mühakimə olunmalıdırlar
26 Fevral 15:44
Azərbaycan Prezidenti 4 saatdan çox davam edən mətbuat konfransında 35 media qurumunun 50-dək sualını cavablandırıb
26 Fevral 15:39
İşğaldan azad olunmuş torpaqların bərpası prosesi başlanıb
26 Fevral 15:21
Ata-baba yurdlarımız, kəndlərimiz, şəhərlərimiz abad olacaq...
26 Fevral 15:18
"Torpaqları əhəmiyyətsiz danışıqlarla yox, şəhidlərimizin qanı hesabına azad etdik"
26 Fevral 15:13
Prezident İlham Əliyev qalib Ordunun Ali Baş Komandanı kimi yenidən işğaldan azad olunmuş torpaqlarda
26 Fevral 15:08
Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür
26 Fevral 15:07
Xocalı soyqırımına həsr olunmuş sərgi - “Unudulmaz faciə”
26 Fevral 15:04
Tokioda yaşayan həmyerlilərimiz Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçiriblər
26 Fevral 14:55
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda və regionlarda ağaclar əkilib
26 Fevral 14:47
Xocalı faciəsi qurbanlarının xatirəsi Moskvada da yad edilib
26 Fevral 14:43
İğdırlılar Xocalı soyqırımını törədən vandalları qınayıblar
26 Fevral 14:40
Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir
26 Fevral 14:38
Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib
26 Fevral 14:36
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
26 Fevral 14:29
Yeni Azərbaycan Partiyasının nümayəndələri Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər
26 Fevral 14:27
Prezident İlham Əliyev: Ərazilərin bərpası üzrə böyük planlarımız var və onları reallaşdıracağıq
26 Fevral 14:23
YAP Laçın rayon təşkilatı Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirib
26 Fevral 14:21
YAP Gənclər Birliyinin üzvləri Xocalı faciəsi qurbanlarının xatirəsinə abidəni ziyarət ediblər
26 Fevral 14:17
Əli Əhmədov: Xocalı bizim qan yaddaşımızdır
26 Fevral 14:12
YAP Tovuz rayon təşkilatı İdarə Heyətinin növbəti iclası keçirilib
26 Fevral 14:09
Arktikada buzların əriməsi qlobal iqlimə hansı dərəcədə təsir göstərə bilər?
26 Fevral 14:07
Sevinc Hüseynova: 29 il öncə baş vermiş Xocalı soyqırımı ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir
26 Fevral 14:04
Perm Azərbaycan Gənclər Komitəsi və Qırğızıstanda yaşayan azərbaycanlı gənclər Xocalı soyqırımı ilə bağlı videoçarx hazırlayıblar
26 Fevral 13:08
Türkiyə XİN: Xocalı qətliamının açdığı yaralar bizim üçün təzədir
26 Fevral 13:05
Rəcəb Tayyib Ərdoğan: Xocalı qətliamının acısını unutmayacağıq, kədərini təkrar-təkrar yaşayacağıq
26 Fevral 13:03
Prezident İlham Əliyev: Biz yeni reallıqlar yaratmışıq, Ermənistan və bütün başqa ölkələr bu reallıqla hesablaşmalıdır
26 Fevral 13:00
ADA Universitetində Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar konfrans təşkil edilib
26 Fevral 12:37
Almaniyada Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş ənənəvi simpozium keçirilib
26 Fevral 12:33
Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
26 Fevral 12:26
Prezident: Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri Xocalı soyqırımını rəsmən tanısınlar
26 Fevral 12:25
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarını anma günü keçirilib
26 Fevral 12:12
Azərbaycan Respublikası Milli Məclisi ilə ABŞ Konqresi arasında ikitərəfli münasibətlərə dair videokonfrans keçirilib
26 Fevral 12:11
Prezident İlham Əliyev: Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq
26 Fevral 12:09
Vaşinqtonda Xocalı qətliamının ildönümü ilə əlaqədar vebinar keçirlib
26 Fevral 12:04
Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
26 Fevral 11:41
Prezident İlham Əliyev: İndi bütün dünya bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28
HAVA HAQQINDA