ABŞ-ın informasiya texnologiyaları şirkəti “Microsoft” bazar kapitallaşmasına görə “Saudi Aramco” şirkətini geridə qoyaraq dünyada ikinci olub.
“Microsoft” şirkətinin ümumi bazar kapitallaşması 1,82 trilyon dollar təşkil edir. Birinci yeri əvvəlki kimi ABŞ-ın “Apple” (bazar kapitallaşması 2 trilyon dolları ötür) korporasiyası tutur. 2020-ci ilin sentyabrında “Apple” şirkəti birinciliyi “Saudi Aramco” neft-qaz şirkətinə təhvil vermişdi, amma sonra yenidən liderliyi geri qaytarıb.
ABŞ-ın “Microsoft” şirkəti 1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən təsis edilib.
- Oxunub: 2730 |
- Tarix: 10-02-2021 |
-
Çap et |