Bu gün direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbuluna başlanılır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 623 vakant yer çıxarılacaq.
Müsabiqədə iştirak etmək istəyən namizədlər fevralın 13-ü saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.
Xatırladaq ki, 2020-ci ilin 28 sentyabr - 5 oktyabr tarixlərində elektron qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul edilmiş namizədlərin ərizələri vakansiya seçimi mərhələsinə qaytarılacaq. Həmin şəxslər də fevralın 13-dək yenidən vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.
- Oxunub: 1980 |
- Tarix: 10-02-2021 |
-
Çap et |