27 sentyabr 2020-ci il tarixdə başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan qələbə qazandı. Torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi.
9 fevral 2021-ci il tarixdə YAP Xocavənd rayon təşkilatının könüllü gəncləri şəhid kiçik gizir Abdullayev Tural Bəylər oğlunun ailəsi ilə görüşüb. Görüşdən öncə şəhidin məzarı ziyarət edildi, üstünə tər güllər düzüldü, ruhuna dualar oxundu.
Ziyarət zamanı şəhidin əziz xatirəsi yad olundu, onun həyatı və keçdiyi döyüş yolu haqqında söhbət aparıldı, ailənin qayğıları dinlənildi.
Xocavənd rayonunun Tuğ kənd sakini 1993-cü il təvəllüdlü müddətdən artıq xidmət edən hərbi qulluqçu Abdullayev Tural Bəylər oğlu 28 oktyabr 2020-ci il tarixdə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərərək şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
- Oxunub: 4740 |
- Tarix: 09-02-2021 |
-
Çap et |