Rusiyanın “Lenta.ru” xəbər portalının “Diabetologia” jurnalına istinadən yaydığı məlumata görə, II dərəcəli diabet xəstəsi olan orta yaşlı insanların yeni növ koronavirus infeksiyasından ölmə ehtimalı digər yaşdakılara nisbətən daha yüksəkdir. Belə ki, Ekseter Universiteti alimlərinin bu həyəcanverici kəşfi həkimləri COVID-19 peyvəndinin vurulması üzrə prioritet qruplara yenidən baxmağa məcbur edə bilər. “Diabetologia” jurnalında yayımlanan tədqiqat işində qeyd edilir ki, həqiqi riski lap çox yüksək olmasa da, diabet xəstəsi olan orta yaşlı insanlar qlükoza problemi olmayan eyni yaşdakı insanlardan daha həssasdırlar.
Belə ki, mütəxəssislər tərəfindən müəyyən edilib ki, 50 yaşlı II dərəcəli diabetli bir xəstənin COVID-19-dan ölüm riski 66 yaşındakı eyni xəstə ilə eynidir. Qeyd edək ki, insulindən asılı olmayan diabet xəstələri Böyük Britaniya və Almaniyada peyvənd üçün prioritet qrup olsalar da, bir çox digər ölkələrdə II dərəcəli diabet xəstələr əsas risk qrupuna daxil edilmirlər. Tədqiqat işinin müəllifləri isə, ümumiyyətlə, imkan daxilində metabolik xəstəliyi olan insanlara peyvəndin ən qısa müddətdə vurulmasını tövsiyə edirlər.
- Oxunub: 2790 |
- Tarix: 09-02-2021 |
-
Çap et |