Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fevralın 10-da tanınmış ekspertlərdən ibarət “Pandemiyadan sonrakı mərhələ: dünya sisteminin inkişafı” mövzusunda veb-konfrans təşkil edəcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konfransa mərkəzin həmsədri, Latviyanın sabiq Prezidenti Vaira Vike-Freyberqa, Kolumbiya Universitetinin professoru Jeffrey Sachs, BMT Baş Assambleyasının 73-cü prezidenti Maria Fernanda Espinosa, İrlandiyanın sabiq Baş naziri Bertie Ahern, Roma Klubunun fəxri prezidenti Erns Ulrich von Veizsaecker, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Lagumdzija, Amerika Xarici Əlaqələr üzrə Milli Komitəsinin prezidenti Susan Elliott, şahzadə, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal, Xorvatiyanın sabiq Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç, Polşanın sabiq Baş naziri Marek Belka, Maltanın sabiq Prezidenti xanım Marie-Louise Coleiro Preca, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Macarıstan Respublikasının sabiq Baş naziri Peter Meddyeşi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov və baş katibin 1-ci müavini İlahə İbrahimli qatılacaqdır.
- Oxunub: 2400 |
- Tarix: 09-02-2021 |
-
Çap et |